Hüquqi yardım

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır
24 Dek

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır

Əməlin dələduzluq sayılması üçün dəymiş ziyan minimum 500 manat olmalıdır

Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.

Azərbaycanda dələduzların məsuliyyətə cəlb olunması qaydalarının və cəzalandırma şərtlərininin sərtləşdirilməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Daha az məbləğli dələduzluq halları üçün ciddi cəza mexanizmləri mövzud olmadığından dələduzlar bundan sui-istifadə edir. Xüsusən də elektron vasitələrdən istifadə etməklə həyata keçirilən dələduzluqlarda az məbləğlərlə daha geniş əhatə dairəsinə malik olmaq mümkün olur ki, bu da vətəndaşların ümumi maliyyə itkisini 500 manatdan qat-qat çox edir.

Lakin individual şikayətlər baxımından bu məbləğ 500 manatı çox zaman aşmadığından və zərərçəkələri şikayətçi qismində prosesinə cəlb etmək mümkün olmadığından dələduzlar çox zaman cəzasız qala bilir. Bu baxımdan hesab edirəm ki, 500 manatdan az məbləğdə dələduzluq olduğu halda cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. 

#Dələduzluq # cinayat mcəccəlləsi # cinayyət məsuliyyəti # cinayət işi

Şərhlər

  • Eliyev Elton 2026-07-26 02:13:13

    Salam. Men Avtomobil reklamı üçün Ödeniş etmişem 50 azn Ve hazırda Deleduzluqla Rastlaşmışam Bu meseleni nece hell ede bilerem?

    Salam. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dəymiş ziyanın məbləği 500 manatdan az (sizin halınızda 50 AZN) olduqda bu əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyəti yaratmasa da, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda dələduzluq hesab olunur və inzibati məsuliyyət (cərimə və ya inzibati həbs) doğurur. Məsələni həll etmək üçün ödəniş qəbzini (bank köçürmə çıxarışını), qarşı tərəflə olan yazışma və telefon danışıqlarının ekran görüntülərini (skrinşotları) toplayaraq dərhal Daxili İşlər Nazirliyinin "102" Xidmət zəng mərkəzinə və ya ərazi polis idarəsinə/şöbəsinə rəsmi ərizə ilə müraciət etməlisiniz. Polis tərəfindən həyata keçirilən təhqiqat zamanı vəsaitin köçürüldüyü bank kartının/hesabın sahibi müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunacaq və vurulmuş maddi ziyanın geri qaytarılması təmin ediləcəkdir. Vəkil Qulam İsmayılzadə
  • Gümüş 2026-07-06 15:44:33

    Təzminat tələbi hansı hallarda açıla bilər ?

  • Gümüş 2026-07-06 15:42:21

    Salam Biz kupcasız evi nataryal qayda ilə satdıq lakin danışılan məbləğin 2 minini saxladı, vermədi makler ya da satan (adam) artıq 2ilə yaxındır polisə versəm pulu alma ehtimalım var ?

    Aleykum salam. Notarial qaydada müqavilə bağlandığı üçün tərəflər arasında yaranan məsələ mülki-hüquqi xarakter daşıyır və polis adətən cinayət tərkibi olmadığından bu cür işlərə müdaxilə etməyərək tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edir; bu səbəbdən qalan 2000 AZN məbləğində borcu geri almaq üçün notariat müqaviləsini, pulun natamam ödənilməsini sübut edən sənəd, yazışma və ya şahidləri əsas gətirərək iddia ərizəsi ilə **mülki məhkəməyə** müraciət etməlisiniz (mülki iddialar üçün ümumi iddia müddəti 3 il olduğundan 2 il keçməsinə baxmayaraq hələ də məhkəməyə müraciət etmək hüququnuz qalır). Vəkil Qulam İsmayılzadə
  • Nuran Ceferov 2025-12-10 16:25:05

    Salam , mən 2020 ci ildə Qardaşim İsləyən Hərbi Hissədə Məni İşə Duzəltmək Adiynan Kecmiş Hərbi Qulluqcu 5000 manat Pul Alib işədə Duzəltməyib Pulumu Hələde Ala Bilmirem...Hara Miraciət Edim

    prokurorluğa müraciət edərək dələduzluq iddiası qaldıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • İlham Abduləlimov 2025-11-21 00:40:54

    Salam. Mən internetdə artımı investisiya adı ile aldadilmisam.umumilikde 870 manatdan çox Maddi ziyan dəyib.elimde ödədiyim pul çekləri var.kime ve ne cür müraciət edim?

    Bu hal dələduzluq kimi qiymətləndirilir və siz polisə rəsmi ərizə ilə müraciət etməlisiniz Vəkil Qulam İsmayılzadə
  • Reşad Abasov 2025-09-18 16:05:55

    Salam.men dünen instaqramda telefon sifaris vermisem online,link atiblar odenis etmisem,amma telefonu gondermediler,sonradan bildikki bu saxta hesab imiş, bu sehifenin adı kantakt home du, biz onu kontakt home bilmisik,sonra gordukki o yerine a imiş kantakt imiş, pulu nece geri qaytara bilerem?

    Polise müraciət ediniz Vəkil Qulam İsmayılzadə
  • Mirismayil elekberov 2025-06-24 14:50:37

    Salam 2gun bunan öncə moto almaq fikrim. Vardı Bakı şəhərindən və mənə ilk öncə sənətləri yazılsın diye 100m isdedi mən göndərdim indi ise 2gundu yığıram nömrəmi açmır meni aldadib məni.hara müraciət edim nə edim kömək lazimdi şəxsiyyət vəsiqəsində atıb və yazıları qeyd eləmişəm məkanda atıb

    102-yə müraciət edin Vəkil Qulam İsmayılzadə
  • Terlan Huseynoc 2025-05-07 11:16:24

    Salam,men bir yaxina 1700 manat borc kimi pul vermishem,oz yazishmasi da var,mebhelgi de ozu yazir ve ses yazisi var,shikayat olsa bu mesalaya baxilar biler?

    Bəli, baxılacaqdır. Vəkil Qulam İsmayılzadə
  • Ələkbərov sabir 2025-05-01 22:28:28

    Salam mən özümə məxsus maşınan 20min dəyərində torpaqnan etibarnaməynən barter etdik bir müddət sonra etibarnaməmi ləğv elədi maşını öz adına keçirib əl kreditinə qoyub10min pul götürüb həmin adam indi təcridxanadadı polisdən maşının satışına həbs qoyulmasını isdəyirəm etmir

    Məhkəməyə müraciət edərək tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Şura Babazadə 2025-03-27 02:38:53

    Salam. Yoldaşımı işə düzəltmək adıyla internet platformasından aldadıblar, həmin şəxsin bank hesabına 76 manat pul köçürülüb. Həmin şəxs zənglərə cavab da vermir. Pulu geri istəmirik, sadəcə bilmək istəyirik ki onu necə məsuliyyətə cəlb edək?

    Polis orqanlarına ərizə yaza bilərsiniz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz