Hüquqi yardım

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.
02 Okt

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.

Daşınmaz əmlakın alqı-satqısı zamanı tələb olunan sənədlər və ödənilən rüsumlar.

Daşınmaz əmlakın alqı-satqısının xüsusiyyətləri.

Daşınmaz əmlak (mənzil, torpaq sahəsi, qaraj və s.) satılarkən aşağıdakı sənədlər tələb olunur:

1) Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd - yəni çıxarış (kupça)

2) Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış

Qeyd olunan arayış alqı-satqı zamanı notarius tərəfindən verilir.

3) Nikah haqqında şəhadətnamə -mMülkiyyətçi nikahdadırsa, onun

4) Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı

Azərbaycan Respublikasnın Ailə məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığından birgə nikah dövrü ərzində alınan əmlak satılarkən mütləq tərəflərin hər ikisinin razılığı olmalıdır.

5) Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Belə razılıq qeydiyyata olan şəxslər tərəfindən verilmədikdə mülkiyyətçi qeyd olunan şəxslərin mülkiyyətndə olan əmlakdan istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər.

Həmin şəxslərin mülkiyyətdən istifadə hüququna məhkəmə tərəfindən xitam verildikdən sonra, artıq alqı-satqı zamanı onların razılığına zərurət olmur.

Məhkəmə qeydiyyatda olan mülkiyyətçinin ailə üzvlərininin (Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), habelə onun uşaqları və valideynləri nəzərdə tutulur) istifadə hüququna xitam verərkən mülkiyyətçi tərəfindən bunun əvəzində həmin şəxslərə kompensasiya ödənilməsini müəyyən edə bilər.

Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlananda həm alıcı, həm də ki satıcı şəxsən iştirak edə, və yaxud hər iki tərəfin yerinə etibarnaməyə əsasən onların nümayəndələri iştirak edə bilər.

Müqаvilə üzrə əmlаk ərə (аrvаdа), uşаqlаrа, vаlidеynlərə, bаbаyа, nənəyə, nəvəyə, qаrdаşа, bаcıyа kеçirsə – dövlət rüsumu 20 mаnаt, хidmətə görə tutulаn hаqq – 3 mаnаt təşkil edir

Daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlаk bаşqа şəхslərə kеçirsə:

Bаkı şəhərində - dövlət rüsumu 250 mаnаt, хidmətə görə tutulаn hаqq 37.5 mаnаt

Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 175 mаnаt, хidmətə görə tutulаn hаqq 26.25 mаnаt

digər şəhər və rаyоnlаrdа - dövlət rüsumu 125 mаnаt, хidmətə görə tutulаn hаqq 18.75 mаnаt.

Bundan başqa, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 218.4.3. və 218.4.5-ci maddələrində qeyd edilmişdir ki, daşınmaz əmlak satılarkən sadələşdirilmiş vergi tutulur. Həmin vergi Vergilər Məcəlləsinin 220.8 və 220.8.1-ci maddəsinə əsasən əmlakın qiymətindən aslı olmayaraq yerləşdiyi zonaya və əmlakın sahəsinə uyğun olaraq hesablanır.

Hər kv.m. üçün 15 manat

Əmlakın yerləşdiyi zonaya uyğun olaraq isə 1,20 manatdan 4 manatadək əmsal.

Şəsxlər 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satdıqları halda bu vergini ödəməkdən azad olunur.

Həmçinin, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi də vergidən azaddır.

Misal:

Siz mülkiyyətinizdə 3 ildən az müddət ərzində olan, Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 130 kv.m. sahəsi olan mənzili satmaq istəyirsinizsə onda sizdən sadələşdirilmiş vergi növbəti qaydada tutulacaq:

130 kv.m. sahənin 30 kv.m. vergilər məcəllsinin 218-1.1.5.3-cü maddəsinə əsasən vergidən azaddır.

Qalan 100 kv.m vurulur 15 manata və əmlak Bakının mərkəzi rayonlarında yerləşdiyi üçün 1-ci zonanın əmsalına (4 əmsal).

(130-30)*15*4=6000

Beləliklə Bakı şəhərinin mərkəzi rayonlarının birində yerləşən 130 kv.m. sahəsi olan daşınmaz əmlak satılarkən sizdən 6000 manat sadələşdirilmiş vergi tutulacaq.

Qeyd olunan verginin yoxlanılması üçün növbədi yazıya basmaqla keçid edib Daşınmaz əmlak müqavilələrində verginin hesablanması kalkulyatoru vasitəsi ilə vergini özünüz də hesablaya bilərsiniz.

Həmçinin, qeyd etmək lazımdır ki, mənzil alqı-satqısı zamanı həm alaıcının həm də ki satıcının rast gəldikləri problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxslərin razılığının alınmasıdır. Qanunnvericiliyə əsasən mənzil satılarkən qeydiyyatda olan bütün şəxslərin razılığı gərəkdir, lakin bəzi hallarda həmin şəxsləri ya tapmaq mümkün olmur ya da ki, onlar razılıq verməkdən imtina edir. Belə olan halda həmin şəxslərin məhkəmə qaydasında qeydiyyatdan çıxarılma məsələləri qaldırılmalıdır. Bununla bağlı ətraflı məlumatla növbəti məqaləmdə əldə edə bilərsiniz.

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?

#daşınmaz əmlak # əmlak # daşınmaz əmlakın alqı-satqı müqaviləsi # daşınmazəmlak # daşınmaz əmlak.az # əmlak vergisi nədir # əmlak vergisi online ödəmə # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Sevinc Kərimova 2026-07-23 12:35:13

    Salam biz etibarnamə ilə notariusda torpaq sahəsi almışıq. Sənəd icra sənədi sərəncam, layihə və arxiv arayışıdır 2013 - cü il dekabrın 12-də icra hakimiyyəti tərəfindən verilib. Etibarnamədə bütün səlahiyyətlər bizim adımıza özəlləşdirmə daxil qeyd olunub. Biz öz adınıza çıxarış ala bilərik. Zəhmət olmasa məlumat verə bilərsiz.

    Salam. Bəli, etibarnamədə özəlləşdirmə və sənədləşdirmə səlahiyyətləri qeyd olunubsa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (və ya ASAN Xidmətə) müraciət edərək ilkin olaraq torpağı torpaq sahibinin (etibarnamə verənin) adına çıxarışla rəsmiləşdirə bilərsiniz. Bundan sonra isə həmin etibarnamə əsasında torpaq sahəsini alqı-satqı və ya bağışlama müqaviləsi ilə öz adınıza keçirib öz adınıza çıxarış ala bilərsiniz. Şəxs özü-özünə etibarnamə ilə əmlak sata bilmədiyi üçün sonuncu mərhələdə digər etibarlı şəxsə də ehtiyac yarana bilər. Vəkil Qulam İsmayılzadə
  • Aslan 2026-07-15 15:01:34

    Əgər sahə dəyişdirilmədən yenidən planlaşdırma aparılıbsa, məsələn, mətbəx dəhlizə köçürülüb və onun əvvəlki yerində otaq düzəldilibsə, bu texniki pasportda göstərilməlidirmi və bu, mənzilin alqı-satqısı zamanı problem yarada bilərmi?

    Aleykum salam. Şəhərsalma və Tikinti Kodeksinə, həmçinin mənzil qanunvericiliyinə əsasən, mənzildə otaqların konfiqurasiyasının və ya funksional təyinatının dəyişdirilməsi (mətbəxin dəhlizə köçürülməsi) **rekonstruksiya/yenidən planlaşdırma** hesab olunur və bu yenidənqurma işləri müvafiq icra hakimiyyəti qurumu ilə razılaşdırılaraq texniki pasportda öz əksini tapmalıdır; əgər dəyişiklik icazəsiz edilibsə və texniki pasportla real vəziyyət üst-üstə düşmürsə, alqı-satqı zamanı (xüsusilə alıcı mənzili ipoteka ilə aldıqda bank qiymətləndirməsi və ya notarius tərəfindən) uyğunsuzluq aşkar edilərək sənədləşmədə problem yarada bilər, buna görə də alqı-satqıdan əvvəl dəyişikliyin rəsmiləşdirilməsi və ya texniki pasportun yenilənməsi tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Fatime 2026-05-28 06:51:51

    Salam.kohne orderli. Kupcaya geden torpaq sahesi ve uzerinde olan mulkiyetti almaq isteyirem.Hal hazirda senedlesmeye gore vereselik ucun muraciet edibler.Indi evin pulunu texmini 75 faizini avans olaraq odemek isteyirem.Bunu notarial qaydada order senedi esasinda nece muqavile baglaya bileremki,seher kupcadan sonra alqi satqi zamani bu muqaviledeki meblegide evin odenisi kimi qebul etsinler.

    Çıxarış hələ alınmayıbsa, alqı-satqı müqaviləsi bağlamaq mümkün deyil. Siz riskdən qorunmaq üçün notariat qaydasında ilkin alqı-satqı (gələcəkdə alqı-satqı bağlanmasına dair öhdəlik) və ya avans/beh müqaviləsi bağlaya bilərsiniz. Müqavilədə ödədiyiniz məbləğ, əmlakın təsviri və çıxarış alındıqdan sonra həmin məbləğin satış qiymətinin bir hissəsi kimi hesablanacağı açıq göstərilməlidir. Bu halda sonrakı alqı-satqı zamanı həmin ödəniş nəzərə alına bilər. Vəkil Qulam İsmayılzadə
  • Memmedov Elgün 2026-05-21 22:57:54

    Salam.Men Mehemmedli qesebesinde 2sot içinde yarimtikili olan yalnız torpaginin çixarişi olan ev aldım.Bize alqi satqi zamani Daşinmaz emlakin deyerlendirilmesi qiymetlendirilmesi kimi şertin mutleq olduğunu dediler.Bilmek isdiyerdimki bunun olması vacibdirmi?vacibdirse xidmet haqqi ne qederdi ve kim terefinden ödenilmelidir.Evvelceden çox sağolun

    Torpağın çıxarışı olduqda alqı-satqı zamanı qiymətləndirmə bəzi hallarda bank, vergi və ya notariat məqsədləri üçün tələb oluna bilər. Xidmət haqqı tərəflərin razılığı ilə adətən alıcı tərəfindən ödənilir. Vəkil Qulam İsmayılzadə
  • Cavid abbasov 2026-05-19 22:48:29

    Salam oğuz rayonundan 12 sot torpaq alıram kupçalı tikinti teyinatlı bunu ada keçme rüsüumu umumi neqeder edir? Birde muharibe veteranıyam ona gorede ayrıca guzeşt var ada kecmede?

    Dövlət rüsumu adətən 140 manat, xidmət haqqı isə təxminən 21 manat təşkil edir; əlavə olaraq çıxarış və texniki sənədlərlə bağlı ödənişlər də ola bilər. Müharibə veteranları üçün alqı-satqı zamanı ümumi dövlət rüsumundan güzəşt nəzərdə tutulmur. Vəkil Qulam İsmayılzadə
  • Mədət 2026-05-09 15:47:57

    Salam mən 10 sot yer satmişam 2 aydir çixariş aliblar indi sözümüz düz ğəlmədo mən həmən 10 spt həyət yani sahəni gautara bolərən i?

    Alqı-satqı notariat qaydasında rəsmiləşdirilib və çıxarış alıcının adına keçibsə, yalnız sonradan fikir dəyişməsi əsası ilə torpağın geri qaytarılması mümkün deyil Vəkil Qulam İsmayılzadə
  • Nergiz 2026-05-04 16:15:02

    Tovuz rayonunda 4 sot torpaqi alqi satqi olaraq adma kecirmek ucun ne qeder rusum odeçeliyem

    Dövlət rüsumu və notariat xərcləri adətən əmlakın kadastr dəyərinə əsasən hesablanır Vəkil Qulam İsmayılzadə
  • Nubar huseynova 2026-04-30 21:04:12

    Salam. Yoldaşimin adina olan. Torpag ve abyek var ama qaz işig dostun adindadi o adam bizden ne ise elde ede biler

    Kommunal xidmətlərin başqa şəxsin adına olması ona mülkiyyət və ya pay hüququ vermir Vəkil Qulam İsmayılzadə
  • Гусейнов Натиг 2026-04-20 14:12:00

    Salam. Yeni tikilməkdə olan mənzili MTK dan alarkən müqavilə forması necə olmalıdır.

  • Aqil 2026-04-03 11:26:46

    Salam, hər vaxtınız xeyir. Ev satıram. toplanmalı sənədlərin içərisində icbari sığorta da əks olunub. Açığı bilmirəm var yoxsa yox. əgər yoxdursa satarkən sığorta etməliyəm yoxsa bunu alıcı edir. Öncədən təşəkkürlər

    Satış zamanı onu etmək mütləq deyil. Bu, adətən alıcı tərəfindən sonradan rəsmiləşdirilir, lakin tərəflərin razılığı ilə satıcı da edə bilər. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz