Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir.
Ər-arvad münasibətlərinin hüquqi tənzimlənməsi Azərbaycan hüquq sisteminin qarşısında duran ən mürəkkəb məsələlərindən biridir. Bu onunla bağlıdır ki, nikahın qeydə alınması ilə ər və arvadın bir-biriləri qarşısında əlaqəli hüquq və vəzifələri yaranır. Misal üçün: birgə əmlak hüququ, valdeynlik hüququ və s.
Bəzi hüquq və vəzifələr isə boşanma prosesi başa çatdıqdan sonra da davam edir (birgə nikahdan olan uşaqı saxlamaq vəzifəsi, uşaqla ünsiyyət hüququ).
Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.
Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.
Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin şəxsən iştirak etməsi tələb edilir.
Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.
Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.
Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə Mediasiya təşkilatına müraciət etməlidir.
Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.
Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:
Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir. 2024 minimum aliment məbləği bir uşağa görə 235 manat müəyyən edilmişdir.
Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.
Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.
Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.
Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.
Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.
Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır
Sonda onu qeyd edim ki, boşanma zamanı prosesin çətinliyi ər və arvadın hansı qaydada ümumi birgə əmlakı bölmək və uşağın saxlanılmaında iştirak etmək niyyətlərindən asılıdır. Çox təəssüf ki, əksər hallarda ər-arvadın hər biri öz əmlak iddialarını daha çox emosiyalara əsaslanaraq, hüquqi tənzimləmələri bilmədən özünəməxsus şəkildə qiymətləndirir. Buna baxmayaraq, bütün məsələlər tərəflərin maraqlarına xələl gətirmədən ciddi şəkildə qanun çərçivəsində həll oluna bilər və həll edilməlidir.
Peşəkar vəkil boşanma prosesi zamanı tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Hüquqşunas tərəfindən yazılan boşanma ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən boşanma prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məskəhəti almağınız tövsiyə edilir.
.
#boşanma ərizəsi # boşanma prosesi # uşaq varsa boşanma prosesi # boşanma # bosanma erizesi # bosanma # bosanma zamani qadin huquqlari # məhkəmə yolu ilə boşanma
Şərhlər
Lale 2026-08-14 13:09:17
salam. Mən özüm iddia ərizəsi hazırlayıb digər sənədlərlə birgə məhkəməyə təqdim etmişəm.2 sualım var. 1) mediasiyada aliment məbləği və uşağın kimdə qalması barədə razılıq olub, barışıq sazişi imzalanıb. mən iddia ərizəsində yenidən alimentlə bağlı heç nə yazmadım, çünki deyildi ki, bütün bunlar artıq mediasiyada həll edilib. hakim ancaq nikahın pozulmasını təmin edə bilərmi? çünki son olaraq müraciətdə o istək yazılmamışdı.2ci sualım isə mediasiyadakılar mənə deyir ki sizə düz deməyiblər məhkəmədə, siz iddia ərizisi həm də e-məhkəməyə yükləməlisiniz. amma məhkəmə sənəd qəbulunda mənə nəsə demədilər və sənədlər qəbul etdilər. mən yenə də iddia ərizəsini yükləməliyəm sayta? öncədən təşəkkür edirəm
Gulzar Iskenderova 2026-06-23 14:10:46
Salam. Men rayon qeydiyyatiyam qarsi terede rayon qeydiyyatidi ferqli rayonlardi . Bakida bosanmag mumkundur ? Usag yoxdur. Qarsi teref asan xidmete gelmedi olkeni terk edib . Mene komeklik ede bilersiz?
Musayeva 2026-06-22 16:33:14
Salam zəhmət olmasa cavablandırardız boşanma prosesində .Azərbaycan qanunlarında məni təhqir etməyi alçaltmağı.bu Barədə yazdığı mesaj və ya göndərdiyi səslər sübut kimi məhkəmədə göstərilə bilər?.Ailəsiylə bağlı laqeydliyi hətta.Ailəsinə baxmamağı Yazdığı mesaj və göndərdiyi səslər sübut kimi istifadə edilə bilər?
vətəndaş 2026-06-21 03:34:27
salam yeni ailə qurmuşam 1 dene 3 aylıq qızım var yoldaşım boşanmaq istəyir nə qədər vaxt ceker
Aysel 2026-06-04 12:26:13
Salam men bosanmag istediyim sexsin adresini bilmirem telefonlara cvb vermir yerini bildirmir men nece bosana bilerem onan
Aliyə 2026-06-02 08:08:46
Salam Vəkil.boşandıqdan sonra,Azərbaycan qanunlarında Arvadını təhqir,daha geniş desəm insanı adıyla deyil hər hansı əşya,heyvan quş adlarıyla çağırmaq..alçatmaq,və ən əsası Bu sənin normaldır. Eşitməlisən bu sözləri deyir.Bunlara görə hansı. Cəza növü var?Mən müraciət etsəm Cərimə,Ciddi xəbərdarlıq.və ya hansısa formada oluna bilər?Əvvəlcədən təşəkkür
Kərimova 2026-05-22 11:42:52
Salam Vəkil.Xahiş edirəm cavablandırasız sualımı..Mən 6ildi ailəliyəm 1 övladım var.Boşanma qüçün ərizə verməyə hazırlaşıram.Özüm bu dəq işləmirəm belə deyim evdən xırda işlərim olur.əl işləri filan. Yoldaşım məni hər yerdən məhrum qoyub.lakin artıq iş axtarıram.və.neçə.işə.baxmışam.ata evim var.yaşayış üçün.atam anam yoxdu.orda özü. Haşayacam..boşanma prosesində 5 yaşı tamam olmayan uşaq ataya verilə bilər?..2ci sualım.Yoldaşımın mənlə olan rəftarı,kobud aşağılayıcı,alçaldıcı.hər sözü,hətta adım əvəzinə məni səsləniş forması belə.heyvan mal.bo formadadır.və bu daim belədi.hətta uşağın yanında belə anan tülküdü.anan itdi deyir.bunların hər birini məhkəmədə səsləndirmək və tələblərimi hansı formada deməliyəm?psixoliji mənəvi şiddət.hətta fiziki şiddət də olub əvvəl.bunu sübut edəcək Xəstəxana Sənədi də var..Bunlara görə məhkəməyə hansı.formada müraciət edə bilərəm?və.təzminattələb edə bilərəm?.Və.sonuncu suualı..Nə.özünə nə.ailəsinə etibarım yoxdu.hər dəfə sözümüz düz gəlməyəndə .biraz sözümüz olanda qohumlarımı filan söhbətə qatır 1 bacım var.Onun başını burax filan.lazım deyil filan..Yəni qısası ancaq manipulyasiya edir.daim.mən məhkəməyə hansı formada deməliyəm ki,mən Oğlum bə.qohumlarımdan əsas da bacım və.ailəsi.hər.hansı.bir ziyan görərsən mən ondan bilərəm.çünki çox hələlik danışır..Və.boşandada kredit borcu yarı bölünəcək?götürdüyü kredit ancaq özü bilir hara olur.atssı evində yaşayırıq heç.bir əlavə tikili artım və s yoxdu.1 maşını var etibarnaməylədi..bütün pulu maaşı,aldığı kreditləri də elə.özünə.öz kefinə.gedir.ailısinə.uşağına da lazım olanın 5indən 2sini onu da zor güclə edir.həm də burnundan gətirir..Hətta ağrayanda belə.həkimə.getməyə aparmağa adamın canını üzər heçnə.yoxdu səndə məndən sağlamsan deyir ..ailəsinə münasibəti belə olan biri,Bunlar olduğu halda belə.kredit nigah müddətində götürülüb deyə bölünəcək?5 ildi kredit qurtarmır.adavamlı götürür..Çox xahiş edirəm cavabsız qoymayın.əvvəlcədən təşəkkür.
Səbinə 2026-05-13 19:25:31
Salam Vəkil.Əvvəlcədən cavab üçün təşşəkürümü bildirirəm. Biz 9 ildi evliyik bir övladimiz var.Yoldaşım evdə olan dava dalaşdan sonra oğlumu qacırıb.polisdə çağırdim ama heç nə etmədilər.Bilmek isterdim gedim uşağımi ala bilerəmmi.Gostərmir etmir . Boşanmamışıq
Anonim 2026-05-07 21:37:47
Salam mən arvadam boşanmağ isteyirəm övlad yoxdu 2 ildi ayrıyığ .tək tərəfli boşanma açmışam vəkilim elektronla hərşeyi hazırlıyıb göndərib ikinci səfərdi atkaz gəəlir nikah haqqında şahadətnamə olmalıdır deyir hakim.elektronla hərşey gpndərilib.niyə uzanır bu boşanma
Rafiq 2026-04-23 14:56:27
Salam. İddiaçı ilkin məhkəmədə alimentdən əlavə olaraq təhsil məqsədi ilə sabit məbləğdə 200 manat tələb edib. Ailə məcəlləsinin 81ci maddəsində digər hallarda ifadəsində təhsil haqqı qeyd olunmayıb. Təhsil məqsədi ilə əlavə aliment hesablana bilər? Mən etiraz edə bilərəm bu məsələyə?
Şərh yaz