Hüquqi yardım

Ev alarkən nələrə diqqət etməliyik?
03 Okt

Ev alarkən nələrə diqqət etməliyik?

Ev alqı-satqı müqaviləsi zamanı nəyə diqqət yetirilməlidir? Etibarnamə ilə ev almaq nə dərəcədə etibarlıdır? Çıxarışın olması vacibdirmi?

Mənzil almaq demək olar ki, hər kəsin arzusudur. İnsanlar illərlə pul yığır və xərclərinə qənaət edir ki, ev sahibi olsun. Sonda da dələduzun biri gəlir və o pulu mənimsəyir. Burada söhbət tikintisi başa çatmayan evlərdən getmir. Çünki o cür evləri almaq qismən riskli hesab olunur. Bəzi MTK-lar neçə-neçə insanları aldadıb dələduzluq edir. Bu sahədə güvənilən şirkətləri tapıb araşdırmaq, əvvəl gördüyü işlərlə tanış olmaq lazımdır. Ona görə də məqalədə hazır çıxarışlı, yəni kupçası olan evləri alarkən diqqət edilməli nüanslardan bəhs ediləcək.

Çıxarışın olması vacibdirmi?

İlk növbədə diqqət edəcəyimiz sənəd evin mülkiyyət hüququ ilə bağlı sənəddir. Çıxarış, yəni kupça yoxdursa, deməli, mənzilin əsl sahibi kimdir bilinmir, dolyı yolla həmin mənzil dövlət qeydiyyatına alınmayıb və dövlət sistemində belə bir mənzilin olması tanınmır. Bu halda gələcəkdə ola biləcək hər hansı neqativ vəziyyətə görə dövlət cavabdeh deyil. Bu ona görə vacib məsələdir ki, bəziləri pulu sizdən alır və deyirlər ki, narahat olma hər şey qaydasındadır, mən sənin üçün çıxarış alacam. Amma adamların çoxu hələ də kupça və ya çıxarış ala bilmir. 

Alqı-satqı müqaviləsi zamanı nəyə diqqət yetirilməlidir?

2-ci  hal isə alqı-satqı müqaviləsi ilə bağlıdır. Ola bilər ki, kimsə müqavilə tərtib etsin və desin ki, bu müqaviləni imzalayandan sonra artıq ev sənindir. Qətiyyən belə sözə inanmayın. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən, “Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir”. Bu normadan da görünür ki, ev alarkən bağlanılan alqı-satqı müqaviləsi notariat qaydada bağlanıldıqda etibarlıdır. Həmçinin həmin məcəllənin 139-cu maddəsinə əsasən, “Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır”. Yəni evi alqı-satqı müqaviləsi üzrə əldə etmək istədiyiniz zaman notariusa getmək mütləqdir. Çünki notarial qaydada alqı satqı edilməsə, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayacaq. 

Ev alqı-satqısı zamanı tələb olunan sənədlər:

1) Mülkiyyət hüququnu təsdiq edən sənəd - yəni çıxarış (kupça)

2) Yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış (notarius tərəfindən verilir)

3) Nikah haqqında şəhadətnamə - Mülkiyyətçi nikahdadırsa, onun

4) Evin satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı

5) Evdə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı.

Beh müqaviləsi nə zaman daha etibarlı olur?

3-cü məsələ beh müqaviləsinin yazılı qaydada bağlanması ilə bağlıdır. Müqavilənin müəyyən tərtib edilmə qaydaları var. Bu qaydalar Mülki Məcəllədə göstərilib. Qanunvericiliyi bilməyən şəxs əlbəttə ki, bu müqavilənin düzgün, yoxsa yalnış tərtib edildiyini müəyyənləşdirə bilməyəcək. Bu da gələcəkdə mübahisələrə gətirib çıxaracaq. Ona görə də beh müqaviləsinin tərtibi üçün də notariusa yaxınlaşa bilərsiniz. Çünki ev alırsınız və burada da böyük məbləğlərdən söhbət gedir. Verdiyiniz behin məbləği də təbii olaraq, böyük olur. Hüquq səmimiyyəti yox, rəsmiyyəti sevir. Yəni o insan üzünüzə gülə bilər, ələ ala bilər və s. Belə şeylərə aldanmaq olmaz. Saxtakarların sayı günü-gündən artmaqdadır. Odur ki, belə hallarda ən yaxşısı hüquqşünas məsləhəti almaqdır.

Ev alqı satqı müqaviləsi

Notarius vasitəsilə həll edilən digər məsələlər hansılardır?

4-cü məsələmiz isə əvvəl qeyd olunanlar ilə əlaqəlidir. Əgər notarius vasitəsilə alqı-satqı edilsə, onsuz da bu barədə sizə məlumat veriləcək. Notariusda əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur. Sonra evi satan nikahdadırsa, ondan nikah haqqında şəhadatnaməsi, əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış tələb olunacaq (forma 1).

Bəlkə ev ipoteka predmetidir? Tutaq ki, ipoteka saxlayan bankdır. Borc öhdəliyinin təmin edilməsi üçün bankla borc öhdəliyi müqaviləsi bağlanıb. Əgər bank yazılı razılıq verməsə, evi sata bilməzsiniz. Onsuz da yaşayış evinin, mənzilin, bağın, qarajın, torpaq sahəsinin və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi təqdiq olunarkən, əmlakın özgəninkiləşdərilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Buna görə də notarius özgəninkiləşdirilməyə qadağanın olub-olmaması barədə arayış tələb edir. 

Qeyd etdiyim məsələlərdən əlavə, həmin şəxsdən  kommunal borcun olub-olmaması barədə arayış da tələb edilə bilər. Bu zaman arayışın tarixinə diqqət yetirilməlidir. Sonra evin konstruksiyasında dəyişiklik edilibsə, ona da diqqət edilməlidir. Çünki ev tikintinin tələblərinə uyğun olmalıdır.

Həmçinin, kupçaya nəzər salmaq lazımdır ki, ev satıcının adına nə zaman qeydiyyatdan keçib. Bəlkə o şəxs evi təzə alıb və bəzi problemlər çıxıb deyə evi satır. Belə kiçik detallara da fikir verilməlidir. Qonşular barədə də qanunla qadağan olunmayan yolla məlumat əldə edin. Atalar demiş, qonşu pisdir köç qurtar, dişin ağrayır, çək qurtar. 

Etibarnamə ilə ev almaq nə dərəcədə etibarlıdır?

Etibarnamə ilə ev almaq da təhlükəlidir. Məsələn, evin mülkiyyətçisi evə sərəncam verilməsi hüququnu sizə etibar edir və  bununla bağlı sizə etibarnamə verilir. Bu da sizin evin mülkiyyətçisi olduğunuza dəlalət etmir. Etibar edən şəxs istənilən vaxt notariusa yaxınlaşıb etibarnaməni ləğv edə bilər. Bu vəziyyət etibarnamə ilə maşın alanların başına gələnlərə çox bənzəyir. Şəxs bir illik ümumi etibarnamə (“generalniy doverennost”) dediyimiz etibarnamə verir, etibarnamənin müddəti bitdiyi müddətdə isə yenidən etibarnamə vermir və ya qarşılığında pul istəyir. Əsas məğz odur ki, etibarnamə ilə əmlakın mülkiyyətçisi olunmur. Etibar edən öldükdə isə etibarnaməyə xitam verilir.

Ev alqı satqısı zamanı hüquqşunasın iştirakı nə dərəcədə vacibdir?

İstənilən əhəmiyyətli müqavilələr bağlanılan zaman peşəkar hüquqşunasın iştirakı zəruridir, eləcə də ev alqı-satqısı həyata keçirilərkən. Belə ki, hüquqşunasın alqı-satqı zamanı sizin yanınızda iştirak etməsi sizi dələduzlardan qoruyur və gələcəkdə iki dəfə xərcə düşməyinizin, evlə bağlı problemlər yaşamağınızın qarşısını alır. Hüquqşunas tərəfindən verilən faydalı məsləhət sizin pulunuzun, vaxtınızın, həm də ki əsəbinizin hədər getməsinin qarşısını alır.

 

#daşınmaz əmlak # əmlak # daşınmaz əmlakın alqı-satqı müqaviləsi # daşınmazəmlak # daşınmaz əmlak.az # əmlak vergisi nədir # əmlak vergisi online ödəmə # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardimhuquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Şamil Hıkmetlı 2026-02-06 09:50:47

    Slm muqavıle ıle eve almsq.orada ıcracı dırektorun adının qarsısında yazlb k: etıbarname eaasında ıcracı dırektor. Etıbarname esasında sozu bızı cadıdı ne ucun ele yazlb?bunan evvelde basqa sırketden almsq ev orada ıcracı dırektorun adının qarsısında ıcracı dırektor sozunun qarsısında etıbarname esasında sozu yoxdu.Bu ne derecede dogrudur??ve bırde brlan pecatın uzerınde olan sozler sırketın adı ıle eynı olmalıdı???xahıs edrem cavab veresız.onceden tesekkur edırem

    “Etibarnamə əsasında icraçı direktor” o deməkdir ki, şəxs şirkət adından etibarnamə ilə çıxış edir və bu qanunidir. Əvvəlki müqavilədə bu qeyd olmasa da, hüquqi pozuntu sayılmır. Möhür şirkətin möhürüdürsə rəsmi ad orada hər bir halda olacaq Vəkil Qulam İsmayılzadə
  • Zaur Məmiyev 2025-10-26 13:52:57

    Salam. Almaq istədiyim evin kupçasında 30 m² qeyd olunub. 2 yasayis otaq. Amma kuxna və sanitar qovsaq qeyd olunmayib. Yerdə qalan 12m² mən necə qeydiyyata saldira bilərəm?

  • Famil Gozelov 2025-10-10 21:57:16

    Salam mueĺim.bir nece il qabaq ev almisiq.1 menzil 2 yere bolunub yarisi mene yarisi basqasina satilib.mene mexsus texpasportda qonsununda adi var.unvan eynidir biz nece edekki ayri unvan olsun ve texpasportdan qonsunun adi silinsin onceden tesekkur

    Bu halda **bölünmə və ünvan ayrılması** üçün əvvəlcə **bələdiyyə və ya icra hakimiyyətinə** müraciət edib **ayrı texniki plan (ölçü planı)** tərtib etdirməlisiniz. Daha sonra **Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə** müraciət edərək **hər hissə üçün ayrı çıxarış və ünvan** ala bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Deniz Eliyeva 2025-09-01 12:05:37

    Menzil 4 gundu alinib .Eger alan wexs muqavileni pozsa odenisi Tam wekilde geri ala bilermi?Ziyana ugramazki?zehmet olmasa komeklik gosterin.Bununla bagli hara ve kime muraciet olunsun

    Əgər müqavilədə və qanunda xüsusi müddət (məsələn, geri qaytarma hüququ, ödəmə qaydası) göstərilməyibsə, alıcı ödədiyi məbləği tam geri ala bilər və siz ziyana düşməzsiniz; əsas odur ki, ödəniş müqavilədə göstərilən qaydada olunub. Vəkil Qulam İsmayılzadə
  • Deniz Eliyeva 2025-09-01 12:04:05

    Salam AFF Park yasayis Massivinde muqavile ile menzil alindi .Amma evin ne brloku verilmeyib ev satilan adama. Deyir ozun al.Evde mueyyen catiwmamazliq var .Evi Satan he'll elemek istemir .Maklerler evin qiymeti awagi oldugu halda aliciya yuksek mebleg deyilib guya sonra endirim edibler bu halda alici naraziligj oldugu halda evi qaytarmaq olarmi?ev Aff Park wirketin ozunde olub

    Əgər müqavilədə evin konkret bloku, kvadrat metrləri və çatışmazlıqlar göstərilməyibsə və alıcıya düzgün məlumat verilməyibsə, alıcı qanunvericilik əsasında müqavilədən imtina edib ödədiyi məbləği geri tələb edə bilər. Bunun üçün satıcıya rəsmi yazılı bildiriş göndərmək və lazım gələrsə, məhkəməyə müraciət etmək mümkündür. Vəkil Qulam İsmayılzadə
  • Ülviyyə Mirsuleymanli 2025-07-25 02:37:51

    Birde yanvar ayında o ananı mehkeme narkolji ekispertiza ya celbetdi baxmayaraq mehkeme 1 ay müddət vermişdir qarşı tərəf 3 ay sonra analiz verib narkotik istifadə etdiyi halda analiz cavabında istifade etmediyi bele desek aydan arı sudan duru çıxıb. Bu analiz cavabından narazı olduğumuzu necə deyə bilərik xais edirik bu barədə kömək edəsiniz

    Siz ekspertizanın nəticəsinə etiraz etmək üçün yenidən müstəqil ekspertiza təyin olunmasını məhkəmədən tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Rövşən Cabbarov 2025-06-27 02:06:14

    Salam.Maliyə Arayışı ile mtk tərəfindən alınan evdə saxtakarlıq olar.ve mtk ya pulu ödəyəndə natariat qaydada olmalıdır?zəhmət olmasa cavablandırın.teşekkürler

    MTK-dan ev alanda maliyyə arayışı saxtakarlıq üçün əsas olmur. Ödəniş notariat qaydada ola bilər, amma qanunda məcburi deyil; əsas odur ki, ödəniş sənədlərlə təsdiqlənsin. Vəkil Qulam İsmayılzadə
  • Vaqif Mirzayev 2025-05-21 09:13:46

    Salam. Yenu tikilide menzil almisam. Bir nece il kecmesine baxmayaraq menzilin cixarisini vermirler. Hem de muqavilede aldigim menzil 80 kv.m. gosterildiyi halda temir edildikde melum olmusdur ki. cemi 65 kv.m. dir. Mehkemeye muraciet etsem prosesi udmaq ve tezminat almaq shansim varmi? Bu cur ishlerle meshgul olan tecrubeli bir vekil meslehet gormenizi xaish ederdim.

    Bəli bu mümkündür. Müqavilədə qeyd olunanda az olduğu üçün tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Eliyeva Ilahe 2025-05-06 18:12:03

    Salam əlillərə verilən evlərin satılmasına icazə varmı,mən həmin evi almaq istəyirəm,yeni mən dördüncü adamam, ev üç dəfə alqı satqı olunub çıxarışı var, sadəcə narahatam,teşekkür edirem

    Notariusa müraciət edin. Vəkil Qulam İsmayılzadə
  • Sevil Ələkbərova 2025-04-13 13:39:31

    Salam. Evi aldıqdan sonra aldadıldığımı bilib evi qaytarmaq istəsəm, nə etməliyəm?

    Məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsini etibarsız hesab edə bilərsiniz. Həmçinin sizə dəymiş zərəri də tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz