Boşanma ərizəsi necə yazılır? Boşanma prosesi neçə ay davam edir? Boşanmaq üçün iddia ərizəsi. Boşanmaq üçün lazım olan sənədlər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda, ər (arvad) nikahın pozulmasına razı olmadıqda və ya ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikah məhkəmə qaydasında pozulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən boşama ərizəsi məhkəməyə yazılı şəkildə təqdim edilməlidir.
Boşanma ərizəsində növbəti məlumatlar göstərilməlidir:
Bundan başqa, boşanma ərizəsində boşanmadan sonra birgə nikahdan olan uşaqların kimin himayəsində saxlanması və onların saxlanması üçün cavabdehdən tələb edilən aliment, mediasiya prosesində iştirak edib-etməməyə dair məlumatlar qeyd edilməlidir.
Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.
Məhkəmə qaydasında boşanma prosesi işin hallarından asılı olaraq 2 aydan 5 aya qədər çəkə bilər. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir.
Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, məhkəmə yolu ilə boşanma zamanı əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını və birgə nikahdan olan uşaqların saxlanması kimi məsələləri daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Vəkil məhkəmə yolu ilə boşanma zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.
#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi
Şərhlər
İsmayıllı pənar 2026-08-30 12:21:30
Boşanmaq. Üçün. Müraciyət. Edirəm. Xasiyyət. Tutmamazdıgından
Aytən Alıyeva 2026-08-06 23:00:20
Salam mən boşanmaq istəyirəm birgə övladımız yoxdu yenədə mediasiyaya gedilməlidi
Tunarnsb 2026-05-19 14:40:07
Salam men yoldasimla dalasdigim ucxun ata evindeyem iki ildiki 4yasli oglumu alib mehkeme qeeari Olmadan iki yasli oglum menimledi. Men bosanma Olmadan iddia qaldirb usagimi ala bilerem? Iki ildi gore bilmirem uje usaq mwni tanmir
Abdullayeva Jale 2026-04-19 03:34:36
Salam.biz 5 ildir aileliyik 2 oglum var evliliyimizin 1 il tamaminda ev aldiq ev belediye senedidir yoldawimin adinadir.oglumun birinin 4yawi var birinin 1 yaw yarim.bowanmada uwaqlar anada qalirmi?evden pay duwur 4 aile uzuvunede?
Qurbanzade Xuraman 2026-04-08 18:18:37
Biz mediasiyada razilawma yolu ile bowandiq amma mehkemeye cixmadiq indi bowanma erizesini nece yazmaliyiq ve hansi senedler verilmelidir?
Züleyxa 2026-04-08 12:07:51
Salam deyə bilərsiz boşanma üçün müraciəti yalnız ər edə bilər? Həyat yoldaşı gəlmədən ?
Zülfiyyə Tahirova 2026-04-07 19:20:31
Salam,mən 5 aydır ailə qurmuşam,ikinci evliliyimdir,birinci nigahdan iki övladım var,biri 20 yaşında,digeri oğlum 10 yaşında əlilliyi var,ikinci nigahdan əvvəl ipateka ilə ev götürmüşəm öz adımadır kupçası da var,sualım budurku ipatekada olan evimi vərəsə kimi qızımın adına vəsiyyət edə bilərəmmi,yoldaşıma bu evdən gələcəkdə pay düşməsin,əvvəlcədən təşəkkürlər
Günay 2026-03-16 15:04:38
Salam. 5 ildi ailəliyəm, 3 yaşlı qızım var. Boşanmağa qərar vermişəm, ilk hara müraciət etməliyəm? və qızımın mənlə qalmamaq ehtimalı var ?
Nuranə Muradova 2025-09-12 18:00:52
Salam,bizdə uşaq yoxdur.birbasa asan xidmətə müraciət etməliyik?
Əzimzadə turkan 2025-08-23 13:34:52
3yasli uşağı ata aparıb öz evində bir neçə gün saxlamaq hüquq var?
Şərh yaz