Hüquqi yardım

2023 Aliment məbləği 220 manat müəyyən edilmişdir?
06 Yan

2023 Aliment məbləği 220 manat müəyyən edilmişdir?

Bu bloq yazısı ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manata qədər artırılması və onun aliment məbləğinə necə təsir etməsinə dair hüquqi analizi ehtiva edir.

 

“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Yaşayış minimumu nədir?

Yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Hər il ölkə üzrə müəyyən edilən yaşayış minimumu əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsində rol oynayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə  əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Yaşayış minimumunun artması alimentin məbləğinə necə təsir göstərir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 

Yəni, bir uşağın saxlanması üçün hazırda minimum məbləğ 220 manat təşkil edir. Buna görə də əvvəlki illərdə 220 manatdan az məbləğdə müəyyən edilən aliment məbləğinin artırılması ilə bağlı maraqlı şəxslər məhkəməyə müraciət edə bilər. Məhkəmə işin hallarını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq uşağın saxlanması üçün müəyyən edilən aliment məbləğinin 220 manata qədər artırılması barədə qətnamə qəbul edə bilər.

#aliment # yaşayış minimumu # uşağın saxlanması # vəkil # hüquq # vekil # huquq # aliment pulu

Şərhlər

  • Məmmədova Nərgiz 2025-06-02 14:27:12

    Salam, alimentin 0,47 misli artırılması nə qədər artırılması deməkdir? 140 manat alırdım, indi 0,47 misli artırılıb. Artım ilə nə qədər alacam? Zəhmət olmasa cavab yazarsız, öncədən təşəkkür edirəm

    Əlavə olaraq 140 65.80 alacaqsınız. Vəkil Qulam İsmayılzadə
  • Cavid İbrahimov 2025-01-18 17:56:44

    Salam aliment ələ gələn gəlirdən 4/1 hissə tutulur yoxsa rəsmi vəzifə maaşından?

    Alimentin miqdarını məhkəmə müəyyən edir. Vəkil Qulam İsmayılzadə
  • Aysen 2024-11-16 21:06:03

    Salam menım yoldasım 3 aydan artıq Rusiyada qalıb hardasa 9 ay və tutublar ona ayın 10 na vaxt qoymusdlar geldı o deport oluna bilər yoxsa yox xaıs edırem yazarszı

  • Aylin 2024-11-13 02:24:01

    Salam . xəyanətə görə boşananda uşaq anadan alına bilər?

  • P.Qasimova 2024-11-05 21:45:01

    Salam,2 usaga gore mehkeme maasin 3 de birin 240 man ve eleve her usaga 50 man aliment teyin edib.Apelyasiya mehkemesine muraciet etsem artirmaq mukundur?

    Bu məhkəmənin mövqeyindən asılıdır. Vəkil Qulam İsmayılzadə
  • Seyidoa Ü 2024-08-16 00:29:17

    Salam. Mənim yoldaşım məndən qabaq 2 dəfə ailəli olub birindən 1 birindən 2 uşaqı var maaşı 340 manatdı ama 3nə 420 manat ödüyür bizimdə 1 övladımız var və olduqca çox krediti var. Yəni bu halda elimentin azaltmaq üçün məhkəməyə müraciət etsə yoldaşım nəticə alar? Yəni bizim övladımıza doğru dürüst baxa bilmir həkimidi əynidi başqalarının köməyi ilə keçinirik nəzərə alınar bu hallar?

    Xeyr, bu hallara əsasən çətin alimenti azaldalar. Vəkil Qulam İsmayılzadə
  • Pərviz Canəliyev 2024-08-12 20:33:18

    Salam. 2023 cü il dekabr ayında boşanmışıq. Mediasiyada bütün bölgüləri razılaşdırdıq. Yoldaşım aliment istəmədi. Məhkəmə də qərar çıxardıb. İndi istəsə yenə məhkəməyə verib aliment kəsdirə bilər? Əvvəlcədən təşəkkür edirəm.

    Bəli. Vəkil Qulam İsmayılzadə
  • Ayten 2024-07-14 04:29:08

    Men 2018 il sentybırda demir durbayla defelerle döyüldüyum üçün bosanma act7m ve boşnmak istemediyi üçün meni quvltla ölümcül döydü. Ve 3 oğlumu ve meni öldürmekle hedelediyi üçün xestaxanadan cıkıb usagları Türkiye'ye gacdık.1 il sonra icra terefinden Aze ye geldim ve mene usaglarımı elinden alacagam.eger sen bu ( 154 manat )uşag basına düşen alment den imtina etmesen.mnde qorxudan asan xidmete gedib almentden imtina etdim tek sert olarak oda yazılı kagıza yazdı.usagları istediyin ölkeye apara bilersen...deye yazdı..2006 2008. 2010 teveddlü 3 oğlumun alment borclarını atadan isteye bilerem..çünki döyüldüyümde başımda emele gelen zedeler üzğndem indi iş quvvemi itirirem....sizden çok xaiş edırem mene etraflı melumat verin..görek uşaglarım 7 ildir Başga ölkede yaşayırıq. bu alment bocumuzı. Ala bikerik ve usaglarımın Başga ölkede yasamagına engel ola biler bu proses yoksa geç bir problem yokdu..?

  • Reyha Əzizov 2024-07-14 00:09:59

    Salam vəkil.mənim qeyri qanuni nigahdan 2 övladım var.yoldaşım mənə şiddət və təhqir edir.şərəf ləyaqətimi alçaldır.buna görə ayrılmaq isdiyirəm.körpələrimə alment nə qədər düşər?hərəsinə 250 tələb mumkundur?yoldaşım hərbi qulluğçu olub.təqaüdçüdü.gəlirin bilmirəm nə qədərdi.öncədən təşəkkürlər

    Nikahın olub-olmamasından asılı olmayaraq uşaqlara aliment tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Vahid Heydərov 2024-06-26 13:21:33

    Salam hörmetli vekil. Qeyri resmi nigahımız olub ve 2 evladımız var. 2015 il noyabr rusyaya işlemeye geldim. Her ay aileme xerclik yolladım. 2016 yay aylarında yoldaşım mene zeng vurdu ve dedi,sosyal yardım ala bilmek üçün alimentle bağlı mehkemeye müraciet etdim. Ama narahat olma.zaten nigahımız yoxdur.sadece sosyal yardım almaq üçündür. Men ise yeni ile qeder onları da yanıma getireceyimi ve bunun gereksiz olduğunu dedim.işlerim daha yaxşı gettiyi üçün avqust ayına bilet alacağımı ve pasportlarının şeklini göndermesini istedim.yoldaşım bunu düşüneceyini söyledi.ve o günden içimdeki ümidler öldü.maksimum derecede vetene dönmek üçün çalışdım. Senedlerle bağlı problemim olduğu üçün 2017 yanvar ayında ancaq geri döne bildim. Ve çox teessüfler ki mene xeyanet etdiyini öyrendim. Hetta bezi resm,ses yazmaları ve mesajlar əldə etdim.uşaqları mehkeme yoluyla ala bilmek üçün vekile müraciet etdim.ve yene çox teessüfler ki Azerbaycan kinustitusyasında bu ve benzer hallar esassız sayıldığı üçün vekil meslehet bele görmedi. Rusyaya dönmek istedim ve borcum olduğu üçün ölkeni terk ede bilmezmişem. Sonradan öyrendim ki sen deme alimet borcum var. (Rusyadan gönderdiyim pulların qaimesi olmadığı üçün aliment kimi nezere alınmadı. Mecburen tekrar ödemek zorunda qaldım ve ölkeni terk ettim.2019 yanvar ayına qeder alimenti ödedim, daha keçmiş yoldaşım sen deme rusyaya işlemeye gelib.uşaqlar ana nenesiyle qalıb. Qanun çerçevesinde aliment ödeye bilmeyeceyim üçün müveqqeti olaraq dayandırdım ki yeqin geri qayıdar.çünki adına olan hesab bağlı idi ve nenenin adına aliment ödemek qeyri qanunidir.yuxarıda qeyd etdiyim kimi ödenilen mebleği tekrar teleb edeceklerini artıq bilirik.daha sonra ananın Azerbaycana iki ,üç günlük gedib tekrar rusyaya qayıtdığını öyrendim.ve yenede aliment üçün adına açılmış hesabı berpa etdirmedi.ve bu hal ta bu güne qeder davam eledi.ve yenede rusyada yaşayır.menim işlerim ise ters getmeye başladı ve aliment borcum ortalama 20 min azn civarında yığıldı. Borcum artmağa başladıqca vetene gelmek imkanı azaldı.hetta bu gün üçün imkansız hala geldi. Size sualım budur ki men vetene gelsem cinayete celb olunuram? Ya ananın az yaşlı uşaqları neneye verib başqa ölkede yaşaması menim uşaqlarıma qovuşmam üçün yeterli esas sayılırmı? Deyerli vaxtınızı ayırdığınız üçün çox teşekkür edirem. Ve çox xaiş edirem aydın cavablandırasız.

    Aliment üzrə borcunuz varsa cinayət məsuliyyətinə cəlb edilə bilinərsiniz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz