Hüquqi yardım

Əfvetmə ərizəsi necə yazılır?
17 Sen

Əfvetmə ərizəsi necə yazılır?

Əfvetmə nədir? Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər? Əfvetmə nə vaxt verilə bilər? Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Bildiyiniz kimi, 2023-cü il Ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir və Cənab Prezident İlham Əliyev tərəfindən bu il "Heydər Əliyev ili" elan edilib. Bu ilin may ayında Cənab Prezident tərəfindən Əfv sərəncamının imzalanması gözlənilir.

Əfvetmə nədir?

 Əfvetmə məhkəmədən kənar qaydada Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən və yekun olaraq sərəncamla rəsmiləşdirilən fəaliyyətdir, hansı ki, bu fəaliyyət nəticəsində məhkumlar cəzanın qalan hissəsini çəkməkdən azad edilə, onlara təyin olunmuş cəzanın müddəti azaldıla və yaxud cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq həyata keçirilir.

Əfvetmə kimlərə tətbiq edilə bilər?

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Əfvetmə ilə bağlı kimlər müraciət edə bilər?

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə məsələ qaldıra bilər. 

Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.

Əfvetmə nə vaxt verilə bilər?

Əfvetmə barədə müraciət, işin hallarına uyğun olaraq, hökm qanuni qüvvəyə mindikdən sonra, cəza müddətinin ən azı 1\3 hissəsini və ya yarısını çəkdikdən sonra, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə edilə bilər. Həmçinin, humanizm prinsipini özündə əks etdirən müddəalardan biri də ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin belə cəzanın 10 il müddətini çəkdikdən sonra əfvetmə barədə müraciət edə bilməsidir.

Əfvetmə barədə müraciətdə hansı məlumatlar göstərilməlidir?

Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:

  • məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
  • məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
  • məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
  • məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
  • məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
  • törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.

Əfvetmə barədə müraciət hara göndərilir və hansı mərhələlərdən keçir?

Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə müraciət və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə Iş və Hərbi Məsələlər Şöbəsinin Əfv Məsələləri sektorunda qeydiyyatdan keçirilir və Əsasnamədə nəzərdə tutulmuş tələblərə riayət olunması yoxlanılır.  

Əfvetmə barədə müraciət həmin orqan tərəfindən yoxlanıldıqdan sonra Əfv Məsələləri Komissiyasına göndərir. 

Əfvetmə barədə məsələ üzrə Əfv Məsələləri Komissiyası toplanmış sənədləri öyrəndikdən sonra məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya olunmaması barədə qərarlardan birini qəbul edir.

Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur. 

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir

Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, bir 1 keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur. 

Əfv Məsələləri Komissiyasının üzvləri kimlərdir?

Komissiyanın tərkibi Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2020-ci il tarixli sərəncamı ilə 18 nəfərdən ibarət tərkibdə təsdiq olunmuşdur:

1) Sədri Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri - Samir Nuriyev, 

2) Katibi Əfv Məsələləri Sektorunun müdiri - Kəmalə İsmayılova.

3)i Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş şöbəsinin müdiri - Fuad Ələsgərov

4) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və Hüquq Siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi - Gündüz Kərimov

5) Azərbaycan Respublikasının Ədliyyə naziri - Fikrət Məmmədov

6) Azərbaycan Respublikasının Daxili İşlər naziri - Vilayət Eyvazov

7)Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi - Əli Nağıyev

8)Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

9) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri - Əhliman Əmiraslanov

10) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri - Zahid Oruc

11) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini - Fazil Mustafa

12) deputat - Azad Quliyev

13) deputat - Sədaqət Vəliyeva

14) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini - Aynur Sofiyeva

15)Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü - Rəşad Məcidov

16) “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri - Əliməmməd Nuriyev

17) “Xan Şuşinski” Fondunun rəhbəri - Bəyimxanım Verdiyeva

18)  Akademik Zərifə Əliyeva adına liseyin direktoru - Mehriban Vəliyeva. 

#prezidentin əfv fərmanı 2020 siyahı # prezidentin əfv fərmanı 2020 siyahı # əfv olunanların siyahısı 2018 # prezidentin əfv fərmanı 2018 # əfv fərmanı 2017 # əfv sərəncamı 2020 siyahı

Şərhlər

  • Mikailova Aynur 2026-08-07 11:57:49

    Salam. Mən Mikayılova Aynur, həyat yoldaşım Talıbov Ağakərim Tofiq oğlu ilə bağlı sual vermək istəyirəm. Həyat yoldaşım 4 sentyabr 2019-cu ildə narkotiklə bağlı cinayət işi üzrə saxlanılıb və 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda cəzasının təxminən 7 ilini çəkib. Bizim 12, 11 və 6 yaşlarında üç azyaşlı övladımız var. Həyat yoldaşım saxlanılan zaman mən hamilə idim. Hazırda heç bir yerdə işləmirəm və xarici ölkə vətəndaşı olduğum üçün Azərbaycanda iş tapmaqda çətinlik çəkirəm. Ailəmizi əsasən qohumların köməyi ilə dolandırıram. Sualım budur: bu vəziyyətdə həyat yoldaşımın vaxtından əvvəl azadlığa buraxılması və ya cəzasının yüngülləşdirilməsi qanunla mümkündürmü? Əgər mümkündürsə, bunun üçün hara və hansı qaydada müraciət etməliyik? Hansı şərtlər və sənədlər tələb olunur? Əvvəlcədən cavabınız üçün təşəkkür edirəm. Mikayılova Aynur

    Salam. Həyat yoldaşınızın vaxtından əvvəl azad edilməsi nəzəri olaraq mümkündür, lakin bunun üçün hökmün hansı maddə və hissə üzrə çıxarıldığı, cinayətin ağırlıq dərəcəsi, qanunda tələb olunan cəza hissəsinin çəkilib-çəkilmədiyi, müəssisədə davranışı, zərərin ödənilməsi və digər hallar araşdırılmalıdır; yalnız üç azyaşlı uşağın və ailənin ağır sosial vəziyyətinin olması avtomatik azadlığa əsas yaratmır. Şərti vaxtından əvvəl azad etmə məsələsi cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında məhkəmədə qaldırıla, ayrıca Prezidentə əfv ərizəsi verilə bilər; hökmün surəti, ailə tərkibi və uşaqların sənədləri, maddi vəziyyət və müsbət xarakteristikalar ərizəyə əlavə edilməlidir. Vəkil Qulam İsmayılzadə
  • Ezizaģa memmedov 2026-06-20 00:53:18

    Salam Men sizden bir xaiw edirem mene Bawa salaries Men 177.1 cezasi Ile election polbaq vurublar ve menim hec bir wikayetcim yoxdu ve menim 3 az yawli ovladim var ve meni efve salmayiblar ve Men apilasiyya wikayet vermiwem menim bu cezam efve duwurmu siz bilirsiz mende sizden xaiw edirem mene cavab yasazi

    Aleykum salam. AR Cinayət Kodeksinin 177.1-ci maddəsi (Oğurluq) böyük ictimai təhlükə törətməyən cinayətdir; şikayətçinizin olmaması (zərərçəkmişlə barışıq), 3 azyaşlı övladınızın olması və cəzanın yarısını ("polbaq") çəkməyiniz cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmə (ŞOVAE/vaxtından əvvəl azadlıq) və ya gələcək Əfvm sərəncamlarına düşmək üçün mühüm yumşaldıcı hallardır. Lakin prezident əfvi avtomatik şamil olunmur – bunun üçün Apellyasiya Məhkəməsinin yekun qərarından sonra Əfvm Məsələləri Komissiyasına fərdi ərizə ilə müraciət etməlisiniz; eyni zamanda Apellyasiya Məhkəməsində də bu yumşaldıcı halları və cəzanın yarısını çəkdiyinizi əsas gətirərək cəzanızın yüngülləşdirilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Xəqani Şahmuradov 2026-05-11 13:30:43

    Salam Sizdən xahişim atam Şahmuradov Yaşar Xasay oğlunun əfv olunmasına köməklik edəsiniz.Atam Azərbaycanın bütövlüyü uğrunda canını qoymus köhnə bir döyüşçü olub Hal hazırda etmədiyi bir cinayətə görə ömürlük həbsdədir.Artiq 33 ildirki azadlıqdan məhrum olub Ailəmiz adından çox xahiş edirik bu məsələyə ciddi yanaşasınız.Mənim 35 yaşım var hələdə ailə həyatı qurmamışam Anam xəstədir.1993 cü ildən yataqxanada yaşayırıq Məcburi köçkünük sizdən çox xahiş edirik buları nəzərə alın

  • Bafaddar Yusibov 2026-03-13 16:59:23

    Salam mənim oğluma əsassız olaraq 6 il 6 ay iş veriblər. Bakı ağır cinayətlər məhkəməsində, Bakı apellyasiya məhkəməsində eləcə də Ali məhkəmə tərəfindən Azərbaycan respublikasının konstitusiyasının bir neçə maddəsi pozulub. Daha çox mülki iş kimi görsənən işi şişirdib ağır cinayət kimi baxıblar.

    Sualınız nədən ibarətdir? Vəkil Qulam İsmayılzadə
  • Mətanət 2026-01-21 02:06:04

    Mən Mətanət Quliyeva qardaşım Quliyev Hüseyin Ələsgər oğlu heçnədən 12 iş veriblər şikayətci olmadan günahsız ola ola Hüseyn anadangəlmə ürək xəstəsidi hal-hazırda QARADAG RAYONU PUTA QƏSƏBƏSİ 12 SAYLI CƏZA ÇƏKMƏK müəssisasində ünvanında di xahiş edirəm köməkliyi edersiz 0703000592 anası da xərçəng xəstəsidi

    Əlaqə nömrələri saytda qeyd olunub. Vəkil Qulam İsmayılzadə
  • Günel Əliyeva 2025-12-08 00:58:31

    Mən Günel Əliyeva sizə yazmaqda məqsədim ərim Əliyev Nahid Rafiq oğlu gümahsız yerə 6 il azadlıqdan məhrum edildi.Apelisiya məhkəməsində çəzası eyni ilə saxlanıldı.Ali məhkəmədə isə 1 il 6 ay cəzası azaldıldı.Hal-hazırda Binədə 17 ci kalunda 2 il 9 aydı ki çəza çəkir. Sizdən istəyim budurki Əliyev Nahidin cəza müddətini azaldılaraq yeni il üçün əhv edib dörd övladına qovuşdurasınız.

    Siz yalnız Prezidentə Əfv Komissiyasına müraciət göndərə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Arzu Həşimova 2025-11-10 00:36:12

    Salam mənim yoldaşım 02.10.1992 təvəllüdlü Həşimov Namiq Surətoğlu 5il cəzaçəkmə müəssisəsi veriblər 1 il 4ay keçib 3 il 6 ay qalıb avto qəzayla bağlı qarşı tərəf şikayətçi deyil əfvə düşməy uçun çox xaiş edirəm bir az yaşlı uşağım var mən baxıram heç bir köməyliy yoxdu mənə köməyliy gösderin

    Əfv məsələlərinə Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Komissiyası baxır. Yoldaşınız əfv üçün müraciəti cəzaçəkmə müəssisəsi vasitəsilə yaza bilər Vəkil Qulam İsmayılzadə
  • ƏHMƏDOVA GÜLNAR 2025-10-27 23:25:56

    Salam bu il efv olacaqmi?

    Bəli — bu il Azərbaycanda əfv sərəncamı imzalanması gözlənilir. Vəkil Qulam İsmayılzadə
  • Kamran Abbasov 2025-10-15 18:48:15

    Salam.Əfvlə bağlı müraciəti məhkumun anası yaza bilər??

    Bəli, əfv müraciətini məhkumun özü və ya yaxın qohumları, o cümlədən anası, yaza və təqdim edə bilər Vəkil Qulam İsmayılzadə
  • Hacıyeva Bibxanim 2025-05-17 15:52:54

    Salam menim yoldaşım 3 ,6 ay azadlıqdan məhrum edilib may ayında 2 ildiki ceza çekir ona əfv düşürmü xaiş edirəm cavablandirardiz

    Şərh yaz