Hüquqi yardım

Əcnəbilər Azərbaycanda hansı əmlaka sahib ola bilməz?
11 Yan

Əcnəbilər Azərbaycanda hansı əmlaka sahib ola bilməz?

Əcnəbilər Azərbaycanda hansı əmlaka sahib ola bilməz?

Hər hansı bir əcnəbinin yerli vətəndaş kimi Azərbaycanda fərdi əmlak almaqda bərabər hüquqları vardır. Əcnəbi Azərbaycan vətəndaşı kimi, daşınmaz əmlak - mənzil, villa, qaraj və sair əmlak ala bilər. Lakin vətəndaşlarımızdan fərqli olaraq, əcnəbilər bir əmlaka sahib ola bilməzlər ki, o da torpaqdır. Yəni, dövlət tərəfindən onlara torpaq üzərində mülkiyyət hüququ verilmir. 

Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə, əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər.

Lakin əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici şirkətlər, beynəlxalq təşkilatlar, həmçinin digər dövlətlər qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, torpaq münasibətlərinin iştirakçıları ola bilər.

Мы не смогли удержать арабов, а ждать иранцев в этом году не стоит.  Media.Az поговорила с главой AzTA

Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Torpaq Məcəlləsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı nəticəsində mülkiyyət hüququ alıcıya keçir. Lakin Torpaq Məcəlləsinə görə tikililər, qurğular və müəssisələr əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, beynəlxalq təşkilatlara, habelə xarici dövlətlərə satıldıqda, həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir. Belə olan halda əmlak ilə üzərindəki daşınmazların hüquqi statusları ayrı-ayrılıqda tənzimlənir (torpağa görə ayrı, üzərindəki daşınmazlara görə ayrı).

Misal üçün, siz Rusiya Federasiyasının vətəndaşısınız və Azərbaycanda həyətyanı sahəsi olan ev almaq istəyirsiniz. Bu zaman həmin evə dair çıxarış (kupça) sizin adınıza rəsmiləşdirilsə də, həyətyanı sahəyə dair icarə müqaviləsi bağlamalı olacaqsınız. 

 

Şərhlər

  • Qurbanova Sofiya 2026-05-10 08:13:15

    Salam, mənim atamin 1991 ildə öz atası torpaq bağışlama yoluyla keçirdib atamın adına, çıxarışlı sened alıb o vaxt sovet pasportu idi, indi atam rus vetandaşıdı və ona deyillər ki, senin adına torpaq ola bilməz. Bizə bir düz yol göstərə bilərsiniz, təşəkkür eliyirəm.

    Əgər 1991-ci ildə bağışlama və həmin dövrün qaydaları ilə torpaq atanızın adına rəsmiləşdirilibsə, o hüquq saxlanılır. Sonradan Rusiya vətəndaşlığı alması Azərbaycanda daşınmaz əmlak hüququnu ləğv etmir. Lakin hazırda torpağın hüquqi statusunun dəqiqləşdirilməsi üçün dövlət reyestrində yenidən qeydiyyat və ya hüququn tanınması (çıxarışın yenilənməsi) tələb oluna bilər. İmtina edilərsə, məsələ məhkəmə qaydasında həll edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Roman Orucov 2026-04-18 12:55:15

    Salam. Bildiyimiz kimi Kupcali ev ecnebi vetendaşin adina aformut olunur. Bes Kupcasi olan torpaglarda var. Onlar nece?. Aformut olunur ya yox?

    Xeyr, Azərbaycan qanunvericiliyinə görə xarici vətəndaşların torpaq sahəsini mülkiyyətə alması mümkün deyil. Onlar yalnız torpaq üzərində tikilini əldə edə və ya torpaqdan icarə əsasında istifadə edə bilərlər. Vəkil Qulam İsmayılzadə
  • Səbinə Sadıqova 2026-03-23 02:39:49

    Salam. Yoldaşım azərbaycanlıdır, Rusiya vətəndaşıdır. Yaşama icazəsiylə 3 ildir ki buradadır. Zəhmət olmasa deyərdiniz mənim adıma mağaza açıb. O mağazanı onun öz adına keçirə bilərəm?? Mən azərbaycanlıyam Azərbaycan vətəndaşıyam.

    Bəli, mümkündür Vəkil Qulam İsmayılzadə
  • məmmədov məmməd 2026-03-11 18:25:56

    Övladım rusiya vətəndaşıdır öz həyət evimi ona bağışlaya bilərəm və onun üçün nə lazımdir. Cox sağ olun !

    Bəli, bunun üçün notariusda bağışlama müqaviləsi, övladınızın şəxsiyyət və Rusiya vətəndaşlığını təsdiq edən sənədlər təqdim edilməlidir, lazım olduqda tərcümə və təsdiq olunmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Nərgiz 2026-02-15 14:38:22

    Salam.30 il əvvəl qaynıimin adına torpaq alınıb.o vaxt Azərbaycan vətandaşi olub.20 ildən çoxdur Rusiya vətəndaşidir.həmin torpaqa sahiblənə bilər?

    qeydiyyat düzgün aparılıbsa, həmin şəxs torpaq üzərində mülkiyyət hüququnu saxlaya bilər, vətəndaşlığın dəyişməsi bunu pozmur. Vəkil Qulam İsmayılzadə
  • Əliyar 2026-01-09 16:41:44

    Salam.Sizdən sondan 3 və 4-cü müraciətə uyğun olaraq daha bir məsləhət verməyinizi xahiş edirəm. Biz notariata müraciət etdik və bildirdilər ki torpaq vətəndaşın adına keçsə belə ona çıxarış ala bilməz. Səbəb isə torpağın ilkin çıxarışının olmaması dedilər.Gərək vaxtı ilə ilkin çıxarış adlanan sənədi düzəltmək lazım imiş faktiki sahibinin adına və oda xarici vətəndaş olduğundan indi etmək olmur.Texniki sənəd və sərəncamda mövcuddur . Bu halda nə edə bilərəm? Təşəkkürlər.

    Siz məhkəməyə müraciət edərək faktiki istifadəni və mülkiyyət hüququnu təsdiq edən iddia qaldıra bilərsiniz. Məqsəd məhkəmənin qərarı ilə torpaq üzərində mülkiyyət hüququnuzu tanıtdırmaq və çıxarışın verilməsinə əsas yaratmaqdır. Texniki sənəd və sərəncam sübut kimi istifadə edilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Rəvanə 2025-11-13 04:57:55

    Salam vəkil.Rusiya vətəndaşının vərəsəlik yolu ilə Azərbaycanda torpağa sahib olma hüququ varmı?

    Xeyr, Rusiya vətəndaşı vərəsəlik yolu ilə Azərbaycanda torpaq sahəsini mülkiyyət hüququ ilə əldə edə bilməz. Qanuna görə, xarici vətəndaşlara torpaq yalnız icarə və ya istifadə hüququ əsasında verilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Samira 2025-11-06 13:05:52

    Salam. Mənim Azərbaycanda evim var, amma bu evi Azərbaycan vətəndaşı olanda almışam. İndi isə artıq xarici vətəndaşam, Azerbaycan vetendashligim yoxdur. Bununla bağlı evin sənədlərində hər hansı bir dəyişiklik etmək lazımdır, yoxsa xeyr?

    Xeyr, dəyişiklik tələb olunmur. Evin mülkiyyət hüququ sizdə qalır, vətəndaşlığın dəyişməsi bu hüquqa təsir etmir Vəkil Qulam İsmayılzadə
  • Əliyar 2025-11-02 10:04:39

    Təşəkkür edirəm cavabınızagörə,atam sağdır və onun özü də bu məsələyə görə Rusiya vətəndaşı olaraq müraciət edə bilər? Yoxsa notarial qaydada ölkə vətəndaşı olan övladına bağışlamalıdır?

    Rusiya vətəndaşı kimi özü müraciət edə bilər. Lakin proses daha sadə və hüquqi cəhətdən etibarlı olsun deyə, o, notarial qaydada Azərbaycanda olan övladına etibarnamə və ya bağışlama (hədiyyə) müqaviləsi verə bilər. Bu halda övlad torpağın sənədləşdirilməsini və çıxarış alınmasını öz adına həyata keçirə bilər. Vəkil Qulam İsmayılzadə
  • Əliyar 2025-10-31 23:04:52

    Salam. SSRİ dövründə atama işlədiyinə görə torpaq sahəsi ayrılmışdır. Həmin torpağın texniki sənədi mövcuddur.Ssri ləğvi zamanı Azərbaycan yox, Rusiya vətəndaşı olmuşdur.İndiki halda arxivə və aidiyyəti qurumlara müraciət edərək torpağa sənəd düzəldə bilər? Yada övladlarının birinə bağışlaya bilər mi çıxarış almaq üçün ?

    Bəli, SSRİ dövründə atanıza ayrılmış torpaqla bağlı texniki sənəd və digər arxiv sənədləri əsasında siz və ya övladlarınız torpağın mülkiyyətini Azərbaycan qanunvericiliyinə uyğun bağışlama və ya qeydiyyatdan keçirmək üçün müraciət edə bilərsiniz. Bunun üçün: 1) Dövlət Kadastr (Əmlak Məsələləri Dövlət Xidməti) arxivinə və bələdiyyəyə müraciət edin; 2) lazımi sənədləri təqdim edərək çıxarışın verilməsini tələb edin 3) bağışlama halında, torpaq qanuni olaraq övladınıza və ya sizə keçə bilər. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz