Hüquqi yardım

Məhkəməyə müraciət etmə qaydası
02 May

Məhkəməyə müraciət etmə qaydası

Məhkəməyə necə müraciət edilməlidir? Məhkəməyə müraciət edilməsini ardıcılığı. İddia ərizəsi hazırlandıqdan sonra hansı məhkəməyə göndərilməlidir? 

Məhkəməyə necə müraciət edilməlidir?

İlk növbədə onu qeyd etmək lazımdır ki, əgər qanunvericiliyi bilmirsinizsə, vəkilə müraciət edərək hüquqi yardım almağınız məsləhət görülür. Belə ki, qanunvericilikdən anlayışı olmayan şəxslərin özünü hüquqşunas kimi təqdim edən dələduzlar tərəfindən aldadılması halları tez-tez müşahidə edilir. 

Məhkəməyə müraciət edilməsini ardıcılığı:

  • İlk növbədə məhkəməyədək həll formasında riayət edilməlidir. Bəzi işlərdə məhkəməyə müraciət edilməmişdən əvvəl tərəflər mediasiya təşkilatına müraciət etməli, ilkin mediasiyadan keçməlidir. Kommersiya işlərində mütləq qaydada digər tərəfə pretenziya məktubu göndərilməlidir.
  • İddia ərizəsi yazılmalıdır. Bu ərizədə iddiaçı öz tələblərini qeyd edir və onları əsaslandırır. İddia ərizəsinin tələblə bağlı hissəsi hər məsələyə, hər problemə görə fərqli formada əsaslandırılır. 
  • İddia əriəzsinə zəruri sənədlərə əlavə edilərək poçt və ya elektron məhkəmə vasitəsi ilə məhkəməyə göndərilməlidir.

İddia ərizəsi hazırlandıqdan sonra hansı məhkəməyə göndərilməlidir? 

Mülki-Prossesual məcəllənin 35-ci maddəsinə əsasən, iddia ərizəsi cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilir. Lakin, bütün məsələlərdə məhkəməyə cavabdehin rəsmi qeydiyyatı olduğu yer üzrə müraciət edilmir. Qanunda nəzərdə tutulmuş hallarda ərazi aidiyyətini iddiaçı da seçə bilər. 

Ərizə hazırlanılıb qeydiyyat məsələsi ilə bağlı sənəd ərizəyə əlavə edildikdən sonra dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədi ərizəyə əlavə edilməlidir. Sonra iddianın tələblərinə əsasən, hallara dair sənədlər, yəni nə sübut və əsas varsa, onlar da ərizəyə əlavə edilir. Əgər sənədlərin surətləri cavabdehlərdə və 3-cü şəxslərdə yoxdusra onlara verilmək üçün bu sənədlərin surətlərini də əlavə edilir. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri də onlara verilməsi üçün əlavə edilməlidir. Həmçinin, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adını, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, ərizəyə əlavə edilən sənədlərin siyahısı da göstərilməlidir.

Deməli, ümumiləşdirdikdə:

  • iddia ərizəsi hazırlanmalı
  • iddia ərizəsinin sürətini əlavə edilməli
  • rüsum ödənilməli
  • cavabdehin olduğu yerlə bağlı sənəd əlavə edilməli
  • iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər və sübutlar əlavə edilməli

 

Sənədləri poçta yaxınlaşırıq və məhkəməyə göndərilir. Xahiş edirik ki, xəbərnamə ilə göndəriş olsun. Çünkü xəbərnamə ilə göndəriş olduqda ərizə göndərildiyi yerə çatdıqda sizə də məlumat verilir. Məhkəmə sənədləri aldıqdan sonra onları yoxlayıt və məhkəmə prosesi (ilkin hazırlıq iclası) təyyin edir.

#məhkəmə. vəkil # vəkil xidmətləri # iddia ərizəsi # məhkəməyə müraciət etmə qaydası

Şərhlər

  • Smdovfqan677 2026-07-02 14:47:27

    Məni səbəbim olmadan söyurlər və dava acirlar sosyalda

    Aleykum salam. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, eyni zamanda başqa dövlətin (o cümlədən Rusiya) vətəndaşlığı olan şəxs Azərbaycan ərazisində **yalnız Azərbaycan Respublikasının vətəndaşı** kimi tanınır; bu səbəbdən ölkəyə daxil olarkən və çıxarkən Azərbaycan pasportundan istifadə edilməlidir. Azərbaycan vətəndaşının ölkədən deportasiya olunması və ya ölkəyə girişinə 5 illik qadağa (deport) qoyulması hüquqən mümkün deyildir; lakin başqa dövlətin vətəndaşlığını qəbul etməyiniz barədə 1 ay müddətində Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməmisinizsə, İnzibati Xətalar Kodeksinin 560-cı maddəsinə əsasən **300 manatdan 500 manatadək cərimə** edilə bilərsiniz (bundan əlavə, Rusiya pasportu ilə ölkədə qalma müddəti və ya miqrasiya qaydaları pozulduqda yalnız müvafiq inzibati cərimələr tətbiq olunur). Vəkil Qulam İsmayılzadə
  • Aysha Ismayilli 2026-06-09 10:58:34

    Salam mən bir söz sorusmaq istəyirəm. Nişanlımı şər yolu ilə məhkəməyə və ordanda həbsə salıblar. Onu çıxarmaq üçün nə etməliyik və neçə aydan və ildən çıxa bilər? Zəhmət olmasa cavablayardınız

    Apellyasiya şikayət verə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Vaqif Behbudov 2026-05-30 12:22:56

    Salam mən yoldaşımla Boşanmışam amma indi mən barışmaq istəyirəm. Qanunda barışıq ərizəsi yazmaq varmı ? Və bu necə yaza bilərəm? Onuda qeyd etmək istəyirəm ki, biz Boşanmışıq.

    Əgər boşanma artıq rəsmiləşib və məhkəmə qərarı qüvvəyə minibsə, 'barışıq ərizəsi' verilmir. Yenidən ailə qurmaq istəyirsinizsə, keçmiş həyat yoldaşınızla təkrar nikaha daxil olmalısınız və bunun üçün nikah qeydiyyatı üzrə müraciət edilir. Vəkil Qulam İsmayılzadə
  • Ramil Mövlayev 2026-05-28 17:56:01

    Salam menim evimde usta iş görüb amma səhlənkarlığı nəticəsində mənə çox ziyan vurub özüdə boynuna alır ki beli səhf mənimdir uzun zamandır aldadır pulu verəcəm deyə men məhkəməyə müraciət etsəm məne dəymiş ziyanı qarşılamaq olar?

    Bəli, ustanın səhlənkarlığı nəticəsində sizə ziyan dəyibsə və bunu sübut edə bilirsinizsə məhkəməyə müraciət edərək dəymiş maddi ziyanın ödənilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Rəhim Səftərov 2026-05-18 01:59:11

    Salam mən yol polisinin mənə yazdığı qanunsuz pratakola görə məhkəməyə müraciət necə edə bilərəm dövlət rüsumu nə qədərdir?

    Yol polisinin protokolundan şikayət üçün inzibati məhkəməyə iddia ərizəsi verilir. Dövlət rüsumu inzibati işlərdə adətən çox aşağıdır. Vəkil Qulam İsmayılzadə
  • Rüstəmova Səbinə 2026-05-07 10:41:56

    Salam Mən Boşanmadan Aliment kəsdirmək istəyirəm çünki boşanmaya vermək üçün imkanım yoxdur nədə vəkil tuta bilmirəm necə edə bilərəm??

    Bu halda uşağın saxlanılması üçün məhkəməyə müstəqil iddia ərizəsi verilir və aliment atanın gəlirinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir, vəkil iştirakı məcburi deyil və ərizə tərəf tərəfindən şəxsən də təqdim edilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Günel sadiqova 2026-04-29 17:44:25

    Salam mən manatı ve azpuldan borc götürüb birinə vermişəm oda ödəyəcək deyib aldadıb gecikme salıb ödəmir uzadır. Manatı azpulda aileme yığır təhqir edir məhkəməyə verəcəm deyir hədələyir mən özlərinə deyirəm aylığa bölün az az ödəyim razı olmurlar evde qüsurlu yatalaq uşağım var xatırlamıram men necə edimki hara müraciyət edim aylığa bolsunler az az ödəyim. Zəng etməsinler

    Öhdəliklər dəyişdirilmədikcə siz borcu tam və vaxtında ödəməyə borclusunuz. Rəsmi qaydada kreditor təşkilata yazılı müraciət edərək restrukturizasiya (ödəmə qrafikinin dəyişdirilməsi) tələb edə bilərsiniz. Təhqir halları davam edərsə, bu barədə hüquq-mühafizə orqanlarına şikayət verə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Zeynalova Sona 2026-04-29 16:48:05

    Salam. Menim 32 yaşım var 3 qızım var rəsmi nigahım yoxdu Atalıq və soyadları atasına aiddi mən aliment tələbi etmək isdeyirem necə edim ? Hansı sənət yığmaq hara baş vurmaq lazımdı?

    Aliment tələbi üçün yaşayış yeriniz üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət etməlisiniz. Ərizəyə uşaqların doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəniz, uşaqların sizinlə yaşadığını təsdiq edən arayış əlavə olunur Vəkil Qulam İsmayılzadə
  • Cabarova Aytac 2026-04-13 23:09:49

    Salam Qaynatam rehmete gedenden sora evi oqlun adina salmaq isdeyirik nene baba olum kagizimi isdeyirler onlarda bizde hec olmayib 1971 ci ilim olum kagizlaridi onlari hardan elde ede bilerik arxive muraciyet etmiwik tapmayiblar ev qaynatamin adima olub nene baba olum kagizi vacibdimi ?hardan elede ede bilerik

    əgər sənədlər itibsə, onları Ədliyyə Nazirliyinin VVAQ orqanından və ya Dövlət Arxiv Xidmətindən təkrar əldə etmək mümkündür. Əgər tapılmırsa, ölüm faktının müəyyən edilməsi üçün məhkəmə qaydasında qərar alınaraq vərəsəlik rəsmiləşdirilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Garashli Elvin 2026-03-27 19:20:33

    Salam. Kartına yalnışlıqla pul göndərdiyim adam haqqında mehkemeye muraciet etmek isteyirem. Esassiz varlanma ile. Cunki oz xosu ile qaytarmir menim pulumu geri. Ne etmeliyem? Neden baslamaliyam. Tesekkur edirem.

    Əsassız varlanma üzrə məhkəməyə müraciət etmək üçün əvvəlcə ödənişi təsdiq edən bank çıxarışını əldə etməli və qarşı tərəfə pulun geri qaytarılması barədə yazılı tələb göndərməlisiniz. Qaytarılmazsa, məhkəməyə iddia ərizəsi verərək həmin məbləğin geri ödənilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz