Aliment ödəməyən şəxs nə kimi məsuliyyət daşıyır?
Məhkəmə sizin xeyirinizə aliment tutulması haqqında qətnamə qəbul etdikdən sonra onu dərhal icraya yönəldir.
Cavabdehin qeydiyyat yeri və yaxud iş yeri üzrə həmin qərarı almış icra məmuru icraata başlamaq haqqında qərar qəbul edərək alimenti ödəməli olan şəxsə bildiriş göndərir.
Bundan sonra, əgər məhkəmə qərarına əsasən aliment şəxsin gəlirlərinin müəyyən hissəsinə yönəldilibsə, misal üçün gəlirin ⅓ (üçdə bir) hissəsinə, icra məuru aliment pulunun tutulması üçün cavabdehin iş yerinə müvafiq göstəriş verir.
Həmin göstərişə əsasən cavadehin iş yeri üzrə mühasib hər ay aliment məbləğini cavabdehin gəlirlərindən tutaraq aliment alanın bank hesabına köçürür (aliment alanın bank hesabı olmadıqda icra şöbəsinin hesabına).
Cavabdehin iş yeri və rəsmi gəliri olmadıqda məhkəmə alimentin sabit pul məbləğində (2021-ci il üçün bir uşağa görə minimum 175 manat) tutulması haqqında qətnamə qəbul edir.
Daha sonra, aliment ödəməli olan şəxs hər ay qətnamədə müəyyən edilmiş alimenti tələbkara ödəməli və ödəməni təsdiq edən sənədi (bank qəbzi, poçt qəbzi və yaxud əllə yazılmış qəbz) işə baxan icra məmuruna təqdim etməlidir.

İlkin olaraq üzərinə həbs qoyulmuş əmlak borc məbləğinə uyğun olaraq alimentin yerinə tələbkara təqdim edilir.
Tələbkar əmlakı qəbul etməkdən imtina etdiyi təqdirdə isə həmin əmlak hərracda satılır və əldə olunmuş vəsait alimentin əvəzinə tələbkara verilir.
Şəxsin aliment pulunun yönəldilə biləcəyi əmlakı olmadıqda isə icra məmuru praktikaya əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş edir.
Əgər məhkəmə şəxsi bu maddəyə əsasən təqsirli bilərsə, onda şəxs 500 manatdan 1000 manatadək cərimə və yaxud 10 gündən 30 günədək inzibati həbs oluna bilər.
Əslində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə şəxs məsuliyyətə o halda cəlb oluna bilər ki, o icra məmurunun qanuni tələblərinə əməl etməsin. Misal üçün aliment ödəməli olan şəxs icra məmurunun çağırışlarına gəlməsin və yaxud icra məmurundan əmlakını bilə-bilə gizlətsin və s.
Bu isə o deməkdir ki, şəxs sadəcə alimenti ödməməyə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilə bilinməz.
Lakin yuxarıda qeyd olunduğu kimi praktikaya əsasən (alimentin ödənilməsinin təmin edilmə mexanizmi mükəmməl olmadığı üçün) icra məmuru şəxs barəsində, protokol tərtib edir (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsi maddə 528.1) və məhkəmələrdə qanunu düzgün tövsif etməyərək şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarlar qəbul edir (həbs edir və yaxud cərimə edir).
Həmçinin aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda cinayət məsuliyyəinə cəlb edilə və cəzalandırıla bilər:
1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə
2) 320 saatdan dörd 480 saatadək ictimai işlər
3) 2 ilədək müddətə islah işləri
4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması
5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə
Şərhlər
Angel Houston 2026-08-17 16:33:23
Salam hormetli Vekil.Ata iki ildir alimenti odemeyib 12000 borc yigilib.Bir defe tutuldu cixdi.Indi 1 ay deyil ishleyir ve hele maashini almadigi halda icrasi deyib ki ishi mehkemededir(Qarabahda ishleyir) niye gedib.Yaxshi bu insan ishlemese alimenti nece versin? 2 ci sual-Yigilmish borclari ishleyib ayba ay vere biler? Yoxsa birdefelik vermelidir ?3 cu sual-borclu olan insanin atasi(baba)vermelidir deye bir qanun var?Baba mulkunu satib ve icraci deyir ki mulku satmisiz vermelisiz mulk de babanin adinadir aliment veren atanin yox.Onceden teshekkur edirem
Ceyhun 2026-07-28 02:47:19
Salam. Mən 2 ci qrup gözdən əliləm. Müəllim işləyirdim amma görmə qabiliyyətim imkan vermədiyinə görə işdən çıxdım. 250 manat pensiya alıram. İşlədiyim müddətdə mənə minimum əmək haqqının onda dörd misli qədər aliment kəsilib.Qətnamə müddətində 1700 borc yaranıb. Digər tərəfdən pensiyamın 70 faizi alimentə tutulur qalan pul borc yığılır. İcraçı deyirki borca görə səni həbs etdirəcəm. Mənim isə işləmə imkanım yoxdur çünki görmə qabiliyyətim çox məhduddur. Bilmək istərdim məhkəmə mənə həbs verə bilərmi və mən hansı hüquqi addıma əl atım.
Ceferova Aysel 2026-07-19 14:26:42
Salam.mən alimentlə bağlı muraciət etmişdim.2 il yarım olardıkı mən alimenti tələb etmirəm uşaga görəki.atasiyla munasibetdə olsun.mənim komeyliyimle bir müddet saxladı yanında uşağı bu 2 il erzində. adma kreditleter götürdü inandırdı məni .yenidən tək yaşayıram kreditlerdə usdümdə qalıb ama görəmki uşağı saxlaya bilmirəm bu 2 il yarım erzində yiğılan aliment borcu qüvvede qalır.qeyd edimki alimenti dayandırmamisam..tələb ede bulerem borcu
Bəxtiyar Həsənov 2026-07-15 20:45:49
Salam menim is yerim yoxdu və iş quvvem zeyifdi mənede 1 uşaqa 208 manat aliment kəsilib mən necə edə bilərəm azalsın ödəyə bilmirəm hara müraciyət edə bilərəm
Gunel 2026-07-02 13:07:31
Salam men usaqlarimi ata nenesine vermisem imkansligdan 5 ildi ama gorurem dansiram mene aliment kesdirdi sosyal yardimla bagli dedi sosyal kesilsin alment vermiyeasen ama ki sosyallari düzeldi her ayişsiz oldugumu bile bile mennen 100 m alilar men son 1 ilde aile qurmusam 6 gündü qizim dunyaya gelib ona da baxmaga çetinlik çekirem .... bilmey isdiyirem mehkemeye versem az yasli usaqimi nezere alib menim alimenti usaqimi böyudene kimi ise baslayana kimi dayandira biler
Nərmin 2026-07-01 12:32:45
salam. əgər sürdüyü maşın öz adına deyildə anasının adınadısa maşına həbs qoyulur? birdə maksimum neçə müddət azadlıqdan məhrum edilmə cəzası verilir?
Cəbrayıl əliyev 2026-06-30 11:05:22
Salam. Qızımın 18 yaşı tamam olub. Universitetdə təhsil alır əyani olaraq. Qanunla 18 yaşdan sonra da aliment ödəmək borcum varmı?
Nəcəf Nəcəfov 2026-06-12 11:50:03
Salam. Mənə indiyə qədər heç bir xəbərdarlıq olunmayıb. İndi bilirəm ki təxminən 3900 AZN aliment borcu yaranıb. Mən isə öz növbəmdə boşanma olandan (29.11.2024) bu günə qədər demək olar ki hər gün pul vermişəm ümumilikdə 3300 AZN. İcraçı bunları hesab almaq istəmir. Mən nə etməliyəm?
Sadixli Nergi 2026-06-09 09:08:26
Salam.Samaxidan yaziram dekabr ayinda bisanmisam bir il cekdi mehkememiz.aliment 492 manat kesilib 2 usaga ama ayliq 300 azn oduyur artiq odemir her defesinde icraçi terefini saxlayirki imkani yoxdu yeqin ama mehkeme 492 azn kesib.lazimi orqanlara muraciet eledim mehkeme pratakol falan oldu.soz verdi oduyecek +3000den yuxari borcu yigilib.burda icraci ne etmek isteyir ve yaxud icraci ruşvet ala bilermi oz vezifesini tehlukeye atib?
Salmanova Aytən 2026-06-01 12:17:18
Salam. 2 övladım var Ayrılmışam. Uşaqlar mənim himayəmdədir. Hər uşağa 150 manat aliment kəsilib. 3000 manat borc yığılanda axtarışa verdim. O borcdan 50 manat ödədi. Növbəti ay 300 manat olan alimentin 100 manatını kəsdi. Bu ay isə ümumiyyətlə ödəməyib İcraçı deyir ki, ayın 5i ödəyəcək ancaq Məhkəmə ayın 27nə təyin edib. İcraçının belə deməyə hüququ varmı? Və aliment gecikdiyi üçün faiz tələb oluna bilər?
Şərh yaz