Hüquqi yardım

Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? 
09 Noy

Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? 

Adam döyməyə görə şəxsi hansı cəza gözləyir? 

Təəssüflər olsun ki, insanlar bəzi hallarda aralarında yaranan mübahisəni sivil qaydada (məhkəmə və s.) həll etməyə üstünlük vermirlər. Müəyyən səbəblərdən mübahisələr fiziki zorakılıqla, yəni, döymə, xəsarət yetirmə ilə nəticələnir. Bəs bu halda qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub? 

Döymə İnzibati Xətalar Məcəlləsində təsbit olunmuş inzibati xətadır. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs ala bilərsiniz. 

Əgər döyməklə şəxsin sağlamlığına ağır, az ağır və ya yüngül zərər vursanız, Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəksiniz. Burada isə bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterindən asılı olaraq, cəza (azadlıqdan məhrumetmə) nəzərdə tutulub. 

#döymə # cinayət işi # xəsarət # cinayət məsuliyyəti # həbs

Şərhlər

  • Məryəm 2026-07-24 13:43:31

    Ər arvadını kölə kimi saxlayır. Tək çölə çıxmağa qoymur, pəncərədən baxmağa belə qoymur. Özü ilə də düz əməlli harasa çıxarmır. Heç bir maddi ehtiyacını ödəmir və "Sən heç kimsən" deyərək bütün gün ildə 2 dəfə kirayə o ev bu ev köçürdür. Özü hər şeyi tələb edir, lakin heç nə etmir kölə kimi davranır. Nəsə xoşuna gəlmədikdə də srazı döyür. Bunlar mütəmadi davam edir. Qadın psixoloji mənəvi iztirab halındadı daimi. Şikayət edilsə necə cəzalana bilər? Bəzi dava səsləri yazılıb lakin başqa sübut yoxdur. Çox xahiş edirəm cavab verin

    Salam. Təsvir olunan hallar — mütəmadi olaraq şiddət tətbiq edilməsi, hərəkət azadlığının məhdudlaşdırılması, psixoloji təzyiq və mənəvi iztirabların yaşadılması — Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məişət zorakılığı, həmçinin Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə) və ya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət yaradan əməllərdir. Zərərçəkmiş şəxs dərhal Polisə (102 xidmətinə) və ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də prokurorluq orqanlarına müraciət edərək mühafizə orderi (qısamüddətli və ya uzunmüddətli) tələb edə bilər. Əlinizdə olan səs yazıları, tibbi ekspertiza rəyi (döyülmə izləri varsa), şahid ifadələri və ya polisə öncədən edilən müraciətlər məhkəmə və istintaq zamanı sübut kimi qiymətləndirilir; bu səbəbdən zorakılıq halı baş verdikdə vaxt itirmədən hüquq-mühafizə organlarına və ya regional qadın sığınacaqlarına müraciət edərək təhlükəsizliyi təmin etmək və hüquqi yardım almaq vacibdir. Vəkil Qulam İsmayılzadə
  • Bilal Muzefferov 2026-06-19 18:42:02

    Salam .Qaynatam və mən dava etmişik o mənim başıma ağacla iki zərbə vurub başım yaralanıb.. zəhmət olmasa deyərdiz buna görə ona hansı cinayət işi açıla bilər.ozude əvvələr məhkum olub

  • İlkin İsgəndərov 2026-06-15 17:00:52

    Salam mənə 3 nəfərin borcu var dəfələrcə bu 3 nəfərə müraciət eləmişəm hecbiri gətirib vermir fərqli fərqli bəhanər sözlər deyilir amma əməl olunmur bu halda mən neyləyə bilərəm və adam vurmaq və zədələmək dövlət qanun vericiliyində necənci maddə kimi yazılır və mən necə edə bilərəm ki borclarımı götürm

    Ağacla başa zərbə vurulması nəticəsində yaranan yaralanma xəsarətin dərəcəsindən asılı olaraq Cinayət Kodeksinin 128-ci (yüngül zərər – 1 ilədək azadlıqdan məhrumetmə), 127-ci (az ağır zərər – 3 ilədək azadlıqdan məhrumetmə) və ya 126-cı (ağır zərər – 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə) maddələri ilə tövsif oluna bilər; zərbənin ağacla vurulması əməlin xuliqanlıq niyyəti ilə və ya silah qismində əşya tətbiq edilməklə törədilməsi kimi (221.3-cü maddə) qiymətləndirilə bilər, şəxsin əvvəllər məhkum olunması isə məsuliyyəti ağırlaşdıran hal kimi daha severe cəzanın təyin edilməsinə sebeb olar (dərhal polisə müraciət edib məhkəmə-tibb ekspertizasından keçmək lazımdır). Vəkil Qulam İsmayılzadə
  • Emil hesenov 2026-04-20 10:14:00

    SALAM MENN EVİMDE QAYNATAM QAYNIM TEREFİNDEN GECE 12 de döyülmüşem lakin mene expert rey vermeyib bedenimin şekilleri saxlamışam yoldaşıma ise 128 madde yüngül xesaret yazılıb ve dedimki qonşuda şahiddir deyirki atam girib eve atası boyun alır gua qardaşı girmeyib eve! Ve burda bir emma var ki şikayet ile dava arasında 5 gün ferq var belke bu şexs başını divara çırpıb evde yıxılıb belke meni ne gözlehe biler?

    Sizin vəziyyətdə məsələ sübutların qiymətləndirilməsindən asılıdır. Vəkil Qulam İsmayılzadə
  • Coşqun ələsgərov 2026-04-08 22:31:43

    Qaynım restaranda ona söyüş söyən adama yumruq atıb içkili olub etdiyindən peşmandı həmin şəxsin burnu xəsarət alıb oda buna tək vurub qaynıma həbs düşür ya yox

    Qanuna görə, fiziki zərər vurmaq (yumruq) cinayət məsuliyyəti doğura bilər. Həbs ehtimalı var, amma bu xəsarətin dərəcəsi, təqsirin niyyəti və zərərçəkənin şikayəti ilə müəyyən edilir. Peşmanlıq bəraət üçün kifayət deyil, yalnız yüngülləşdirici amil ola bilər. Vəkil Qulam İsmayılzadə
  • Ebilov ebil 2026-04-07 17:25:46

    Salam hele bilki meni 1400manat cerme edibler hec bir iş yerim yoxdu isllah işleri kesibler maşimnan 10fayiz tutulmaqla 0n fayiz naqederdi isllah işi nediki menim hecbir işyerim olmadan o hardan tuta biler zehmet olmasa etrafli melumat vere bilersiz

  • Ebilov ebil 2026-03-29 13:58:17

    Hele bilki adam doymege gore cerme naqder hesablarin hele bilki ayin 2 si axirinci mehkemedi cerme olunanda onu ayliq az az odemek olur ayliq gelirim yoxdu gundelikdi zehmet olmasa etrafli melumat vere bilersiz

    Cərimə məbləği məhkəmə tərəfindən müəyyən edilir. Hissə-hissə ödəmək üçün icra orqanına müraciət edə bilərsiniz və maliyyə vəziyyətiniz nəzərə alınaraq aylıq ödəniş qrafiki müəyyən oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Ebilov ebil 2026-03-18 14:45:20

    Barişiq erzesi yazaciyiq aprelin 2si axirinci mehkemedi ikidefe olub 2si axirincidi barişiq erzesi yazilanda tutulma olur

    Xeyr Vəkil Qulam İsmayılzadə
  • Ebilov ebil 2026-03-16 21:18:31

    Inzibati mesulyet tetbiq ede biler yeniki sutka yoxsa cerme

    Hər ikisi sayılır Vəkil Qulam İsmayılzadə
  • Ebilov ebil 2026-03-15 21:47:09

    Salam doktur men qardaşmi doymuşem bir yumuruq birde tepik qardaşimda peşman olub verib meni polise işimde mehkemededi 128maddedi mende qardaşimda şikayetci deyil meni hansi ceza gozleyir

    Əgər qardaşınız artıq şikayətçi olmayıb və sizə qarşı ittiham aradan qaldırılıbsa, qanuna görə sizin barənizdə cinayət işi davam etməyə bilər. Amma iş materiallarında zor tətbiqi faktı varsa, polis və məhkəmə hadisənin ciddiliyinə görə xətalar və inzibati məsuliyyət tətbiq edə bilər Vəkil Qulam İsmayılzadə

    Şərh yaz