Hüquqi yardım dedikdə nə başa düşülür? Konstitusiyaya əsasən hüquqi yardım. Online hüquqi yardım.
Hər bir insan hüququnu qorumaq üçün ilk növbədə öz hüququnun nədən ibarət olduğunu, qanunların ona hansı hüquqlar tanıdığını yaxşı bilməlidir. Təbii ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də bəzi vətəndaşlar bu sahədə elə də çox məlumata sahib deyildirlər. Belə olan halda həmin şəxslərin hüquqi yardım almaq zərurəti meydana çıxır.
Məqaləmizin məna dəyərinə uyğun olaraq, hüquqi yardıma bir proses kimi yanaşılacaq. Bir sözlə, bizim yanaşmamıza görə hüquqi yardım dövlətdaxili və ya beynəlxalq sferada şəxslərin qanuni ehtiyaclarının qarşılanması prosesidir və bu proses özündə bir sıra mexanizmləri əks etdirir ki, müvafiq olaraq bunlar barəsində məqalədə məlumat veriləcəkdir.
Cəmiyyət üçün böyük bir problem əhalinin hüquqi savadsızlığıdır. Bir çoxları dövlətin onlara kömək etməyə hazır olduğunu bilmir və nəticədə tez-tez hüquq şirkətlərinin və ya fərdi qaydada hüquqi xidmət göstərən şəxslərin qurbanı olurlar.
Bizim ölkəmizdə də vətəndaşların hüquqi yardım məsələsi aktual mövzudur. Vətəndaşlar dövlət hüquq məsləhətxanalarında müəyyən konsultasiyalar ala bilsələr də, maddi vəziyyətlərinin çətinliyi üzündən bəzən haqlarını sona qədər bərpa edə bilmirlər. Lakin Azərbaycanda dövlət öz vətəndaşlarına qanunla nəzərdə tutulmuş şəkildə ödənişsiz hüquqi yardım almaq imkanı yaradıb. Sevindirici haldır ki, bu prosesə qeyri-hökumət təşkilatları, elm ocağı səviyyəsində də dəstək verilir. Bu isə ümumilikdə həm dövlət, həm də ictimai maraqların təmin olunmasına xidmət edir.
Ümumilikdə hüquqi yardım Dövlət Qurumları, QHT-lər, hüquq şirkətləri, fərdi qaydada fəaliyyət göstərən hüquqşünaslar, sosial işçilər, könüllü olaraq belə fəaliyyətlə məşğul olanlar və s. şəxslər tərəfindən göstərilir. Siyahını uzatdıqca-uzatmaq olar. Lakin unutmaq lazım deyil ki, göstərilən hüquqi yardım keyfiyyətli olmalı və qarşı tərəfin “qanuni ehtiyac”ını qarşılamalıdır. Buna görə də hüquqi yardımın peşəkar şəkildə, bu sahədə təcrübəsi olan şəxslər və ya qurumlar tərəfindən göstərilməsi vacibdir
Dövlət Qurumları hüquqi yardımı əsasən, yönləndirmə, hüquqi məlumatlandırma şəklində həyata keçirir. Həmçinin, bir çox qurumlar var ki, orada çağrı xidmətləri fəaliyyət göstərir. Məsələn, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Vergilər Nazirliyində, ASAN Xidmətdə, eyni zamanda Korrupsiyaya qarşı Mübarizə İdarəsi və Baş Prokurorluqda qaynar xəttlər mövcuddur. Bu qurumlarda vətəndaşların bu və ya digər məsələlərlə bağlı müraciətləri olanda onlara hüquqi izahatlar verilir.
Könüllülərin isə bu sahədəki hüquqi bilikləri müəyyən yerə qədər kifayət edir və yalnız “qısa xidmət”lərin göstərilməsindən ibarətdir. Həmçinin QHT-lər bu sahədə öz yardımlarını əsirgəməsələr də, onların işi daha çox mövsümi xarakter daşıyır.
Bu sahədə peşəkar hüquqi yardımın göstərilməsi təbii ki, hüquqşünasların fəaliyyət sferasına aid edilir. Belə ki, bir hüquqşünas özündə bir sıra mühüm xüsusiyyətləri cəmləşdirir ki, yazılı və şifahi ünsiyyət qabiliyyətinin üstünlüyü, işləri qiymətləndirmək və müştərilər üçün optimal nəticələr əldə etmək üçün ən yaxşı yanaşmanı müəyyən etmək, hüquqi sənədlərin yazılması zamanı düzgün orfoqrafiyadan, hüquqi terminologiyadan, qrammatikadan istifadə və s. xüsusiyyətlər təbii ki, göstərilən hüquqi yardımın keyfiyyətini artırır.
Hüquqşünasların köməyindən elə təşkilatlar istifadə edir ki, onların işin bütün qanuni incəliklərini bilən ştat işçisinə ehtiyacı var. Heç bir böyük və tanınmış şirkət hüquqi müşayiət olmadan keçinmir, çünki hər bir biznesdə saysız-hesabsız hüquqi nüanslar var. Hətta tərəfdaşlarla əməkdaşlıq müqaviləsini düzgün və savadlı tərtib etmək üçün hüquqşünas lazımdır.
Şirkətdə isə müxtəlif məzmunlu belə sənədlərin sayı lap çox ola bilər. Özü də hüquqi köməkçi istər şirkətdə çalışan mütəxəssis, istərsə də kənardan hüquqi xidmət göstərən abonent, yəni hüquq firmasında çalışan hüquqşünas, vəkillər ola bilər. Şirkətlərin çoxu məhz ikinci qəbildən olan hüquqşünaslara müraciət edirlər. Axı öz ştatında peşəkar hüquqşünas saxlamağa hər firmanın, özü də kommersiya yoluna yenicə qədəm qoyan bir firmanın imkanı yoxdur. Buna görə də müasir dövrdə abonent xidməti böyük populyarlıq qazanıb. Belə olan halda firma hər ay hüquq kontoruna (hüququ məsləhətxanası) müəyyən məbləğ ödəyir, həmin kontor da cari mülki-hüquqi işləri həll etmək üçün mütəxəssis verir.
Mənzil və ailə mübahisələrində ixtisaslaşan hüquqşünaslar getdikcə daha çox önə çıxırlar. Çox adam mənzil alqı-satqısı, boşanma, yaxud nikah məsələlərindən baş çıxarmaq üçün mütəxəssisdən pullu məsləhət almağa çalışır. Doğrudur, qanunu özü də oxuya bilər, amma bu, həm onun vaxtını alar, həm də təcrübəsizliyi üzündən yanlış qərarlar qəbul edə bilər. Hər hansı hüquqi məsələni mütəxəssislə həll etmək daha yaxşıdır.
Hüquqşünaslar tərəfindən tez-tez hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım xidmətləri göstərilir, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlər hazırlanır.
Məhkəmə prosesi zamanı hüquqi yardım göstərilməsi isə bir növ yardım göstəriləcək şəxslərin özündən asılıdır. Belə ki, hər bir insanın, xüsusilə də zəif qrupdan olan şəxslərin öz huquqlarının müdafiə edilməsi təmin edilməlidir. Ölkəmizdə vətəndaşlara dövlət hesabına hüquqi yardım cinayət təqibi ilə bağlı bütün mərhələlərdə, mülki və inzibati işlərdə isə aztəminatlı şəxslərə kassasiya instansiyasında məhkəmə qərarı əsasında təmin edilir.
Azərbaycan vətəndaşlarının pulsuz hüquqi yardım almasına, əsasən, cinayət işlərində rast gəlinir. Yəni, hansısa vətəndaş törətdiyi əmələ görə tutulursa, ona qarşı ittiham irəli sürülürsə, həbsə alınırsa, şəxsi tutan, ittiham irəli sürən tərəfdən maddi durumundan asılı olmayaraq ona vəkil təklif olunur. Təkilifi qəbul etməyənlər şəxsi vəsaiti və ya ailəsinin hesabına vəkil tutur.
Mülki işlərə gəldikdə, pulsuz hüquqi yardım almaq üçün şəxs mütləq məhkəməyə müvafiq sənəd təqdim etməlidir. Şəxs sübut etməlidir ki, həqiqətən də onun maddi durumu aşağı səviyyədədir, öz hesabına vəkil tutmaq imkanı yoxdur.
Misal üçün, əlilliyi olan şəxs, təqaüdçü, şəhid ailəsinin üzvü, müharibə veteranı, məcburi köçkün, heç bir yerdə işləməyən, işləsə də maddi durumu çox aşağı olan vətəndaş məhkəməyə müvafiq sənəd təqdim etməklə mülki işlərdə dövlət hesabına, ödənişsiz vəkil xidmətindən yararlana bilər. Prosedur belədir ki, vətəndaşın təqdim etdiyi sübutlar – sənədlər əsasında məhkəmə dərhal qərardad çıxarır, göndərir Vəkillər Kollegiyasına. Vəkillər Kollegiyası da vəkillər bürosu vasitəsilə həmin vətəndaşı vəkillə təmin edir.
Qlobal inkişaf və bu inkişafın texnologiya vasitəsilə inteqrasiyası insanların həyatını daha da rahatlaşdırmağa yönəlmişdir. Artıq insanlar evlərindən çıxmadan vergi borclarını ödəyə bilir, etibarnamə əldə edir, eləcə də hüquqi şəxslər yaradırlar. Hüquqi və fiziki şəxslərin maraqlarına uyğun olaraq hüquqi xidmətlərin onlara onlayn platformada təqdim olunması müasir tələblərdəndir.
Belə ki, şəxslər bir çox hallarda öz şikayətləri ilə bağlı hansı quruma müraciət etməli olduqları, onların şikayətinə hansı məhkəmə tərəfindən baxılmalı olduğu və s. kimi hallarda köməyə ehtiyac duyurlar. Bu zaman vaxtlarına qənaət etmək məqsədilə kompüter qarşısına keçir və qısa zamanda doğru və etibarlı məsləhət almaq istəyirlər.
Peşəkar hüquqşünaslar tərəfindən konsaltinq xidmətləri zamanı sizlər üçün ən sadə və əlverişli həll yolları təklif edilir. Artıq insanlar onlayn formada hər hansı hüquqi problemlə bağlı müraciət edib lazımi məlumatları ala bilər.
Şərhlər
A.Məmmədov 2026-07-11 20:09:02
Mənim barəmdə icra icraatı üzrə 18 600 manat məbləğində borcun tutulması ilə bağlı icraat aparılmışdır. 04.10.2022-ci il tarixdə icra məmuru tərəfindən "İcra haqqında" Qanunun 78.1-ci maddəsinə əsasən icra ödənişinin tutulması barədə qərar qəbul edilmiş və həmin qərarda icra ödənişinin məbləği 1302 manat (18 600 manatın 7%-i) müəyyən edilmişdir. Əsas borc məbləğini (18 600 manat) 2026-cı ildə tam ödəmişəm. Hazırda icra məmuru bildirir ki, qanunvericilikdə dəyişiklik edildiyinə görə icra ödənişi 10% hesablanmalı və mən 1860 manat ödəməliyəm. Lakin mənə bu barədə yeni qərar təqdim edilməmişdir (və ya təqdim edilərsə, həmin qərarın hüquqi əsasları araşdırılmalıdır). Mənim suallarım aşağıdakılardır: 04.10.2022-ci il tarixli 1302 manatlıq icra ödənişi barədə qərar hüquqi qüvvəsini saxlayırmı? İcra ödənişi barədə qərar artıq qəbul edilmiş olduğu halda sonradan qanunun dəyişməsi həmin məbləğin yenidən hesablanmasına əsas verirmi? "İcra haqqında" Qanunun 78.5-ci maddəsində icra ödənişi barədə qərarın icraata başlanılması ilə eyni vaxtda qəbul edilməsi nəzərdə tutulduğu halda, sonradan yeni məbləğin müəyyən edilməsi qanunidirmi? İcra məmurunun 1860 manat tələb etməsi üçün əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi barədə ayrıca qərar qəbul edilməlidirmi? Bu halda icra məmurunun hərəkətindən və ya qərarından şikayət vermək üçün hüquqi əsaslar varmı?
Taleh 2026-07-01 17:45:27
Salam. Azercell mənim icazəm olmadan nömrəmi əcnəbi dil kursuna abunə edib və 3 ay ərzində ümumilikdə 32 AZN pul silib hesabımdan. Bununla bağlı Azercell şirkətini məhkəməyə verə bilərəmmi? Əgər verə bilərəmsə ala biləcəyim təzminat məbləği təxminən hansı civarda olar bilər?
Hesenli Şehriyar 2026-05-16 12:18:31
Atam anam ikiside dunyani deyişib,12 yaşda balaca qardaşim var himayyamda resmi serencam ile suraxani rayon verib.Əvvəl baci olub,ama qəyyumluqun vəzifəsi yerine bitere bilmeyib ve öz ailesi var deye,iki az yazşli uşaqlar 7 ve 9 yaşda,kirayda qalir,ancaq yoldaşi işleyir.Ve qəyymluquq men resmi şəkilde men olmuşam.Voenkomat mene möhlet vermek istemir ?Ne geder haqqlidilar!?
Əzzov Fuad 2026-05-11 22:39:17
Salam hörmətli vəkil mənim torpagımda kimsə ev tikə bilər
Fuad Hacızadə 2026-04-08 17:23:57
Salam. Mən 1-ci qrup əliləm, sərbəst hərəkət edə bilmirəm. 3 ilə yaxındır həyat yoldaşım məni atıb gedib, 2 azyaşlı uşağımı da götürüb aparıb. İndi isə məndən ayrılmaq qəraraına gəlib, məni məhkəməyə verib, aliment tələb edir. Mən isə məhkəməməyə mənə pulsuz vəkil edilməsi ilə bağlı məktub yazmışam. Birinci məhkəmə iclasında hakim mənə dedi ki, məhkəmə sənə pulsuz vəkilin təqdim edilməsi ilə bağlı artıq sorğu göndərib vəkillər kolleiyasına, amma hələ cavab gəlməyib. Bilmək istəyirəm ki, mənə vəkil təqdim edilməyibsə, mən növbəti məhkəmə iclasının keçirilməsinə etiraz edə bilərəm? Yəni, mənə pulsuz vəkil təqdim edilməzsə və mən növbəti məhkəmə iclasının vəkilsiz keçirilməsinə etiraz edərəmsə, məhkəmə iclası keçirilər?
Orhan 2025-12-09 13:22:16
Salam.Xahis edirem mene bir meslehet veriniz.Ozum 1986 tevellud 1 qrup elilem.Qardasim meni yasadigi evden halbuki 2011ci ilde ipoteak yolu ile yani zamin olmaq serti ile menzili elde etmisdik.Qeydiyyatim yeni tikili de qeydiyyat olmadigi ucun (yani anamin evi) yasasamda faktiki olaraq orda qeydiyyatda olmusam.2015 Avto qezasinda (https://www.aznews.az/news/hadise/76916.html) cox agir xesaret almisdim.1 ay komada olmusam.Hal-hazirda yoldasimin evinde yasayiram,sebeb odurki her gun ehmedliden sehere dogru gundelik saglamliq prosesleri ucun merkezde yasamaga baslamisdim.Menden xebersiz menim yeni tikilide ki evimi qardasim anamla (menzil anamin adina idi deye) 3 otaqli tam temirli evi sataraq, pulun bir hissesini menimseyib qalanina anama bir ev almisdir.(Szoun duzu sadece hansi erazide oldugunu bilirem)Halbuki evlilik zamani aramizda danisiq olmuski subayam evin odenisine yardim edecem.Razilasmisdi.2015 qezasindan sonra 3 aydan sonra evde yataq xestesi oldugum muddet menden ipoteka odenisini teleb etmeye baslamisdir.Men isledemediyimi,yeni dogulmus usaqlaq yoldasimin evinde yasadigimi ve butun xercleri mehz yoldasim ve qaynanam qarsiladigini bildirdim.Bir muddet kecenden sonra mene elillik statusunu almaq ucun elave herbi bilet teleb edildi.Ve normal qaydada oz evime geldikde basqa sexler yasadigini oyrendim.Anam o zaman zeng eledim naraziligimi bildirdim..Bu hadiseden sonra men psixi gerginlikden sonra Boyrek catismamazligi diaqnozu ile 1 qrup elil oldum.İndi ise qardasim ipoteka ile aldigimiz evi satmaq isteyir, meni mehkemeye verir.Men bu zaman ne elde ede bilerem.Yalniz deyirki bu menim menzilimdi.qeydiyyatdan cixmalisan bu halda en azindan kompensasiya bele ala bileremmi?
qasimova aysen 2025-11-20 04:31:22
salam.mene bir neferin borcu var subutum olmadigi ucun munasibetde oldugm wexsle hemen adam problem yasadi.sonra hemen wexsin anasi polis bolmesine wikayet yazdi ama cox agir subutu olmadigi halda oglumu doyubler telefonu zorla aliblar bicaqla hedeleybler dedi.bolme wikayeti qeyde alib axtaris verdi.biz zengi acib wobeye yaxinlasacagimizi dediymiz halda eve basqin oldu bizi pis doyduler hamileyem dediym halda tepikler vuruldu sevgilimin halini hec demirem 3 defe ozunde gedib agridan.mecburi herseyi qebul edib ve kurdexaniya yollayiblar razboy statiyasi ile.qorxuduldugumz ucun sesimiz cixmadi amma goz gore gore 8 il gozleyr onu mehkemede deyirler heccur sesimizi esitdire bilmirik.kulli miqdarda pul olmasa tutulacaq ve bizm imkanimiz buna catmir.wikayetci erizeni goturub bariwiqda eledi amma bu hecneyi deyismir deyirler. cox caresizem ve mene vekil komeyi lazimdir
Ülvi Novruzov 2025-11-03 16:42:18
Salam, Hörmətli Qulam müəllim. Əgər qonşu məndən icazəsiz mənim Wi-fi - dən istifadə edibsə (heç bir qanun pozuntusuna yol verməyib, parolu qırmayıb, sadəcə parolum asand olduğundan onu tez tapıb və vaxt aşırı mənim internetimdən istifadə edib), buna görə ona cəza düşür? Qanunun hansı maddəsi ilə bu qanun pozuntusu tənzimlənir?
Rena 2025-10-10 22:31:18
Salam.yoldasim 179.2.3 ve 179.2.4 maddesi ile teqsirlendirilir.35000 manat gosterilen borcun yalniz 15000manat hissesi uzre aktlarin esli movcuddur.diger aktlari ise sirket mehkemeye teqdim ede bilmir.6aydir hebsdedir,lakin hele hokm verilmeyib.azadligin mehdidlasdirilmasi haqda hokm hansi halda verile biler?azadliqdan mehrumetme verile bilermi?
Zəhra 2025-10-05 08:44:16
Salam. 8 ildir ştatdankənar olaraq işlədiyim yerdə son 8 aydır sənəd üzərində yarımştat qeyd olunsa da amma faktiki olaraq tamştat işləmişəm. Bu mənim bank hesabımda da görünür ki tamştat işlədiyim üçün əmək haqqına əlavə adı ilə ödəniş olunub. İndi ixtisarlar səbəbi ilə işimə son qoyulur və təzminatım 200 manatdan hesablanır. Mənə deyilən səbəb də sənəd üzərində yarımştat olmağımdır. Mən tamştat işləmişəm, təzminatımın düzgün verilməsini tələb etmək üçün şikayət etsəm baxılar məsələyə?
Şərh yaz