Hüquqi yardım

İctimai birliyin yaradılması
02 Okt

İctimai birliyin yaradılması

İctimai birliyin yaradılması

Xeyriyəçiliklə məşğul olmaq istəyirsiniz?

Yaxud hər hansı təhsil, mədəniyyət, turizm, ekologiya, uşaq və gənclərin inkişafına dair fikirlərinizlə bağlı ətrafınıza sizin kimi ideyalara sahib şəxsləri toplamaqla cəmiyyətə fayda vermək istəyirsiniz?

Qanunvericiliyə uyğun olaraq yaradılma məqsədi sahibkarlıq fəaliyyəti olmayan (qeyri-kommersiya) qurumlar ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında yaradıla bilər.

İctimai birlik necə yaradılır?

İlk olaraq bildirək ki, ictimai birliklərin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirirlir.

İctimai birliyi təsis etmək istəyən şəxslər iclas əsasında ictimai birliyin təsis edilməsinə dair qərar qəbul edir. Həmçinin təsisçilər iclasda birliyin nizamnaməsi qəbul edir, birliyin idarəetmə formasını müəyyənləşdirir.

İctimai birliyin nizamnaməsində məqsədlərinin tam və əhatəli şəkildə yazılması vacib nüanslardan biridir.

Məsələn, siz dostunuzla birlikdə xaricdə təhsil alan gənclərə dəstək məqsədilə bir birlik yaratmaq istəyirsiniz. Bunun üçün aşağıdakı sənədləri Ədliyyə Nazirliyinə təqdim etməlisiniz.

1. Ərizə;

2. Təsis yığıncağının protokolu;

3. İctimai birliyin təsis sənədləri – nizamnamə, qərar;

4. Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

5. Təsisçi fiziki şəxs(lər) olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

6. Hüquqi ünvanı təsdiq edən sənəd;

7. Qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən qeydiyyat üçün dövlət rüsumu 11 manatdır.

Əlavə olaraq təcrübədə rast gəlinən hallardan biri də budur ki, Ədliyyə Nazirliyi qeydiyyatdan keçmək istəyən ictimai birlikdən onun fəaliyyət göstərmək istədiyi sahəyə nəzarət edən dövlət qurumundan dəstək, ya da ki razılıq məktubu almasını tələb edir.

Məsələn, təhsil ilə əlaqəli ictimai birlik yaradan zaman Təhsil Nazirliyindən dəstək sənədinin istənilməsi bu hala nümunədir.

İctimai birliyin dövlət qeydiyyatına alınmasından imtina edilərsə, bu barədə təsisçilər inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verə bilər.

Kimlər ictimai birliyə üzv ola bilər?

Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.

Üzvlər ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlara malik ola bilər.

İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir.

İctimai birlik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərmi?

Qeyri-kommersiya hüquqi şəxslərinin hər biri kimi ictimai birliklərin də əsas məqsədi sahibkarlıq fəaliyyəti deyil, lakin qanunvericilik sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etmir, o halda ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.

#ictimai birlik # fond # hüquqi şəxs # xeyriyəçilik # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Qönçə Məmmədova 2026-08-06 15:40:05

    Hürmətli Qulam bəy, İctimai birliklərin qeydiyyatı ilə bağlı bölüşdüyünüz faydalı məlumata görə təşəkkür edirəm. Ədliyyə Nazirliyinin rəsmi tələblərini nəzərdən keçirərkən yaranan bir neçə sualı diqqətinizə çatdırmaq istərdim: İlkin kapital tələbi: Nazirliyin siyahısında fondlar üçün 10.000 manatlıq nizamnamə kapitalı tələbi qeyd olunub. İctimai birliklərin (assosiasiyaların) yaradılması zamanı da oxşar maliyyə tələbi mövcuddurmu? Dövlət rüsumu: Məqalədə rüsumun 11 manat olduğu bildirilir. Qanunvericilikdə bu məbləğlə bağlı son dövrdə dəyişiklik edilibmi? Sənəd paketindəki yeniliklər: Tələb olunan sənədlər siyahısına daxil edilən xüsusi razılıqlar (məsələn, xüsusi adlar, tənzimləyici qurum rəyləri və s.) nəzərə alınarsa, hazırda ictimai birliklərin qeydiyyatı üçün əlavə bir dəyişiklik və ya yeni tələb varımdır? Fikirləriniz üçün əvvəlcədən təşəkkür edirəm.

    ictimai birliklərin (assosiasiyaların) təsis edilməsi üçün qanunvericilikdə hər hansı minimum ilkin nizamnamə kapitalı tələbi nəzərdə tutulmur, bu tələb yalnız fondlara şamil olunur. İctimai birliklərin dövlət qeydiyyatı üçün rüsum dəyişməz olaraq 11 manat təşkil edir. Sənəd paketinə gəldikdə isə, ümumi qaydada təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər, təsis iclasının protokolu, nizamnamə və hüquqi ünvanı təsdiq edən sənədlər kifayətdir; yalnız adında "Azərbaycan", "Dövlət" kimi xüsusi sözlərdən istifadə olunduqda və ya fəaliyyət sahəsi üzrə qanunvericilikdə xüsusi göstəriş olduqda əlavə razılıq və ya rəylər tələb oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Camalzadə Nuranə 2026-06-23 14:34:32

    Salam, Qulam bəy. Sizinlə necə əlaqə saxlamaq olar? Ödənişli şəkildə bizə kömək edəsiz İctimai Birlik yaratmağa. Sənədlərin hazırlanmasında yön verəsiniz.

    Aleykum salam. İctimai birliyin təsis edilməsi hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq nizamnamənin, təsisçilərin qərarının və müvafiq ərizə formalarının hazırlanmasını tələb edir; bizimlə rəsmi əlaqə saxlamaq və ödənişli hüquqi yardım/vəkil xidmətindən yararlanmaq üçün **ismayilzade.az** saytındakı əlaqə vasitələri (telefon/WhatsApp) ilə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Camalzadə Nuranə 2026-05-07 15:09:00

    Salam. Gənc Yazarlar Birliyi yaratmaq istəyirik. Bunu bir nəfər təsisçiylə etmək mümkündürmü, ya bir neçə təsisçi olmalıdır?

    Bir nəfər təsisçi ilə ictimai birlik yaratmaq mümkündür Vəkil Qulam İsmayılzadə
  • Əbülfət İsiyev 2025-12-15 09:44:33

    Salam,kəndimizin daxilində abadlı işlərin görülməsi üçün xeyriyyə fondu yaratmq və bu fondakı vəsaitin saxlanmaı hansı qanunla və necə həyata keçirilil?

    Kənd daxilində abadlıq işləri üçün xeyriyyə fondu yaratmaq qeyri‑hökumət təşkilatı və ya fond formasında mümkündür və bu fond dövlət qeydiyyatından keçirilməlidir. Fondun vəsaitləri yalnız nizamnamədə göstərilən məqsədlər üçün istifadə olunur, bank hesabında saxlanılır və fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun həyata keçirilir. Vəkil Qulam İsmayılzadə
  • Meherrem 2025-09-26 00:09:59

    Mən uzun müddət QHT sədir işləmişəm və hər zaman xeyriyyəçiliklə MESQUL olmuşam bu halda rayon rəhbərliyi tərəfindən nümayəndələri tərəfindən təşəkkür maneələr və qazet dərc olunub menim haqda indi isə şəxsi QHT yaradaraq ictimayi birlik yaratmaq və qeydiyyatdan rəsmi keçirmək üçün mümkündürmü meselem 100 lerle ailelerde olaraq mənəvi ve maddi dəstəklər olmuşam çəkilişlər və dairə yarada bilərəm istimayi birlik

    Bəli, mümkündür. Azərbaycan qanunvericiliyinə əsasən, ictimai birlik və ya QHT yaratmaq hüququ hər kəsə məxsusdur. Bunun üçün:Təsisçilər (ən azı 3 nəfər Azərbaycan vətəndaşı) olmalıdır.Nizamnamə və təsis yığıncağı protokolu hazırlanır.Ədliyyə Nazirliyinə dövlət qeydiyyatı üçün müraciət edilir.Qeydiyyatdan sonra rəsmi fəaliyyət göstərə bilərsiniz.Sizin əvvəlki təcrübəniz və ictimai fəaliyyətiniz qeydiyyat prosesinə mane olmur, əksinə, işinizi gücləndirə bilər. Vəkil Qulam İsmayılzadə
  • Ağayev Rauf 2025-09-07 10:39:01

    Salam 1988 çi ildə rəsmi qayda da fəaliyyət göstərimiş Qarğabazar yurd cəmiyyətin (işgal vaxtı bütün sənədlər itib.)bərpa etmək olar? Xatırladıram ki bankda hesablaşma hesabı olub.

    Bəli, bərpa mümkündür. Arxiv və bank məlumatları toplanmalı, sonra dövlət qeydiyyatı orqanlarına müraciət edilməlidir. Sənədsiz halda məhkəmə qərarı ilə də bərpa mümkündür. Vəkil Qulam İsmayılzadə
  • Aytən Əliyeva 2025-05-24 10:32:49

    Salam. İctimai birliklə Cəmiyyət yaradılması eynidir? Misal üçün yardımlılılar cəmiyyəti.. Bu İctimai birlik tərkibində yaradılır?

  • Nicat Quliyev 2025-03-15 13:49:07

    Salam. Ictimai birlik yaratmaq ucun sənədləri hardan əldə edə bilərik? QHT və İctimai birlik eynidirmi?

    Məqalədə necə yaradılması ilə bağlı yetərli məlumat verilmişdir. Bəli ictimai birlik qeyri-hökümət təşkilatıdır. Vəkil Qulam İsmayılzadə
  • Hikmat Huseynov 2024-05-07 12:33:21

    Salam, 1. Ictimai birliyi tək bir fiziki şəxs təsis edə bilərmi? Bu halda Təsisçilərin ümumi yığıncağına aid protokolun yerinə hansı sənəd təqdim edilməlidir? 2. İctimai birliyin idarə forması idarə heyəti şəklində olması məcburidirmi? Sadəcə olaraq icraçı direktor təyin etmək bəs edirmi? 3. Məqsədə xidmət edən layihələrin icrası məqsədilə iyanələri toplanması üçün üzvlüyə qəbul olunma şərtdir mi? Birliyə üzv olmayan fiziki və hüquqi şəxslərdən də iyanə qəbul oluna bilərmi?

    İctimai birlik minimum 2 nəfər tərəfindən təsis edilməlidir. İdarə etmə forması isə kollegial olur. İanələrin kimin tərəfindən verilməsinin elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, qanuni olsun Vəkil Qulam İsmayılzadə
  • Emin Hacısoy 2024-04-30 17:51:00

    Salam, biz iki il yarımdır ki, xeyriyyə məqsədli işlər görən birlik təsis etmişik. Bu müddət ərzində öz vəsaitimiz hesabına 100ə yaxın tədbirlər keçirmişik. Üzvlərin iclasını toplayıb, ƏN-nə müraciət etmişik, lakin, müxtəlif səbəblər gətirərək imtina verirlər. Bizim fəaliyyətimizi bəzi millət vəkilləri yaxından tanıyır, yüksək dəyərləndirirlər. Sualım belədir ki, millət vəkillərindən alınan tövsiyə məktubu İB-nin qeydiyyatdan keçməsinə yardımçı ola bilərmi?

    Bəli ola bilər Vəkil Qulam İsmayılzadə

    Şərh yaz