Mənəvi zərər necə ödənilməlidir?
Mənəvi zərər, haqsız bir hərəkət və ya hərəkətsizlik nəticəsində şəxsin mənəvi varlığında məruz qaldığı zərərləri ifadə edir.
Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir.
Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Ali Məhkəmənin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllədə müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. Məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi.
Həmçinin məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Qərarda qeyd olunur ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi müəyyən edilir. Yəni, zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər halları nəzərə alınmalıdır.
Zərərin məbləği konkret müəyyənləşməyib, lakin ağlabatan və ədalətli olmalıdır.
Şərhlər
Asenat 2026-06-25 21:02:09
BOKT-a mikrokredit borcumu gecikdirirem. ozumden asili olmayan sebeblerden oldugunu, odemeye calisdigimi desem de muqavilede qeyd olunmayan nomrelere zeng gedeceyini, oxudugum universitete melumat vereceklerini deyirler. Bununla bagli neler ede bilerem?
ABDULLAYE NATİQ 2026-04-13 22:22:58
MƏNƏ 6 AY QANDAL VERMİŞDİLƏR.2 GÜNDƏ MƏNİ GÜNAHSIZ YERƏ İÇƏRDƏ YATIRTDILAR.APELYASİYA ŞİKAYƏTİ VERDİM SAĞ OLSUN MƏNƏ APELYASİYADAN BƏRAƏT VERDİLƏR.MƏNƏ MARAQLIDIR QANDALIN HƏR GÜNÜNƏ GÖRƏ NEÇƏ MANAT DƏYMİŞ ZİYANA GÖRƏ PUL HESABLANIR.İÇƏRDƏ YATDIĞIMÇÜN 2 GÜNƏ GÖRƏ GÜNƏ NEÇƏ MANAT HESABLANIR.BƏRAƏTİN DƏYMİŞ ZİYANINA GÖRƏ NƏZƏRDƏ TUTURAM.BU QANUNU MƏNƏ İZAH EDƏ BİLƏRSİZ.
Tural 2026-01-06 19:35:53
Salam mən özəl bir klinikanada aparılmış hemogram analizində bazofil göstəriciləri (BAS% və BAS#) normadan dəfələrlə artıq göstərilmişdir. 2gün sonra analizlə bağlı şüphə olduğundan başqa bir klinikada analiz verdim. verdiyim eyni tip analizdə bütün göstəricilər, o cümlədən bazofil dəyərləri tam norma daxilində olmuşdur. Bu fakt ilkin nəticənin səhv və ya etibarsız olduğunu açıq şəkildə göstərir. Bununla bağlı nə edə bilərəm?
İlhamə necefova 2025-12-18 13:02:12
Salam mənim oğlumu hərbi xitmete Yarasız halda hərbiyə göndərdilər oğlum 1 il 3 aydan sonra hərbiden azad elədilər mən bununla bağlı təzminat istəyirəm kimə müraciət edim?
Haşim Sultanov 2025-12-06 13:35:08
Salam, tikinti şirkətində işləyirdim, Lagonda aparatı ilə işləyərkən bir neçə dəmir qırıntısı gözümə düşmüşdü, mən öz cibimdən özümə müalicə etdim. Onlardan heçnə istəmədim. Bu əsnada mən təxminən 10 gün ərzində işə çıxmadım, mənə heç bir xəbərdarlıq olunmadan məni işdən sakroşeniya (ixtisar) adı ilə işdən uzaqlaşdırılıblar. Üstəlik öncəki iş günlərimdən 3 gün də kəsiblər. Mən ora geri qayıtmaq istəmirəm, Təzminat tələbi ilə müraciət etmişəm bir başa şirkətin Gmail hesabına. Nə məsləhət görürsüz? Haqlıyam ya necə?
Ağa 2025-10-08 18:33:36
Salam! Mən 21 il hərbiçi olmuşam, 44 günlük Vətən müharibəsində yaralanmışam, sonra xəstəliklə təqaüdə göndərilmişəm. Artıq 4 ildir ki, əlilliklə bağlı müraciətə imtinalar verilir. Məhkəməyə müraciət etdim 1-ci və 2-ci instansiya məhkəmələrini qazandım verdilər Ali məhkəməyə, 2 ildən artıqdır ki, məhkəmələr davam edir. Mən indi cavabdeh qurumu maddi və mənəvi təzminat davası aça bilərəm?
Leyla 2025-09-03 07:37:53
Salam. Mən yoldaşımla boşanma ərəfəsindəyəm. 2 evladım var 11 və 7 yaşlarında. yoldaşım bir gün vatsap msjlarında menle dalaşaraq 7 yaşlı oğlumun ondan olmaması iddiasini edirdi. Ve mende mehkemede dnt teleb edeceyimi bildirmişəm. Men mehkemeyee senedlerimi yönlendirmemisem hele. Senedleri yönlendirende ve ya mehkeme prosesində dnt testi isteye bilerem? Ve mene atdığı bu şər böhtana mənəvi zərərə görə kompensasiya teleb ede bilerem? Evvel eden tesekker Edirəm..
Dilara 2025-08-13 23:23:27
Men bir dirnaq kursunu sponsurlu reklamda görüb getdim ( reklamda bildirir ki kursu kecirsiz ve bitirdikden sonra sizi işle temin edirik) yazib melumat alanda bele sesli şekilde sesde qarantiya veririk işle temin edirik deye ve men kursumu inşatcilarda seçdiyim halda meni hezi aslona devet etdiler daniwiq ucun menim qabagima 2vereqli sözleşme qoydular amma sözleşmede qarantiya vermir ki sizi işle temin edeciyik ola biler yazib maaş yazilmayib iş saatlari yazilmayib işle bagli hec bir şey yoxdu ve men deyendeki bunu gedib incelemeliyem vekile dedikde yox xanim burda qol Cekib o deqiqe odenişi etmelisiz bildirdi mende qol cekdim ve kursum bitdiyinde sözleşmede bildirilmedigi halda sinaq muddeti oldugunu bildirib mene tez bir şekilde limitsiz sinaq muddeti yazdirib sinaq muddeti beli deyil ordada maawda qetiyyen orda beli deyil amma reklamlarinda 1000azn maaw verdiklerini her yerde paylaşirlar men bu insanlari qol cekdiyim halda şikayet ede bilerem ve xanim bildirdiki menim qarwimda ses yazili kameram var her weyi yaziram
Tünzale Mürsəliyeva 2025-08-10 15:07:28
Salam men 1 ildi brun əməliyyati olmuşam amma brnumda sümük ağrılarım yarandi ve brunum defaemasiya oldu.Hekime çəkmişəm zərərin geri odenmesini isteyrem bununcun ne ede bilerem xaiş edrem komek edn
Nigar 2025-06-19 05:46:18
Salam Menim anam meni ev propiskasindan menim raziligim olmadan demek olarki bir soznen zornan silmek ve evden sebebsiz qovmaq isteyir.men bu halda polisə ve ya mehkemeye müraciət ede bilerem mi?ki ev propiskasinda ve oz evimdə qalim?
Şərh yaz