Hüquqi yardım

2024 aliment məbləği 235 manat müəyyən edildi.
18 Noy

2024 aliment məbləği 235 manat müəyyən edildi.

Azərbaycan Respublikasında 2024-cü il üçün bi uşağı saxlanılçasına görə minimum aliment məbləği 235 manat müəyyən edilmişdir.

2024-cü ildə minimum aliment miqdarı neçə manat təşkil edəcəkdir?

“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Beləliklə, qanunvericiliyə əsasən 2024-cü ildə Azərbyacanda bir uşağın saxlanılması üçün minumum 235 manat tələb edilir. 

Əslində bu o demək deyil ki, 2024-cü ildə bir uşağa görə minimum təyin olunan alimentin miqdarı mütləq 235 manata bərabər olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, iki uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, üç və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun yəni, 2024-cü il üçün 235 manata uyğun hesablana bilər. 

Alimentin məbləğini necə artırmaq olar?

Yeni qanuna əsasən əvvəlki illərdə 235 manatdan az məbləğdə bir uşağın saxlanılması üçün aliment alan şəxslər müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər. Məhkəmə tərəflərin maddi durumunu və işin faktiki hallarını nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 235 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.

Bunun üçün aliment məbləğini artırmaq istəyən şəxs ilk öncə mediasiya təşkilatına daha sonra isə məhkəməyə müraciət edə bilər.

#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi

Şərhlər

  • Zərifə 2026-03-12 09:12:20

    Salam boşandıqdan sora uşağımla birgə həmin evdə yaşamaq hüququ ala bilərəm?

    Bəli amma atanın razılığı olmalıdır Vəkil Qulam İsmayılzadə
  • Elcin 2025-11-10 16:10:47

    Salam men herbciyem maasim 700 manatdir 2 usaga gore aliment 492 manat gelen ilden 520 manat kesilmrk isteyir.Ozumunde 250 manat her ay banka borcum var.Yoldasimda isleyir 500 manat maas alir.Alimenti maasimin 1/3 hissesine kecirmek olar?Birde apelyasiyaya verilse ne kimi ugur elde etmek olar yeni azaldila biler aliment ya yox?cunki 200 manat maasla dolanisigim cetin olacaq deye herbi qulluqcularda qanunla hec bir yandan diger gelir elde ede bilmediklerki ucun apelyasiyaya sikayet verilse azaldila biler aliment ?

    Aliment iki uşağa görə adətən maaşın 1/3 hissəsi miqdarında müəyyən edilir. Siz hərbi qulluqçu olduğunuz üçün əlavə gəlir əldə etmirsinizsə, bu hal apellyasiya zamanı maddi vəziyyətin ağırlaşması kimi əsas götürülə bilər Vəkil Qulam İsmayılzadə
  • Axundov S. 2025-09-01 14:58:58

    Salam. Rəsmi işləyirəm özəl şirkətdə, aylıq əmək haqqım 500 AZN təşkil edir. Birinci nigahdan 1 uşaq var (12 yaşı var) ikinci dəfə ailə qurub bir körpə (1 yaş 3 aylıq övladım var) lakin hakim mənə 388 azn kəsib. Bu nə dərəcədə ədalətli və icraedicidir? mən nə etməliyəm, hakim elə bir şərait qurdu ki öz ədalətsiz qərarı ilə, məcbur etdirir ki mən gedib oğurluq edim, soyqunçuluqla məşöul olmalıyam ki, bu məvacibi ödəyim. Mən bu qərarla razı deyiləm, apellyasiyaya necə şikayətimi bildirə bilərəm?!

    Hazırki aliment məbləği qanuni olsa da, sizin əmək haqqınız və uşaqların sayı nəzərə alınaraq ədalətsiz görünə bilər. Apellyasiya vermək üçün qərardan sonra 15 gün ərzində rayon məhkəməsinə ərizə təqdim edin, maddi vəziyyətinizi və uşaqların ehtiyaclarını göstərən sənədləri əlavə edin; məhkəmə qərarı dəyişdirə və ya azaldılmış məbləği nəzərə ala bilər. Vəkil Qulam İsmayılzadə
  • Vusal 2025-05-22 20:22:18

    Salam men 6 ildi aliment oduyurem 1 uwaxa 155 m indi mehkemeye verib qaldiriblar 460 hec bir yerde iwlemirem olke ozre minimum emek haqi 400 onuda 1.15 misliye vurublar o duzgun qerardi nece ede bilerem awaxi salmaq ucun mehkmeye vere bilerem

    Bəli məhkəmədə tələbinizi bildirə bilərsiniz. Lakin yekun qərarı məhkəmə müəyyən edir. Vəkil Qulam İsmayılzadə
  • G.M 2025-05-04 10:22:48

    Salam.Men bilmek isteyiremki atam evi satanda yeni ev alanda qardasimin adina alib,qardasimin 2 usaqi var bosanma zamani o evden pay tek usaqlara dusur, yoxsa bosandigi sexsede dusecey?

  • Səma.Məmmədova 2025-04-29 08:00:57

    Salam hormetli vekil..Men bilmek istiyiremki menim ata evim olub o ev satildi yeni ev alindi ev alinanda atam evi qardasimin adina alib..Evde prapiskada anamda var,bacimda indi isteyiriki o ev satilsin orda anamin haqqi verilsin ozune ayri ev alsin.Qardasim satmaq istemir.Qardasim evlidi usaqida var.Mehkemeye verib evi satabilerik? Zehmet olmasa cavabladirardiniz..

    Salam, qeyd etdiyin istiqamər üzrə məhkəmədə mübahisələndirə bilərsiniz. Yekun qərar məhkəmə tərəfindən işin detalları dəyərləndirildikən sonra verilir. Vəkil Qulam İsmayılzadə
  • Gülşən məmmədli 2025-01-17 17:02:41

    Salam her vaxtınız xeyir men 2ildi boşanmışam alimentden imtina etmişdim. İndi iddia aça bilerem? Neçe müddet çekir mehkeme prosesi? Birde men rayon qeydiyyatıyam hemçinin yoldaşımda ama bakıda yaşayıram bakıda mehkemeye müraciet ede bilerem?

    Tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Dilarə Ağayeva 2025-01-16 22:50:02

    Salam mən boşanmaq istəyirəm qaynanam qızılları götürüb vermir.Mən məhkəmədə qızılları ala bilərəmmi?

    Bu istiqamətdə tələbinizi irəli sürə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Təvəkkül Qurbanov 2024-12-16 09:15:42

    Salam. Mənim qızım 1 ildir ailə qurub indi öz istəyinnən ayrılıb 4 aylıq da uşağı var.Mən onlardan heçnə istəmirəm heç alimentdə Mediasiya təşkilatına ərizə vermişəm .Zəhmət olmasa deyərdiniz məhərhkəmə bu işə necə baxacaq yəni onların mənə heç nəyi lazım deyil. Əvvəlcədən Təşəkkür edirəm.

    Məhkəmə işi araşdırıb, detalları dəyərləndirərək yekun məhkəmə aktı qəbul edəcəkdir. Vəkil Qulam İsmayılzadə
  • Gül 2024-12-05 09:28:48

    Xaiş edirəm mənə məsləhət verəsiniz.ALLAH yolunda,imkanım yoxdu vəkil tutmağa.Əvvəlcədən çox,sağ olun.ALLAH razı olsun sizdən.

    Şərh yaz