Məhkəmə rüsumu hansı hallarda geri qaytarılır?
Məhkəməyə müraciət etməzdən öncə yerinə yetiməli olduğumuz məsələlərdən biri də dövlət rüsumunun ödənilməsidir. Bəzən müxtəlif səbəblərdən - məhkəmə aidiyyatının yanlış müəyyən edilməsindən, məhkəmədə iddia qaldıran şəxsin dövlət rüsumu ödəməkdən azad edilən şəxslər kateqoriyasına daxil olduğunu bilməməsindən və digər səbəblərdən dövlət rüsumu artıq və ya yanlış ödənilir. Dövlət rüsumlarının miqdarında edilən son dəyişikliklərdən sonra yanlış ödənilmiş dövlət rüsumunun geri qaytarılması məsələsi daha da aktuallaşmışdır.
dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;
ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir.
Bu müraciətə 45 gün ərzində baxılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
Digər vacib məsələ isə dövlət rüsumunu tutan orqanın müəyyən edilməsidir. Belə ki, Azərbaycan Respublikasının ümumi məhkəmələrinin hesabına artıq ödənilmiş rüsumu geri qaytarmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməlidir. Apellyasiya məhkəməsinin hesabına artıq ödənilmiş rüsumun geri qaytarılması üçün birbaşa həmin məhkəməyə müraciət olunmalıdır.
Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir.
Vergi orqanı dövlət rüsumunu tutan orqanın düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu haqqında arayışındakı məlumatlar ilə həmin orqanın dövlət büdcəsinə ödədiyi rüsum məbləğləri barədə məlumatları müqayisə edir.
Müqayisə nəticəsində kənarlaşma aşkar olunmadıqda, vergi orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması barədə müvafiq qaydada təsdiq olunmuş 4 nüsxədə rəy tərtib edir.
Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 15 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. Nəticədə, artıq ödənilmiş rüsum vətəndaşın bank hesabına və ya nağd formada geri qaytarılır.
#Dövlət rüsumu # məhkəmə rüsumu # vəkil məsləhəti # vəkil xidməti
Şərhlər
Fikrət Ağazadə 2026-08-10 00:16:18
Salam. Mənim iki sualım var. 1. Mən yanlışlıqla Şəki İnzibati Məhkəməsinə Kapitalbank ASC vasitəsilə 30 manat dövlət rüsumu ödəmişəm. O məbləği geri necə ala bilərəm ? 2. Şirvan Apellyasiya Məhkəməsinə mülkiyyətlə bağlı iddia ərizəsinə görə ödənəcək dövlət rüsumu neçə manatdır ? Təşəkkür edirəm.
Sebnem zamanova 2026-05-07 14:18:54
Salam men iddiaci terefem ama Nesimi rayonu unvani sehv yere getdiyime gore qerardad cixartdimi tekrar odenis edim ve nerimanov mehkemesine yaxinlasim.ve rusum geri odenilsin yazilib.menim debet kartlarim yoxdu deye abb maas kartimi vermisem .ama hele de ses soraq yoxdu.1 ayi kecir.men hara muraciet etmeliyem ve maksimum nece muddete geri qaytarilma edilir odenis?
Ədil 2026-05-06 06:56:34
Salam.İddia ərizəsi yazılıb,göndərilib.Rüsum artımından məlumatım olmayıb.Bu üzdən Məhkəmə işi icraata götürməyib,geri qaytarıb. Bəs rüsumu nə vaxt,necə və haradan əldə edim?TƏŞƏKKÜRLƏR..
Zeynalov ilham 2025-12-23 00:01:44
Salam Məhkəməyə iddia qaldirmişdim qonsu haqda sonradan qonsum uzurhaqliq istədi uddia ərizəmi geri goturdum qərar verildiki rusum 10gun muddətində qeti qaytarilsin.olmadi yenidə muracietmi efim
Rövşən Quliyev 2025-12-02 04:06:14
Salam. Apelyasiya şikayətinə görə 50m rüsumu səhvən Sabunçu rn məhkəməsinə ödədim və qəbul olunmadı. 2ci dəfə apelyasiya məhkəməsinə ödədim və keçdi. Hazirda 50m şəxsi kabinetdə (İstifadə tarixçəsi: İstifadə olunmayıb , İmtina olunmayıb) kimi qalib. Bu gün kabinet vasitəsi ilə AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ barədə iddia ərizəsi yazdım. İşin növü:2. Mülki iş İcraatın növü:İddia icraatı Kateqoriya:Sair mülki iş Alt kateqoriya:Digər Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bu Ödəniş Rüsumdan Azaddır - məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr Sizcə bu üsülla yazılan ərizə düzdür, qəbul olunacaq? Rüsum bölməsində bu başliqları seçdim ki ödəniş istəməsin. Öncədən təşəkkür edirəm.
Taleh Qarayev 2025-11-28 21:59:02
Salam. Mənim iddiam məhkəmədə təmin edilib ( mülki iş üzrə). Məhkəmə qərar qəbul edib ki ödədiyim rüsum geri qaytarılsın. Cəmi 3 gün öncə verilib bu qərar. Pulumu necə geri ala bilərəm və neçə gün ərzində?
Samir Qasimov 2025-11-15 19:26:17
Salam,cərimə ödənilib,iş məhkəmədədir.Məhkəmə mənə bəraət verilsə ödədiyim çəriməni geri ala bilərəm?
Samir Qasimov 2025-11-15 19:23:26
Salam, iş məhkəmədə olanda dəbbə pulunun gəlməsi düzdür?
Tural Mahmudov 2025-09-25 23:50:45
Salam. Baki agir cinayetler mehkemesinde cinayet isi uzre tanidigim bir shexs zerercekmisdir. Mulki iddia ile bagli zerercekmis shexsin vaxti olmadigi ucun banka yaxinlasib oz shexsiyyet vesiqem ile odenis etmisem. Mehkeme qebzde zerercekmis shexsin adi deyil menim adim oldugu ucun mulki iddiani geri qaytardi ve bildirdiki rusum sehv shexs terefinden odenilib. Indi men odediyim rusumu nece geri goture bilerem? Xahis edirem komeklik edin.
Rövşən Talıbov 2025-08-20 20:56:13
Salam mən iddiaçi məhkəməyə ərizə verdim ,lakin məhkəməyə verdiyim şəxsin qeydiyyat ünvanı Abşeron rayonu yox , Masallı rayonu olduğu üçün ərizə qəbul edilməyib.Mən ödədiyim rüsumu geri necə ala bilərəm və hara yaxınlaşmalıyam ?
Şərh yaz