Hüquq və Hüquqşünaslığın Əsasları: Azərbaycan Respublikasında hüququn mahiyyətini, hüquqşünasların rolu və hüquqi yardımın əhəmiyyətini dərinləşdirən bu məqalə, hüququn müxtəlif sahələri və hüquqşünas peşəsinin xüsusiyyətləri haqqında ətraflı məlumat verir. Hüquq sistemi, hüquqşünasların iş bazarındakı yeri və cəmiyyətdəki rolu üzərində diqqət mərkəzi yaradır.
Hüquq - cəmiyyətin ümümi məqsədlərini təmin etmək üçün müəyyən edilən və ictimai güc ilə dəstəklənən adət, qayda, haqq və qanunların toplusudur. Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. Bu cür dövlət hüquqi dövlət adlanır. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Cəmiyyətin idarə olunmasında dövlət və hüququn qarşılıqlı əlaqəsi zəruridir.
Hüququn bir neçə sahəsi var: mülki hüquq, beynəlxalq hüquq, əmək hüququ, cinayət hüququ, ailə hüququ, miqrasiya hüququ, vergi hüququ, gömrük hüququ və s.
Azərbaycan Respublikasında hüquq əsasən roman-german hüquq sistemi üzərində qurulmuşdur. Bu sistem məhz roma hüququ əsasında yaranıb və inkişaf edibdir. Azərbaycan Respublikasında ən ali qanun Konstitusiyadır. Burada cəmiyyətə məxsus bütün hüquqlar öz əksini tapmışdır: yaşamaq hüququ, təhsil almaq hüququ, istirahət hüququ, mülkiyyət hüququ və s.
Hüquqşünas - hüquq fakultəsində təhsil almış adam, hüququ öyrənən alim, hüquq sahəsində praktiki fəaliyyətlə məşğul olan mütəxəssisdir. Azərbaycan Respublikasında hüquqşunas yalnız ali hüquqi təhsil almış şəxs ola bilər (hüquq fakultəsi və ya beynəlaxalq hüquq fakultəsi məzunları). Hüquqşunas cinayət, mülki, vergi, əmək, ailə, miras, mənzil, korporativ, inzibati və digər hüquq sahələrində hüquqi yardım və hüquqi xidmətlər göstərə bilər. Vəkil statusu hüquqşunas üçün yalnız cinayət işində müdafiə etmək üçün lazımdır.
Hüquqşünas əmək bazarında yetirincə tələbat olan peşədir. Ali məktəblərin bu sahədə xeyli mütəxəssis hazırlamasına baxmayaraq, bir çox şirkət və müəssisələrin ixtisaslı hüquqşünaslara ehtiyacı var. Hüquqşünaslar bir qayda olaraq hüquqi yardım göstərir, öz müştərilərinə bu və ya digər sənədlərlə bağlı məsləhətlər verir, qanunlardan baş çıxarmaqda və lazım gəldikdə məhkəmə üçün gərəkli kağızları toplamaqda insanlara kömək edirlər.
Vəkil kimi, vəkillər daha çox halda cinayət işlərinə baxırlar. Bəzən məhkəmədə vəkil müdafiəsinə ehtiyacı olan şəxsin vəkil tutmaq üçün imkanı olmadıqda, dövlət tərəfindən onlara pulsuz vəkil tərəfindən pulsuz hüquq xidmətləri (vəkil xidmətləri) təklif olunur.
Hüquqşünasların köməyindən elə təşkilatlar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir iri və ciddi şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır. Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas ola bilər. Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent (outsourcing) xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq şirkətində (hüququ məsləhətxanası) müəyyən məbləğ ödəyir, həmin hüquq şirkəti də cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.
#hüquqşünas # hüquq # mülkiyyət hüququ # əmək hüququ # hüquqi yardım # hüquq məsləhətxanası # mülki hüquq # hüquq anlayışı # hüquq fakultəsi # pulsuz hüquq məsləhəti # beynəlxalq hüquq # hüquqi dövlət # cinayət hüququ # hüquq xidmətləri # ailə hüququ # hüquq məsləhəti # dövlət və hüququn qarşılıqlı əlaqəsi # hüquqşunaslıq # roma hüququ # yaşamaq hüququ
Şərhlər
Sevda Hajiyeva 2026-06-07 12:27:11
Salam. Gizli çəkiliş qadağandır. Amma "Mənzilə giriş-çıxışın məhdudlaşdırıldığını" deyən, əksinə olara həmin mənzildən istifadə edən şəxzin mənzil daxilində videosunu və ya şəklini çəkib (xəbərsiz və ya etiraz edərək) sübut kimi məhkəmədə istifadə etmək olar? Maddə varmı bununla bağlı?Əks halda necə sübut etmək olar?
Gülnarə 2026-05-28 15:52:52
Salam.Bibim ailəli olduğu kişinin 2ci ailəsi olub.Birgə nigahda ev tikiblər.Kişinin əvəlki ailəsinnən 5uşağı var.Bibimin uşağı yoxdu.Kişinin bibimnən qabaq mülkü olub.Bibimnən orda yaşıyıblar.Oğlu narahat etdiyi üçün kişi öz oturduğu tərəfi satıb çıxıb ordan.həyətin qalan tərəfi oğluna qalıb.Neçə ildən sonra bibimnən özıərinə ev tikiblər.Kişi rəhmətə gedib .Kişinin qızı bibimi incidir.Evin sənədlərini evdən götürüb.Deyir atamın mülküdü.Bizsiz heçnə eliyə bilməzsən. Bilmək istəyirdim onlara mülkdən pay düşür?Evi tikəndə heç biri maddi mənəvi kömək etmiyib.Ən çox əziyyəti bibim çəkib.Bibimin haqqını,hüququnu bilmək istəyirdim. Çox sağ olun
Kərimov Elman Saleh 2026-05-09 21:55:02
Salam, 2015 ci ildən şəxsi daşınmaz əmlakım bankda girovdadir 12500 AZN ödənilib 80% yerdə cəmisi faizi ilə birlikdə 3600 AZN borc qalıb kreditor məhkəməyə müraciət edib və icraya yönəldib işi hər ay 50-100 AZN ödəniş edirəm. Sualım belədir 2017 ci ildə Rusiyada olanda keçmiş həyat yoldaşıma etibarnamə göndərmişdim daşınmaz əmlakın satılıb kredit borcunun bağlanması üçün ev satılmadı sövdələşmə baş tutmadı Belə olan halda keçmiş həyat yoldaşım kreditor ilə birlikdə iş çevirə bilərlərmi mənim xəbərim olmadan yəni göndərilən etibarnamə əsasında daşınmaz əmlak yüklü ola ola əmlakı başqa bir şəxsə pay verə bilərmi etibarnaməyə əsasən yəni yerdə qalan kredit borcunu ödəyərək ? Ancaq mən kredit borcunu ödəyirəm hər ay
Sevil 2026-03-27 20:02:12
Здравствуйте я по месту работы получила квартиру оформила на имя брата и сама там прописана ,брат более 20 лет живёт в заграницей могу ли переоформить документы на своё имя?,заранее благодарю
Eli ebdurehmanov 2026-02-10 17:47:20
Iqtisatci huquqsunas kimdir
Rasim eliyev 2025-12-23 11:10:05
Salam mənimsəmə olub 5 gün içində pul ödənilib , şikayət və ərizə geri götürülüb Üstündən 1 aydan çox vaxt keçib və prokurorluq çağırıb pulun 25 % nin dövlət büdcəsinə ödənilməsini tələb edir Hüquqidir bu məsələ?
Memmedova Xeyale 2025-12-03 21:52:47
Ata malının sağlığında bölünmesi zamanı nese edilirmi birde eger teleb etdiyim halda şiddet görülürse bu zaman mene komek ede bilersibizmi
Rzayeva Gunay 2025-08-26 15:06:11
Salam vekil,qizimin uwagini atasi almag isdiyir,hansi hallarda ala biler?,uwag ay yarimligdi.
Aysel Sadiqova 2025-07-16 22:03:21
Salam bir şey barədə sual vermək istəyirdim. Gələcəkdə inşallah hüquqşünas olmaq istəyirem, lakin bəzi problemlər var. Tanışlarımdan dostlarımdan və müəllimlerimden eşitdiyimə görə əgər keçmişdə ailə üzvlərimdən və ya qohumlarimdan biri həbsə düşübsə mən hüquqşünas ola bilmərəm. Bu məlumat doğrudur mü? Heç yerdə belə bir məlumat və ya sualıma cavab tapa bilmemeisem. Çoox xaiş edirəm mənə geri dönüş edin
Aysel Sadiqova 2025-07-14 22:33:42
Salam bir şey barədə sual vermək istəyirdim. Gələcəkdə inşallah hüquqşünas olmaq istəyirem, lakin bəzi problemlər var. Tanışlarımdan dostlarımdan və müəllimlerimden eşitdiyimə görə əgər keçmişdə ailə üzvlərimdən və ya qohumlarimdan biri həbsə düşübsə mən hüquqşünas ola bilmərəm. Bu məlumat doğrudur mü? Heç yerdə belə bir məlumat və ya sualıma cavab tapa bilmemeisem. Çoox xaiş edirəm mənə geri dönüş edin
Şərh yaz