Hüquqi yardım

İddia ərizəsi
13 İyl

İddia ərizəsi

İddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazlı müraciət formasıdır. İddia ərizəsinin forması və məzmunu. İddia ərizəsi hansı məhkəməyə verilməlidir?

İddia ərizəsi necə yazılır?

İddia ərizəsi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəməyə təqdim edilən özündə cavabdehə qarşı müəyyən tələbləri əks etdirən yazlı müraciət formasıdır. 

İddia ərizəsi məhkəmə icraatının başlanılması üçün əsasdır və qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyi halda məhkəmə tərəfindən geri qaytarılır. 

İddia ərizəsini verən şəxs iddiaçı, iddia ərizəsi kimə qarşı verilibsə cavabdeh adılanır. 

İddia ərizəsinə dair tələblər: 

  • İddia ərizəsinin mətni aydın olmalı, mübahisənin əsasları açıq-aydın qaydada təsvir edilməli, mətn emosianal formada yazılmamalı, jarqonlardan (yəni ara sözlərdən) istifadə edilməməlidir və heç kəsin şərəf və ləyaqətini alçaldan məlumatlar istifadə edilməməlidir. 

  • Ərizədə pozuntu faktları tam dəqiq göstərilməli, qanunvericiliyə istinad edilməlidir.

  • İddia ərizəsi elə formada tərtib edilməlidir ki, məhkəməyə qoyulmuş tələb tam aydın olsun, bir sözlə ərizə oxunaqlı olmalıdır.

  • Sübutlar və dəlillər tam dəqiq qeyd edilməldir. İddia ərizəsində nə qədər çox dəlil və sübut qeyd edilsə o qədər uğur qazanmaq ehtimalı yüksəkdir.

İddia ərizəsinin tərtibi üçün peşəkar vəkilə müraciət etməyiniz tövsiyyə edilir.

İddia ərizəsi həm kompyuter vasitəsi ilə həmdə ki əlyazma formasında tərtib edilə bilinər.

İddia ərizəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddəsində qeyd edilən tələblərə riayət edilməlidir.

İddia ərizəsinin forması və məzmunu

İddia ərizəsi 3 hissədən ibarətdir:

1.Başlıq hissə: 

İddia ərizəsinin başlığında  məhkəmənin adını, özünüzün tam adınızı, qeydiyyat ünvanınızı və telefon nömrənizi həmçinin cavabdehin tam adını qeydiyyat ünvanını və telefon nömərsini qeyd etməlisiniz

2.Təsviri və əsaslandırıcı hissə:

İddia ərizəsinin təsviri və əsaslandırıcı hissəsində mövcud problemi aydın şəkildə izah etməlisiniz, tələbinizi əsaslandırmalısınız, cavabdeh tərəfindən hansı pozuntulara yol verildiyini və iddianın nə üçün təmin edilməli olduğunu aydın şəkildə izah etməlisiniz. 

3. Xahiş (tələb) hissəsi:

İddia ərizəsinin xahiş hissəsində iddiaçı ərizəsində yazılanların hamısını ümumiləşdirir və yekunda tələbini irəli sürür. İddia ərizəsinin xahiş hissəsi aydın şəkildə tərtib edilməlidir, ona görə ki həm məhkəməyə tələbiniz tam aydın olsun həm də ki iddia tələbi təmin edildiyi təqdirdə məhz qeyd olunan tələb icra sənədinin mətninə daxil ediləcəkdir.

Misal üçün : Məhkəmədən xahiş edirəm ki, Məmmədov Məmməd Məmməd oğlundan 1000 manat pulun tutularaq mənə ödənilməsi haqqında qətnamə qəbul edəsiniz.

İddia ərizəsinin axırında iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını göstərməlisiniz

Misal:

  • Şəxsiyyət vəsiqəsinin sürəti

  • Borc müqaviləsi

  • qəbz

  • Pretenziya məktubu

İddia ərizəsinin axırında imza atmalı və iddia ərizəsinin tərtib edilmə tarixini qeyd etməlisiniz.

Kommersiya məhkəməsinə verilən iddialar.

Kommersiya məhkəməsinə iddialar yalnız elektron qaydada Elektron Məhkəmə Portalı vasitəsi ilə verilə bilər.

İddia ərizəsi hansı məhkəməyə verilməlidir?

Adətən iddia ərizəsi cavabdehin, yəni qarşı tərəfin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verilir. 

Lakin qanunvericilikdə digər hallarda nəzərdə tutulmuşdur:

  • Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
  • İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də boşanma  iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
  • Daşınmaz əmlakla bağlı mübahisələr əksər hallarda daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkməyə verilir.

 

#iddia əriəzsi # İddia ərizəsi necə yazılır # boşanma ərizəsi # hüquqi xidmətlər # iddia ərizəsinin tərtib edilməsi

Şərhlər

  • Vəfadar Müseyibov 2026-08-04 03:50:00

    Salam hormetli Vekil . Merhum anamin yasayis yeri uzre qeydiyyatda oldugu ev var. Evin tek varisi menem ve veresesi men mueyyen olunmusam.Evin pasport uzre qeydiyyata alinmasi haqqinda mehkeme qerarida var anamin sag oldugu muddetde qetname qebul olunub 2005 ci ilde sadece vefat etdikden sonra quvveden dusub ve bu evle bagli kommunal xidmetle bagli qebzler var 2005 ci ilden ve hal hazirda quvvededir.Men hemin evde hec bir sexsin qeydiyyati olmadigi ucun qeydiyyata dusmek isteyirem. Bas pasport miqrasiya xidmetine muraciet etmisem imtina veribler.Bu mesele ile bagli meslehetiniz nedir?

    Mərhum ananızın adına olan mülkiyyət hüququ (vərəsəlik şəhadətnaməsi əsasında) Reyestr Xidmətində (Çıxarış/Kupça) rəsmiləşdirilmədiyi üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qeydiyyata imtina etməsi hüquqi baxımdan əsaslıdır. Bu problemi həll etmək üçün ilk növbədə notariat vasitəsilə vərəsəlik şəhadətnaməsini alıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək mənzilə öz adınıza Çıxarış (Kupça) almalısınız. Əgər köhnə məhkəmə qərarı və ya sənədlərlə bağlı reyestrdə problem yaranarsa, mülkiyyət hüququnun tanınması və mənzilin adınıza rəsmiləşdirilməsi tələbi ilə yenidən məhkəməyə müraciət etməlisiniz. Çıxarış əldə edildikdən sonra həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək tam mümkün olacaqdır. Vəkil Qulam İsmayılzadə
  • Tunar n 2026-05-18 16:27:26

    Salam men yoldasimla ayriliram iki uaagimiz var biri iki myasinda biri dord yasinda 4yasli plan usagimi atasi mehkeme qerari olmadan elimden alib.iki ildiki atasinda men bosanmadan iddia qaldirb usagimi ala bilerem? Yeni by prose's nece ay ceker? He qeder vaxta ala bilerem usagimi usagimii atasinin elinde qoymaq isdemrem

  • İlhame Həsənli 2026-03-23 19:32:34

    Salam. Mən Türkiyədə 2020 ci il yanvar ayının 28 resmi olaraq boşanmışam, bir oğlum var məhkəmənin qərarı ilə uşaq mənə yəni anaya verilib. Türkiyədən Azerbaycana dönərkən uşaq o zaman 3 yaşında idi, atanın icazə kağızı alınıb həmin sənəddə uşağın yalnız TC kimlik nömrəsi qeyd edildiyi üçün mən uşağa beynəlxalq pasport ala bilmirəm. Keçən il iyun ayında asan xidmətə uşaq üçün pasport almaq üçün müraciətetdim mənə bildirdilər ki uşağın Azərbaycan kimlik nömrəsi atanın verdiyi izin kağızına qeyd olunmadığındann pasport verə bilmirik, ataya müraciət etsəm də dəfələrlə o izin kağızını yeniləmək istəməyib. Asan xidmətlə əlaqə saxladım mənə yalnız məhkəməyə ərizə yazmaqla uşağın bütün hüquqlarını öz üzərinizə götürmək üçün ərizəyə müraciət edə biləcəyimi söylədilər, mən bu prosesi necə həll edə bilərəm xahiş edirəm mənə köməklik göstərəsiniz, təşəkkürlər

    Məhkəməyə müraciət edin. Uşağın pasport alması üçün valideyn hüquqlarının genişləndirilməsi və icazənin sizə verilməsi barədə qərar tələb etməlisiniz. Məhkəmə uşağın maraqlarını əsas götürərək atanın razılığı olmadan da pasport üçün icazəni ana üzərinə verə bilər. Qərar çıxandan sonra həmin sənəd əsasında Asan Xidmət uşağa pasport verəcək. Vəkil Qulam İsmayılzadə
  • Vüqar Hüseynov 2026-02-20 18:50:23

    Salam.Mən UBER Azərbaycan şirkətini məhkəməyə vermək niyyətindəyəm.Səbəbsiz yerə profilimi blok ediblər.Bunun üçün mən hansı məhkəməyə müraciət etməliyəm?

    Bakı və ya yaşadığınız ərazi üzrə Məhkəməyə (Mülki İşlər üzrə) müraciət etməlisiniz Vəkil Qulam İsmayılzadə
  • Camal 2026-02-10 12:48:35

    Salam. Boşanma ilə bağlı məhkəmə bildirişi gəlib və orada uşağın bağçada təhsili üçün xərc və üstəlik aliment tələbi qeyd edilib. Bilmək istərdim uşaq bağçanı qurtardıqdan sonra yalnız alimenti ödəyəcəyəm yoxsa həmin məbləği birdəfəlik yəni yetkinlik yaşına qədər ödəməli olacağam? Uşaq Sentyabra qədər bağçaya gedəcək sonra artıq məktəbə gedəcək. Və əgər elədirsə həmin qərara etiraz iddiası göndərmək lazımdır yoxsa məhkəmədə etiraz etmək olar? Çox sağolun

    Aliment uşağın 18 yaşına qədər aylıq qaydada ödənilir. Bağça xərci ayrıca tələb kimi göstərilibsə, yalnız faktiki dövr üçün tətbiq olunur. Vəkil Qulam İsmayılzadə
  • Huseynova Ulduz 2025-12-16 14:32:19

    Salam. 2021ci ildən yaşamadığım evin qaz sayğacına 3600 AZN borc yazılıb. Hal-buki, bütün qaz və digər kommunallar bu günə kimi 0 AZN göstərir. Ev yaşayış üçün tam yararsız haldadı. Xətlər kəsilib. Aidiyyatı rayon məhkəməsi İddia məktubu yazmağa tövsiyyə etdi və məktuba görə 130 AZN , daha sonra məhkəmə prossesi üçün 800 AZN. Xahiş edirəm, köməklik göstərəsiniz. İddia nümunəsin hardan yükləmək olar və real rusumlar nə gədərdi. Əvvəlcədən təşəkkür edirəm.

    Qaz borcu ilə bağlı mübahisə üzrə iddia ərizəsi xüsusi “nümunə” formasında deyil, yazılı qaydada tərtib olunur və onu rəsmi dövlət saytlarından pulsuz tapmaq və ya vəkil tərəfindən hazırlatmaq mümkündür. 800 AZN kimi yüksək məbləğ dövlət rüsumu sayılmır və əlavə hüquqi xidmət haqqı ola bilər. qaz xəttinin kəsili və evin yaşayış üçün yararsız olması sübut edilərsə, borcun ləğvi məhkəmə qaydasında tələb oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Samire Aliyeva 2025-11-24 16:20:17

    Salam.1 yaş 3 ayliq usagimin olmasina baxmayaraq qanunu kobud şəkildə pozaraq məni işdən ixtisar etdiler.Calışdığım müəssisə rəhbəri nədə tabeliyində oldugumuz yerli qurumlar hec bir işlə təmin etmədilər.Bilmək istərdim məhkəməyə iddia qaldırsam nəyəsə nail ola bilərəm və hansı məhkəməyə müraciət etməliyəm?Onuda bildirim ki uşağımın hal-hazırda 2 yaşı (2 yaş 3 aylıq) var.Sumqayıt şəhər sakiniyəm.

    1 yaşlı uşağı olan qadının ixtisara salınması qanunsuzdur və siz əmək hüquqlarınızın bərpası üçün Sumqayıt üzrə mülki (əmək) işlərinə baxan məhkəməyə iddia verə bilərsiniz; məhkəmə işə bərpa, məcburi işlənmə dövrünün pul ödənişi və qanunsuz ixtisarın ləğvi barədə qərar çıxarma ehtimalı yüksəkdir. Vəkil Qulam İsmayılzadə
  • Rüstəmov Səbuhi 2025-09-29 19:29:03

    Salam mənim oğlum iyul ayında hərbi çağrışa görə öz ərizəsi ilə işdən çıxıb və tibbi yoxlamadan sonra hərbi xidmətə göndərilib .Avqust ayının 12 si hərbidən xəstəliyə ( skeleroz anadangəlmə) tərxis olunub Üstəlik sənədləri də bir ay gecikmə ilə veriblər. Bilmək istəyirəm belə laqeyidsizliyə görə SHÇDX ni məhkəməyə təzminat davası ilə şikayət edə bilərəmmi?

    Əgər tibbi komissiya vaxtında düzgün qərar verməyibsə və nəticədə hüquqlarınıza zərər dəyibsə, SHÇDX-in hərəkətlərindən məhkəməyə şikayət edə və təzminat tələb edə bilərsiniz. Bunun üçün sübutlar (tibbi arayış, sənədlərin gec verilməsi barədə məlumat) təqdim olunmalıdır. Vəkil Qulam İsmayılzadə
  • Rafail 2025-08-19 13:54:41

    Salam. Zəhmət olmasa mənə bildirin, hansı məcəlləyə və maddəyə əsasən mən, baba kimi, məhkəməyə müraciət edib nəvəm üzərində maddi qəyyum (himayəçi) kimi tanınmağımı və məhkəmənin, nəvənin mənim maddi himayəmdə olduğunu rəsmən tanımasını tələb edə bilərəm?

    Azərbaycan Mülki Məcəlləsinə əsasən:Maddi qəyyum (himayəçi) təyinatı Mülki Məcəllənin 99–101-ci maddələri ilə tənzimlənir.Siz, baba olaraq, məhkəməyə müraciət edib uşağın (nəvənin) qəyyumu kimi tanınmağınızı və onun maddi himayənizin altında olduğunu rəsmən təsdiqlətməyi tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • İlqar Mirzəyev 2025-07-25 10:52:17

    Salam, bizim bina kəskin qəzalı olduğundan Fövqəladə Hallar Nazirliyi tikintidə təhlükəsizlik komitəsi tərəfindən rəy verilmişdir. Artıq Dövlət Şəhərsalma və Arxitektura idarəsi və müstəqil qiymətləndirmə şirkəti tərəfindən kompensasiya miqdarı 1kv/m üçün 1550 manat kəsilmişdir. Lakin biz bu qiymətlə razılaşmırıq. Aidiyyatı qurumlara şikayətlər etməyimizə baxmayaraq cavab dəyişməz olaraq qalmışdır. Biz nə etməliyik? Əgər məhkəməyə müraciət etməkdirsə zəhmət olmasa oraya təqdim olunan sənədlər və prossesin gedişini haqqında başa salardız.

    Məhkəməyə etiraz edib kompensasiyanı artırmaq mümkündür. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz