Hüquqi yardım

Boşanma zamanı uşaq
21 Sen

Boşanma zamanı uşaq

Boşanma zamanı uşaq kimdə qalır? Boşanma zamanı uşaq hansı hallarda ataya verilir? Boşanma prosesi uşaq varsa

Boşanma zamanı uşaq kimdə qalır?

Boşanma prosesi zamanı ən mürrəkkəb məsələlərdən biri boşandıqdan sonra uşağın hansı valideynin yanında qalmasıdır.

Qeyd etmək istəyirəm ki, Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Haqqında bəhs edəcəyimiz məsələyə dair məhkəmə yolu ilə boşanma proseslərindən birini misal göstərək:

Mehriban və Arzuman 2007-ci ildə ailə həyatı qurmuş və bu nikahdan onların 2008-ci ildə Ceyhun, 2011-ci ildə Sevda, 2012-ci ildə isə Xəyal adlı övladları dünyaya gəlmişdir. 

Mehriban və Arzuman 2018-ci ildə ayrılmış və Mehriban balaca oğulları Xəyalı da özü ilə apararaq atası evinə yerləşmişdir. Barışmaq üçün 1 il gözləsə də, bunun mümkün olmayacağını anlayan Mehriban, rayon məhkəməsinə müraciət edir. Məhkəmədən xahiş edir ki, qalan iki övladı Ceyhun və Sevda da onun yanında yaşasın. Çünki hesab edir ki, uşaqlar analarına daha çox bağlıdır və onun yanında yaşamaq istəyirlər. Atası isə uşaqların atalarının yanında qalmaq istədiklərini deyir. 

Rayon Məhkəməsi isə bu məsələ ilə bağlı Qəyyumluq və Himayəçilik Komissiyasını rəy vermək üçün işə cəlb edir. Məsələ ilə bağlı Qəyyumuq və Himayəçilik Komissiyası da rəy verir ki, Sevda anası ilə, Ceyhun isə atası ilə qalmalıdır. Rayon Məhkəməsi də bunu əsas götürərək Sevdanın atadan alınıb anasının himayəsinə verilməsi barədə qətnamə qəbul edir.

Qərardan narazı qalan uşaqların atası rayon məhkəməsinin qətnaməsindən Apellyasiya Məhkəməsinə şikayət edir. Apellyasiya Məhkəməsi isə bu qərara gəlir ki, Rayon Məhkəməsi düzgün qərar verib, ona görə də onu qüvvədə saxlamaq lazımdır. 

Apellyasiya Məhkəməsinin də qərarından narazı qalan ata müraciət edir Ali Məhkəməyə. Ali Məhkəmə isə işin gedişatını dəyişdirən qərar verir. Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edir və işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərir. 

Bəs niyə qətnaməni ləğv edir? 

Çünki Ali Məhkəmə öz qərarı ilə əsaslandırır ki, Apellyasiya məhkəməsi iş üzrə cavabdeh Namiqin apellyasiya şikayətinin kifayət qədər ciddi və əhəmiyyətli olan dəlillərinə düzgün hüquqi xidmət verməmişdir. Bir sözlə, Ali Məhkəmə deyir ki, Rayon Məhkəməsi təkcə Qəyyumluq və Himayə Komissiyasının rəyini əsas götürüb qətnamə çıxarıb, Apellyasiya Məhkəməsi də Apellyasiya şikayətinə düzgün hüquqi qiymət verməyib.

Qəyyumluq və himayəçilik orqanının rəyində də Ceyhunun fikri nəzərə alınıb atası ilə qalması əsaslandırılsa da, Sevdanın anasının yanında qalması məsələsi ilə bağlı onun fikri nəzərə alınmayıb. Onun nə vaxtdan atası ilə yaşaması, anası və ya atası ilə qalması üçün şəraitin olub-olmaması, valideynlərdən hansına daha bağlı olması, valideynlərin şəxsi keyfiyyətləri, uşaqları tərbiyə etmə iqtidarında olub-olmamaları, təhsil alması və digər zəruri hallar araşdırılmayıb.

Nəzərinizə çatdırım ki, alınan bu cür rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil. Yəni ekspert uşaqların atada və ya anada qalması barədə qərar versə belə, məhkəmə yenə də uşaqların üstün mənafeyini nəzərə alaraq bu rəyi qiymətləndirməlidir.

Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərir. İşə apellyasiya məhkəməsində yenidən baxılanda Mehriban yenə iddia edir ki, Sevda qız uşağıdır və buna görə anası ilə qalmalıdır. Atası ona psixoloji təsirlər edir, ona görə atasının yanında qalmaq istəyir. Sevda isə tam əksini deyir, o atasını çox istədiyi üçün atası ilə qalmaq istəyir və hər iki qardaşını da çox sevir. 

Yekunda Apellyasiya məhkəməsi də yenidən qətnamə çıxarır ki, rayon məhkəməsinin qətnaməsi ləğv edilsin Sevda anasına verilmir, o atasının yanında yaşamağa davam edir.

Boşanma zamanı uşaq kimdə qalır?

Bəs niyə belə qətnamə çıxarılır? 

Boşanma zamanı uşaq bölgüsü apararkən məhkəmə uşağın üstün mənafeyini nəzərə alır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziyası Mərkəzi tərəfindən psixoloji ekspertiza da keçirilir. Onların rəyindən məlum olur ki, Sevdanın atasına qarşı bağlılığı müşahidə olunur, anasına qarşı bağlılığı müəyyən olunmur. Qəyyumluq və Himayə orqanının rəyinə gəldikdə isə, onlar Sevdanın anasının yanında qalasına rəy versə də, rəyində tam əsaslandırmır nəyə görə anasının yanında qalmasını. Həm də verdikləri rəydə heç qız uşağının fikrinə önəm verməyiblər. Məhkəmə gedişatında da Sevda dəfələrlə qeyd edib ki, atası ilə qalmaq istəyir. 

Ailə Məcəlləsinin də 52-ci maddəsində də göstərilir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmalar gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan situasiyalar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 

Ali Məhkəmənin də qərarında göstərilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”, yaxud “qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. 

Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətən üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) ola bilməz.

Boşanma prosesi yekununda məhkəmə qeyd etdiyim və qeyd etmədiyim halları əsaslandıraraq qərara gəlir ki, Sevda atası ilə birgə qalmağa davam etsin.

Boşanma zamanı uşaq hansı hallarda ataya verilir?

Qeyd olunan sualın cavabı yuxarıda qeyd etdiyim məhkəmə yolu ilə boşanma proseslərindən görünür. Belə ki Məhkəmə hər bir halda uşağın fikrini öyrənməli və uşağın üstün maraqlarını nəzərə almalıdır, yəni hər-hansı valideyndən birinin maddi durumunun digərindən yaxşı olması uşağın həmin valideynin yanında qalması üçün həlledici hal ola bilməz.

Valideyin razılığı olmadan uşağın xaricə aparılması

Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.

#boşanma zamanı uşaq kimdə qalır # boşanma zamanı uşaq hansı hallarda ataya verilir # boşanma prosesi uşaq varsa # boşanma prosesi # boşanma

Şərhlər

  • Firuzə 2026-06-02 13:53:37

    mənim 8yasinda oqlum var 9 ilik ailəliyəm yoldaşım mənə 8il yaxın durmayıb ailə kimi. mən ata evinə getdim qayıtdım ər evinə yenidən yenə də yola gedə bilmirik .mən boşansam usaqi məndən ala bilər? mən işləmirəm. yoldaşımla qaynata evində qalıram. evdən mənə pay düşürmü?

    Boşanma zamanı işləməməyiniz uşağın sizdən alınması üçün əsas deyil. Məhkəmə uşağın mənafeyini və faktiki qayğı göstərən valideyni nəzərə alır. Qaynatanıza məxsus evdən sizə pay düşmür. Vəkil Qulam İsmayılzadə
  • Tural 2026-05-12 09:31:24

    Salam bacim bosanib 1il yarim olar iki qizi var biri 12 yas biri 4 yas mediyasiyada raziliga gelindi boyuk qiz atasina kicik qiz anasinin himayesine verildi.indi balaca qiz atasinin yaninda qalir gelmir deyirlerki anasini istemir vermirik.biz onu nece ala bilerik

    İlk öncə Qərarın icrası üçün İcra şöbəsinə sonra isə məhkəməyə müraciət edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Sıbinə 2026-04-06 11:52:24

    Salam mən yoldaşımla ayrılmaq istiyirəm xəyanət üstündə həmdə yola getmirik 17 18 yaşında uşaqlarım var yoldaşım oları mənən almaq istiyir ama uşağım məndə qalmaq istiyir necə edə bilərəm atası mənən zornan 18 yaşında uşağımı ala bilər?

    18 yaşlı şəxs artıq yetkindir və onu zorla sizdən almaq mümkün deyil. 17 yaşlı uşağa görə isə məhkəmə onun fikrini alaraq nəzərə alaraq qərar verəcək. Vəkil Qulam İsmayılzadə
  • Ilahe 2026-03-31 13:31:54

    Salam men bowanmaq isteyrem dolanmirq her gun soz sohbet olur iki uwaqim var 7 ve 4 yawinda meni qorxudurlar ki uwaqi alacq bowansan ve uwaq evine verilmesini tekeb edeceklerini deyirler men ne etmeliyem uwaq kimde qalir ya usaq evine verile bilermi?

    Uşaqların valideynlərlə qalması onların maraqları əsas götürülərək məhkəmə tərəfindən müəyyən olunur. Heç kim qanunsuz olaraq uşağı almaq və ya uşaq evinə vermək hüququna malik deyil Vəkil Qulam İsmayılzadə
  • Səadət 2026-02-10 14:05:49

    Salam menim 13 ,10 yaşlarında uşaqlarım var boşanma zamanı uşaqlar kimdə qalacaq?

    Uşaqların kimdə qalması barədə qərarı məhkəmə uşaqların mənafeyini əsas götürərək qərar verir Vəkil Qulam İsmayılzadə
  • Ieyla Eliyeva 2026-01-31 21:07:41

    Salam. Eger ana rus vetendashidi ata azerbaycan. Ushaqin biri 7 yashinda biri 1 yashinda. Boshanma zamani ushaqlar ana ile yoxsa ata ile qalacaq. Ana rus vetendashidir

    Uşaqların kimdə qalması barədə qərarı Azərbaycan məhkəməsi uşaqların mənafeyini əsas götürərək verir, vətəndaşlıq fərqi bu qərara birbaşa təsir etmir. Vəkil Qulam İsmayılzadə
  • Sabir 2026-01-21 13:51:53

    Salam men 2 ildirki evliyem ve bosanmaq isdeyirik 2 yasli ovadimiz var ana razidir mene yeni atasina usagi vermeye alimentde vermeye mehkeme bu meseleye razi olarmi bosandigimiz zaman ?

    Valideynlərin razılığı olsa belə, 2 yaşlı uşağın ata himayəsinə verilməsi məhkəmə üçün istisna haldır. Məhkəmə əsasən uşağın yaşı, ana ilə bağlılığı və maraqlarını əsas götürür və bu yaşda uşaqlar adətən anada saxlanılır. Ana könüllü razılıq versə də, məhkəmə uşağın atada qalmasına və ananın aliment ödəməməsinə çox yüksək ehtimalla razılıq vermir. Ana valideynlik hüququndan məhrum edilmədiyi halda aliment öhdəliyi saxlanıla bilər. Vəkil Qulam İsmayılzadə
  • Memmedova Badam 2025-12-25 11:04:09

    Salam menim 20 yasim var ve 1 usagim var 9 ayliqdi .Usaq 2 ayliq olandan atamin evindeyem usagin atasi usaga baxmir. Ve meni her defesinde hedeleyirki senden usagi alacam . O menden şerleme ile usagi ala bilermi? Ve 800 azn maaş Alir mehkeme yolu ile ayrildiqda nece azn aliment kesilecek usaga onu bilmek isteyirem cavablandirsaniz cox sevinerem

    Xeyr, hədələmə ilə uşağı sizdən ala bilməz. 800 AZN gəliri varsa, məhkəmə adətən qanunla müəyyən edilmiş faiz nisbətinə uyğun olaraq aliment təyin edir. Dəqiq məbləğ məhkəmə qərarında göstərilir. Vəkil Qulam İsmayılzadə
  • Melahet 2025-12-10 19:12:18

    Bir daha Salam,hormetli vekil.Birsualimada cavab vermenizi xahis edirem.Qizimin heyat yoldasi ovladini vetenden kenara caxarmaq ucun etibarname vermeyeceyini soyleyib.Mehkeme yolu ile sened alib nevemizi Rusiyaya getire bilerikmi?

    Bəli, mümkündür. Ata etibarnamə vermədikdə ana məhkəməyə müraciət edərək uşağın ölkədən çıxarılmasına icazə verilməsi barədə qərar ala bilər. Vəkil Qulam İsmayılzadə
  • Melahet 2025-12-10 17:14:35

    Salam Vekil!Qizim 1,9 aydir evlidir. 11 ayliq bir ovladi var.Biz valideynleri Rusiyada yasayiriq,qizim Azerbaycanda erdedir.Vetende evimiz,qizimin işi yoxdur.Bosanma zamani ovladi elinnen alina bilermi?ve ikinci sualim.Bosanma mehkemesine muraciet ucun Rusiyadan ozumuzle hansisa bir sened getirmek lazimdirmi?Burda evimiz ve qanuni isimiz var.Cunki qizimizi bosandiqdan sonra nevemizle yanimiza getirmek isteyirik.Onceden tesekkurler

    Qızınızın 11 aylıq uşağı boşanma zamanı ondan alınmır, uşaq adətən ananın yanında saxlanılır. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz