Borclu şəxs vəfat edərsə, borcun aqibəti necə olur?
Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur? Əgər borclanan vəfat edərsə, onun kreditini kim ödəməlidir?
Mülki Məcəllənin müvafiq maddəsində qeyd olunub ki, əgər ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir.
Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər. Vərəsələrin arasında borcun ödənilməsi isə onların arasında bölünən əmlakın qiyməti ilə ölçülür. Hər hansı bir varisdən onun payına düşən vərəsə qiymətindən artıq borc tələb oluna bilməz.

Bəzi hallarda isə vəfat edənin haqqında cinayət təqibi olur. Bəs həmin şəxsin borclarını kim ödəməlidir?
Təqsirləndirilən şəxs vəfat etdikdə cinayət prosesini həyata keçirən orqan onun öldüyü vaxtdan 3 gün müddətində yaxın qohumlarına onun hüquqi varisi kimi istəyinin olub - olmaması barədə bildiriş göndərir.
Əgər şəxsin vəfat edən vaxta qədər hər hansı borcu varsa, onun borcu ölmüş şəxsin mirasını qəbul etmiş şəxsə keçir. Qanunla mirası qəbul etmiş şəxs həmin borcları ödəməyə borcludur. Əgər tələbkar tərəf ölərsə, onun alacağı vəsait qanunla vərəsəliyi qəbul etmiş şəxs və ya şəxslərə ödənilməlidir. Bu zaman məhkəmə vəfat edənin həyat yoldaşını və ya övladını və yaxud da yaxın qohumlarını hüquqi varis kimi tanıyıb məhkəmə prosesinə cəlb edir və onlar tələbkar qismində çıxış edirlər.
Şərhlər
Elyar Ramazanov 2026-01-28 19:14:34
Amma vərəsəlik barədə müraciət etməmişik. Əgər vərəsəlik yoxdursa kredit ödənişi ödəməli deyilik?
Elyar Ramazanov 2026-01-28 19:12:53
Salam aleykum. Anam 2017 cü ildə vəfat edib 2026 cı ildə bank məhkəmədə iddia qaldırır ki ,anamın borcu var deyə. Vərəsəlik hüququ almısız deyə qeyd olunub
İzmir ismayılov 2026-01-28 18:24:28
Salam , mənim bacım rəhmətə gedib hec bir mirası yoxdu 2 yaşında uşağı var. Ərilə nigahı yoxdur. Mərhum əllilik pensiyaalırdı. Belə olan halda banka olan krediti silinə bilərmi
Zamin Mövsümov 2025-08-14 13:43:07
Salam mən Kapital Bankdan 1000 manat kiridit götürmüşəm, ve gecikmə olduğuna görə Bank məni məhkəmiyə verdi, və hal hazırda iş yerimiz müvəqqəti olaraq dayandırılıb, heç bir yerdən gəlir yerim yoxdu və kiriditi ödüyə bilmirəm, gecikmə olsa həpis gözlənilir.
Turan Hüseynli 2025-08-11 16:29:30
Salam atam 19.07 rəhmətə gedib və Banka 1200 borcu var idi Zamin duranda yox idi indi isə Bank bizdən pulu istəyir yari yariya pulu endirə Bilərik deyirlər əgər borcu verməzsək borcu sizin üstünüzə keçirdəcəyik dedilər bu nə dərəcədə Düzgündür? Onceden tesekkurler
Vəfa Şərifova 2025-07-10 09:19:04
Vərəsəlik qəbul etmədən (avtomobil vəfat edən şəxsin adınadır) həmin avtomobil sürülə bilər?
Vəfa Şərifova 2025-07-09 12:52:32
Salam.Vəfat etmiş şəxsin varisliyindın imtina etdiyimiz halda, vəfat edənin borcuna bank hansı şərtləri qoya bilər?
Əliyeva Leyla 2025-07-09 03:39:07
Salam. Atam sentyabrda rəhmətə gedib. 12 min banka borcu var . Amma o puldan heç bizim xəbərimiz yoxdur, 4.5 yasimdan o bizi atıb anamdan ayrılıb. İkinci ailə həyatı qurub May ayında vərəsəlik açılıb adıma qardaşımın adına. Birdə ikinci həyat yoldaşının adına. Heç bir əmlakı yoxdur. Nə maşın nə ev. Ancaq maaşdan hesablanan pul verilib mənə 700 manat. Bank məhkəməyə versə məndən tələb edə bilər 12 mini?
Aysun Mirzəyeva 2025-07-08 22:40:20
Salam qaynatam 01.07.2025 ci ildə vəfat edib.3 illik krediti var 6 ayın ödəyib zamin həyat yoldaşı və atamdı imkan zəifdi ödənilməsə problem olar.Xaiş edirəm cavablandırardız.
2025-05-28 08:45:42
Şərh yaz