Hüquqi yardım

Alimentin minimum məbləği 235 manat oldu
01 Yan

Alimentin minimum məbləği 235 manat oldu

Alimentin minimum məbləği 235 manat oldu

2024-cü ildən Azərbaycanda alimentin minimum miqdarı 220 manatdan 235 manata qaldırılıb. 

"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 

Yəni, hazırda bu məbləğ 235 manatdır.

#aliment # boşanma # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Alisov qismet 2026-08-18 23:03:13

    Men 9ildi ayrlmiwam 2evladim var mehkeme mene her uwaga gore 155manat alment kesib iki uwaga 310manat men ayrldigdan sonra ukraynada yawayram 9 il meni uwaglarla daniwdirmadilar goruwdurmedler hecbir nomre eleqesi vermedler indi danwram uwaglarla her Ay 7 00 ,,, 800 manat gonderirem indide almeni qaditdirib her uwaga gore 260manat eletddirible bu duzgundumu ozumde hec bir dovlet iwinde iwlemirem

    Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, işləməyən şəxslərdən aliment ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun sabit pul məbləğində tutulur. Hazırda bu göstərici hər uşaq üçün 246 manat təşkil etdiyindən alimentin hər uşağa görə 260 manat müəyyən edilməsi tamamilə qanunauyğundur. 700-800 manat isə bank/poçt vasitəsilə rəsmi aliment təyinatı ilə köçürülməyibsə, rəsmi borcdan avtomatik çıxılmır, həmçinin uşaqlarla ünsiyyət hüququnun pozulması da aliment öhdəliyini ləğv etmir Vəkil Qulam İsmayılzadə
  • Qonca 2026-08-08 08:06:11

    Salam.Mrnim qizim boşanir.13,9,2 yaşinda uşaqlari var.Yoldaşi 1500 maaş alsada resmi olaraq az ğösterilir.Aliment nece teyin oluna biler?2 yaşindaki uşağa elave pul ödenilir?Önceden teşekkürler

    Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, 3 və daha çox uşaq üçün aliment cavabdehin qazancının və (və ya) başqa gəlirinin **yarısı (1/2-i)** miqdarında müəyyən olunur. Rəsmi əməkhaqqı az göstərildikdə və ya sabit gəlir olmadıqda, məhkəmədən alimentin sabit pul məbləğində (hər uşaq üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu həddində — hazırda hər uşağa 235 manat olmaqla) kəsilməsini xahiş edə bilərsiniz. Bundan əlavə, uşaq 3 yaşına çatana qədər ananın ona qulluq etdiyini və işləmədiyini nəzərə alaraq, məhkəmə qaydasında keçmiş həyat yoldaşından **ana üçün də əlavə sabit pul məbləğində saxlanma xərci (aliment)** tələb etmək hüququnuz var. Vəkil Qulam İsmayılzadə
  • Seymur 2026-06-25 01:31:14

    1 uşaq üçün 250 manat kesilib azaltmaq mümkündür

  • Seymur 2026-06-25 01:30:09

    Salam mən boşanmışam amma heç bir yerde işləmirəm məhkəmə 250 manat aliment kəsib apeliyəsa şikayəti versem azalda bilerem

    Aleykum salam. İşsiz olmağınız sizi aliment öhdəliyindən tam azad etmir və məhkəmə alimentin sabit pul məbləğini müəyyən edərkən ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu (hazırda 246 manat) əsas götürür; lakin apellyasiya şikayəti verərək rəsmi iş yerinizin olmamasını, maddi və ailə vəziyyətinizi (fiziki qüsur, səhhətdə olan problemlər, himayənizdə olan digər şəxslər və s.) sübut edən sənədləri məhkəməyə təqdim etməklə təyin olunmuş məbləğin azaldılmasına və ya daha mütənasib məbləğlə əvəz olunmasına çalışa bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Elçin 2026-06-07 11:58:23

    Salam. 2017-ci ildə boşanmışam. Aliment ödəyirəm. Övladımın anası ikinci dəfə ailə qurub. Qanunla mən aliment ödəməyə davam etməliyəmmi? Mən ödəyirəm və gücüm çatan qədər ödəməyə davam edəcəyəm də. Sadəcə bilmək istəyirəm ki, qanun bu məsələni necə tənzimləyir: aliment ödənilən valideyn təkrar ailə qurursa, aliment ödəyən tərəf alimenti ödəməyə davam etməlidirmi? Təşəkkür edirəm öncədən.

    Bəli, aliment ödəmək öhdəliyi davam edir. Uşağın anasının yenidən ailə qurması aliment öhdəliyinə xitam vermir. Vəkil Qulam İsmayılzadə
  • Gülnar 2026-05-14 21:27:59

    Mənim oğlum üçün məhkəmə minimum əmək haqqının 58 misli aliment təyin edib.Uşaq autizm idi,amma rəsmi olaraq qeydiyyatdan keçməyib.Psixoloji mərkəzdən arayış təqdim etdim ki,bu uşağın daim loqoped və psixoloq dəstəyinə ehtiyacı var.Atası məhkəmədə 500-550 man qazandığını söyləsə də 400 manatın 58 misli götürüldü.Mənim işləməyim və atası bizneslə məşgul olsa da adına heç bir vöen olmadığı əsas gətirildi.Ölkə üzrə minimum aliment artıb 246,sonra 260 oldu.Mənim övladıma təyin olunan məbləği də artmış olurmu,müraciət etməliyəmmi?

    Əgər aliment minimum əməkhaqqının müəyyən misli ilə təyin edilibsə, minimum əməkhaqqı artdıqda aliment məbləği də avtomatik artır. Ayrıca məhkəməyə müraciət yalnız aliment sabit məbləğlə müəyyən olunubsa və ya əlavə artırılma tələb edilirsə lazım olur. Vəkil Qulam İsmayılzadə
  • Goycek resulova 2026-03-26 19:34:42

    Salam.resmi nigahim yoxdur 4yasinda qizim var ata soyadindadir qeydiyatda oldugu ev nene adinadir.ata rusiyada isleyir.aliment ucun muracietde hansi haqlari teleb ede bilerem?

    Rəsmi nikah olmasa da ata uşağa atalıq veribsə, siz məhkəməyə müraciət edərək aliment, uşağın saxlanılması xərcləri və digər təminat hüquqlarını tələb edə bilərsiniz. Atanın xaricdə yaşaması bu hüququ aradan qaldırmır və məhkəmə qaydasında aliment təyin oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Zərifə 2026-03-21 21:05:45

    Mülkiyyətçi keçmiş yoldaşımdır orada qəydiyatdayiq oğlumla boşanma olub tezdən həmin evde yaşama hüququ almağ olar?

    Boşanmızsınızsa və mülkiyyətçi icazə vermirsə, xeyr Vəkil Qulam İsmayılzadə
  • Zərifə 2026-03-18 12:11:37

    Salam boşanmisam yeniden həmin evde övladımla birgə yaşama hüququ tələb edə bilərəm?

    Sualınızı konkretləşdirin, hansı evdən söhbət gedir ? mülkiyyətçi kimdir? Vəkil Qulam İsmayılzadə
  • Fəridə 2026-03-17 15:08:23

    Salam. Yoldaşımın 2ci ailəsiyəm. 1cidən 3 uşaq var maaşının 50% miqdarda aliment tutulur. Mənim də yanvarda övladım dünyaya gəlib. Yeni doğulmuş uşağa görə aliment faizinin azaldılması üçün nəsə edə bilərik ?

    Bəli, məhkəməyə müraciət edərək uşaqların sayını və yeni doğulmuş övladı əsas gətirərək alimentin faizinin yenidən müəyyən edilməsini tələb edə bilərsiniz. Məhkəmə mövcud öhdəlikləri və ailə vəziyyətini nəzərə alaraq qərar verəcək. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz