Hüquqi yardım

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?
02 Okt

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?

Hansı hallarda borclunun maaşından və gəlirlərindən pul tutula bilər?

Borc maaşdan necə tutulur?


İcra Haqqında Qanuna əsasən məhkəmə qərarı üzrə tutmalar cavabdehin (borclunun) əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə  onun əmək haqqına və digər gəlirlərinə yönəldilir.

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğ necə hesablanır?


Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin (tutmanın) miqdarı vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır.

Borclunun əmək haqqından və digər gəlirlərindən tutulan məbləğin miqdarı 
50 % çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 % borcluda qalmalıdır.

Aliment, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsicinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği
70 % çox ola bilməz.

Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da eyni qaydalar tədbiq edilir.

#məhkəmə # vəkil axtarıram # borclu # cavabdeh # pulun tutulması

Şərhlər

  • Ayan Babayeva 2026-08-25 15:44:46

    Borclunun emek haqqindan tutulmalar olubsa icra memuru axtaris vere biler?

    Salam. Bəli, borclunun əmək haqqından məbləğ tutulması icra icraatının yalnız bir tədbiridir və bu, icra məmurunun digər tədbirlər (o cümlədən axtarış elan etmək) görməsinə mane olmur. Adətən axtarış o halda elan olunur ki, borclunun yerini müəyyənləşdirmək mümkün olmasın və ya əmək haqqından tutulan məbləğ borcun tam ödənilməsi üçün kifayət etməsin — bu iki tədbir paralel şəkildə tətbiq oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Paşa Cecerov 2026-05-26 11:12:03

    Salam menim banka 6000 hap hazirda kreditim var nece aydirda iwsizem sonuncu odeniwimi yanvar ayinda elemiwem ve menim diger bankada borcum var 1100 manat hal hazirda o banka odeniw etmiwem amma kredit den cixilmiyib deyirler hesabina hepis qoyulub ora odediyim odeniwde odenilmir amma hesaba kecir bu nece ola biler icra menim diger banka odeniwimide mehtudlawdira bilermi?

    Barənizdə icra sənədi varsa və hesablarınıza həbs qoyulubsa, banka etdiyiniz ödənişlər hesabda bloklana bilər. Vəkil Qulam İsmayılzadə
  • Aynur Cəlilova 2026-04-28 21:47:15

    Salam. Əgər əmək haqqindan 50% tutulması ilə bağlı icra sənədi varsa. Maddə 65.1. İcra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Bu maddəyə əsasən işçinin əmək haqqında tutulmalar 50%-dən çox ola bilməz dedikdə bu vergi və məhkəmə icra sənədi uzrə tutulmalar 50%-dən çox ola bilməz deməkdir?

    Xeyr, bu 50% məhdudiyyət yalnız icra sənədləri üzrə tutulmalara aiddir Vəkil Qulam İsmayılzadə
  • Zaur Mahmudov 2026-04-05 13:06:54

    Salam, zaminliyim var 3 cu qurup elilem, menim hem pensya kartimdan tutulur hemde mais kartimdan tutulur, kime ki zamin durmusam onnanda 500 manata yaxin tutulur, qanun vericilikde ne qeder duzdu?

    Qanuna görə zaminin əmək haqqı və pensiyasından tutulma məbləği ümumilikdə onun gəlirinin 50%-ni keçə bilməz Vəkil Qulam İsmayılzadə
  • Elyar ismayilzade 2026-04-02 21:46:05

    Salam menim kantak homa kiredit borcum var isim mehkemededi emek haqqimin 10%tutmaglarini isdiyirem ancag razilawmirlar. Aleliyem iki uwagim var tutulmanin 10% olmadi mumkundurmu??

    Məhkəmə sizin gəlirlərinizə əsasən ödəniş məbləğini təyin edəcək. Vəkil Qulam İsmayılzadə
  • Dəmirov Eldəniz 2026-03-10 22:34:14

    Salam yoldaş vəkil Avtoqəza zamanı qarşı tərəfə 25000 əlavə ziyan dəyib bunu məhkəmə əsaslandlrdı Mənim adımda heç bir əmlak ev torpaq maşın heç nə yoxdur Fəhlə işləyirəm günü 15 20 manata Kartsız yəni ara fəhlə . İmkanımda sıfır dərəcəsindədir Məndən qanuni şəkildə neçə pul tutula bilər

    Məhkəmə qərarı ilə müəyyən edilmiş zərərin ödənilməsi məcburidir. , lakin rəsmi gəliriniz və əmlakınız olmadıqda icra orqanı faktiki vəziyyəti nəzərə alır. Amma borc həmişə qüvvədə qalır və rəsmi gəlir olan kimi tutulacaq. Vəkil Qulam İsmayılzadə
  • Əliyev ilham 2026-03-04 17:31:19

    Menim banka borcum var borcu ödemek ucun emek haqqima yonlediribler aldigim emek haqqi 600 manatdi indi bilmek isderdim qanun esasinda ne qeder tula biler

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, aliment və xüsusi hallar (sağlamlığa ziyan və s.) istisna olmaqla, əmək haqqından tutulmalar ümumi qaydada işçiyə çatacaq məbləğin 50 faizindən çox ola bilməz Vəkil Qulam İsmayılzadə
  • Teymur 2026-02-19 11:00:09

    Salam menim ayliq emek haqqim 358 Azn-dir. Icraçi manatoya yaranmiş borca gore maaşimin 50 faizin tutur. Himayemde 3 azyaşli ovladim var. Yanina getdim ki aile veziyyetin nezere almaginizi xahis edirem, mene dedi ki uje yazilib verilib filan besmekan. Men tutulmani 20-25 faize salmaq ucun kime muraciet etmeliyem?

    Məhkəməyə maddi durumunuzla və himayənizdə olan uşaqları nəzərə almaqla tutulmanın azaldılması ilə bağlı mürəciət edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Seyidov Tiral 2026-02-18 09:54:00

    Salam men 1 ciyate gore yeniden 2 defe hebs oluna bilerem ve hal hazrda isleyirem

    Əgər siz artıq cinayət məsuliyyətinə cəlb olunmusunuzsa və cəzanız icra olunubsa, eyni hadisə üçün yenidən həbs tətbiq edilə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Umarov Səbuhi Mustafa oqlu 2026-02-13 19:29:13

    Salam hörmətli vəkil,mənim banka kredit borcum var,işləyirdim maaşımdan tutulurdu,işdən ixtisara saldılar,işləmirəm,adında heç bir əmlak yox,çəkir yerim yox mənə cinayət işi açıla bilər.Məni icra xidmətinə çaqiriblar.

    Kredit borcuna görə cinayət məsuliyyəti yaranmır, yalnız mülki məsuliyyət və icra tədbirləri tətbiq olunur. Əmlak və gəlir yoxdursa, icraçı bunu aktlaşdırır. Lakin borc qüvvədə qalır. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz