Hüquqi yardım

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?
25 Noy

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan necə çıxarılır?

Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər? Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan çıxarılanda hansı hallarda kompensasiya ödənilir?

Mənzildən qeyddiyyatdan çıxarılma

Mənzil alarkən və satarkən rast gəlinən problemlərdən biri də yaşayış sahəsində qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılma məsələsidir.

Belə ki tez-tez rast gələn problemlerdən biri odur ki, şəxs mülkiyyətində olan mənzili satmaq istəyir, lakin qeydiyyatda olan şəxsin razılığını ala bilmədiyi üçün notariusda alqı-satqı müqaviləsini həyata keçirə bilmir. Və yaxud da şəxs yeni mənzil alıb və orda qeydiyyatda adamlar var və o onları qeydiyyatdan çıxartmaq istəyir.

Qeydiyyatda olan şəxslərin razılıq verməməsinin müxtəlif səbəbləri ola bilər:

  • Mənzildə qeydiyyat olan şəxs tamami ilə kənar şəxsdir və siz onu razılıq almaq üçün tapa bilmirsiniz
  • Mənzildə qeydiyyatda olan şəxsi tanıyırsınız lakin o xaricdə yaşayır ona görə də gəlib qeydiyyatdan çıxa bilmir və ya xaricdə olduğu səbəbindən mənzilin satılmasına dair ərizə təqdim edə bilmir
  • Mənzildə qeyddiyytda olan şəxsin evi satmanıza etiraz edir və ya evin satılmasına razılıq vermək müqabilində sizdən müəyyən məbləğdə pul istəyir. Adətən qohumlar arasında bu cür hallar tez-tez baş verir.
  • Şəxs boşandıqdan sonra 

Yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın əsasları

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

  • yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
  • başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
  • ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
  • öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
  • yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
  • qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?

Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət edə bilər. Bu məsələ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.

Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?

Yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün məhkəməyə hansı halda müraciət oluna bilər?

Göründüyü kimi Yaşayış yeri və olduğu  yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 

Lakin bir qayda olaraq Polis idarəsi qeydiyyatda olan əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından imtina edir. 

Beləliklə yalnız həmi polis idarəsindən imtina məktubu aldıqdan sonra şəxs məhkəməyə müraciət edərək bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin polis orqanın üzərinə qoya bilər.

Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır.

Mənzildə qeydiyyatda olan şəxs qeydiyyatdan çıxarılanda hansı hallarda kompensasiya ödənilir?

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 

Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən  yaaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Yəni sözügedən maddələrədən göründüyü kimi, kupçası (çıxarışı) olan şəxs qeydiyyatda olan ailə üzvlərini yəni, həyat yoldaşını (əgər əmlak evlilik dövrü ərzində alınmayıbsa, yəni birgə mülkiyyət deyilsə), valdeynlərini və övladlarını ona məxsus mənzildən qeydiyyatdan çıxartmaq istədiyi təqdirdə həmin şəxslərə kompensasiya ödəməlidir.

Qeydiyyatdan çıxarılan şəxsə nə qədər kompensasiya ödənilməlidir?

Yuxarıda göstərildiyi kimi ailə üzvü qeydiyyatdan çıxarıldıqda ona istifadə hüququnun itirilməsinə görə kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləği hər işin halına görə individual olaraq müəyyən edilir, lakin son zamanlar məhkəmələr əsas kimi eyni şəraitli evdə 3 illik kirayə pulunun kompensasiya kimi müəyyən edir.

Misal üçün: Şəxs Yasamal rayonunda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxarılır. Tutaq ki həmin 3 otaqlı evin kirayə haqqı aya 300 manatdır. Bu halda 3 ili yəni 36 ayı 500 manatdan hesablayaraq 18 000 manat məblğində kompensasiya müəyyən edilə bilər 36*500=18 000. 

Bu hesablama şərtidi, yuxarıda qeyd etdiyim kimi məhkəmənin hər işə fərdi yanaşması ola bilər. Bu səbəbdən sizin qeydiyyatdan çıxarılma məsələsini vəkil vasitəsi ilə həll etməyiniz tövsiyyə edilir.

Qeydiyatdan çıxarılma nə qədər müddət aparır?

Məhkəmə qaydasında şəxsin qeydiyyatdan çıxarılması təqribən 3-4 ay vaxt apara bilər. Polis idarəsi ünvanlanan müraciətinizə 15-30 iş günü ərzində cavab verdikdən sonra iddia qaydasında məhkəməyə müraciət edirsiniz və məhkəmə təqribən 3 ay ərizndə işə baxaraq yekun qərar qəbul edir.

#mənzildən qeydiyyatdan çıxartma # yaşamaq hüququ. istifadə hüququ # məznilə qeydiyyata düşmə # yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında # qeydiyyat haqqında qanun # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Bəfa Məhərrəmova 2026-08-29 14:59:28

    Salam.Ev və həyətyanı sahəmiz var(6sot).Çıxarışda mən və anam şərikli payçıyıq 1/2 və 1/2.Ümumi kupçidə adımız var.Anam evdəki payını və torpagından(1sot mənə bağışlamaq istəyir)Qalan 2 sotunu isə 2 bacıma bağışlamaq istəyir.Evin və torpağın bir tərəfə çıxışı var.O buri tərəfdən isə bələdiyyənin özəlləşməmiş 2 sot torpağı var.Mən öz evimə və torpağıma müstəqil çıxarış ala bilərəm? Bu vəziyyətdə bizim çıxarışımız necə olacaq və bu cıarış mənə gələcəkdə nə problem yarada bilər? Öncədən təşəkkür edirəm.

    Salam. Hazırda çıxarışda siz və ananız 1/2–1/2 payı mülkiyyətçisiniz. Ananızın öz payını fərqli övladlara bölərək bağışlamaq istəməsi üçün əvvəlcə notarial bağışlama müqavilələri ilə hər kəsin konkret fiziki hissəsi dəqiqləşdirilməli, sonra Əmlak Məkanına torpağın ayrı-ayrı sahələrə bölünməsi (hər birinə öz kadastr nömrəsi və müstəqil çıxarış verilməsi) üçün müraciət edilməlidir — bu, minimum sahə və yola çıxış tələblərinə cavab verdiyi halda mümkündür. Bələdiyyəyə məxsus özəlləşdirilməmiş 2 sotdan çıxış məsələsi isə ayrı hüquqi məsələdir və artıq mövcud yol haqqı (servitut) yoxdursa, bu barədə əlavə razılaşma və ya özəlləşdirmə tələb oluna bilər. Vəkil Qulam İsmayılzadə
  • Xalıda Məmmədova 2026-08-19 08:34:52

    Salam.Xahis edirəm sona kimi oxuyun nene meslehet verin.Men 3 ildir ki öz şəxsi evime bacılarımın evi bələdiyyə sənədi ile olduğuna görə onları ve oğlunu qeydiyyata salmışam.Onlar dövlət işində işlədiklərini görə , qeydiyyat tələb etdilər ,pensiya zamanı arayış, şəxsiyyət deyişməsi zamanı qeydiyyat lazım oldu deyə qeydiyyata düşdülər.İndi ev satılır və basqa yerde alınır .Menim yeganə bir qız övladım var 24 yaşında Gelecekde biz ata ana həyatda olmayanda ona bu qeydiyyat ne kimi problem yarada bilər? Bu mesele meni çox narahat edir.Onlara qeydiyyatdan çıxın da deyə bilmirəm doğmalarimdi deye.Biz bacılar yaşlı insanlaririq ne vaxtsa həyatda olmayacağiq .Amma qızım aile qurar yoldaşı yad adam olacaq .İstemirem qeydiyyata göre xalaoglu xalaqizi arasında bu problem olsun, düşmənçilik yaransin.Sizden meslehet almaq istəyirdim.Əvvəlcədən teşekkürumu bildirirəm.

    Mənzil mülkiyyətçinin xüsusi mülkiyyətində olduğu üçün qeydiyyatda olan bacılarınız və onların övladı ev üzərində heç bir mülkiyyət və ya miras hüququ qazanmır, ev yalnız sizin varisiniz olan qızınıza keçir. Lakin Mülki Məcəllənin 228-ci maddəsinə əsasən, bu şəxslər evdən istifadə hüququna malik sayılırlar və gələcəkdə mənzili satarkən, ipotekaya qoyarkən və ya onlar öz xoşları ilə qeydiyyatdan çıxmaqdan imtina etdikdə, qızınız mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməli olacaq. Münaqişələrin qarşısını almaq üçün hazırda mənzil satılıb yenisi alınarkən həmin şəxsləri yeni mənzilə qeydiyyata salmamaq və ya notarial qaydada evdən istifadə hüququna xitam verilməsi barədə müqavilə/ərizə bağlamaq tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Ramil 2026-07-23 18:51:49

    Salam. Mən qeydiyyatdayam menimraziliqim olmasa kimse kupçani öz adına qeyd edə bilər?

    Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, mənzildə və ya yaşayış evində yalnız qeydiyyatda (yaşayış yeri üzrə qeydiyyatda) olmaq şəxsə həmin əmlak üzərində mülkiyyət hüququ (çıxarış/kupça) vermir; qeydiyyat hüququ ilə mülkiyyət hüququ tamamilə fərqli anlayışlardır. Buna görə də, əmlakın qanuni sahibi, müqavilə əsasında alıcısı və ya vərəsəlik hüququ olan şəxs mülkiyyət hüququnu (çıxarışı) öz adına rəsmiləşdirərkən orada qeydiyyatda olan digər şəxslərin razılığını almaq məcburiyyətində deyil. Lakin mülkiyyətçi dəyişdikdən sonra yeni sahibinin sizin yaşayış hüququnuza xitam verməsi və sizi qeydiyyatdan çıxarması üçün (əgər könüllü çıxmasanız) məhkəməyə müraciət etməsi tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Mammedzade Ramil 2026-07-23 18:46:33

    Salam.Men 30 ildir ki bir evde yaşayiram və qeydiyyatdayam Meni qeydiyyatdan çixarmaq istəyirlər Ev Nənəmə hökmet pay verib Çixartmaq istəyən Xalamdi

    Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Mənzil Məcəlləsinə əsasən, mənzildə yaşamaq və qeydiyyatda olmaq hüququ mülkiyyət hüququndan fərqlənir; nəvə olaraq evdə uzun müddət yaşamağınız və qeydiyyatda olmağınız sizə avtomatik mülkiyyət payı vermir. Nənəniz vəfat etdikdə ev vərəsəlik qaydasında onun qanuni vərəsələrinə (məsələn, xalanıza və varsa digər övladlarına) keçir və yeni mülkiyyətçi olan xalanız mənzildən istifadə hüququnuza xitam verilməsi və qeydiyyatdan çıxarılmağınız üçün məhkəmədə iddia qaldıra bilər. Lakin, yalnız məhkəmə qərarı olmadan heç kim sizi özbaşına qeydiyyatdan çıxara bilməz; evdə yaşamaq hüququnuzun və ya vərəsəlik payınızın (əgər valideyniniz nənənizdən əvvəl vəfat edibsə, təmsilçilik hüququ ilə) olub-olmadığını dəqiqləşdirmək üçün məhkəmə prosesində hüquqi müdafiənizi təmin etməyiniz tövsiyə olunur. Vəkil Qulam İsmayılzadə
  • Əsgərova Xatirə 2026-07-22 23:27:36

    Salam.Menim 2 bacım ve bacımın oğlu ievleri bələdiyyə sənədi ile olduğuna göre şəxsiyyət vəsiqəsi almasına göre bizim eve qeydiyyata düşdü.Artiq 3 ildi .İndi onlar könüllü olaraq qeydiyyatdan necə çıxa bilərlər.Cixandan sonra hara düşmək lazımdı?.

    Salam. Şəxslər öz könüllü ərizələri ilə ASAN Xidmət mərkəzinə və ya aidiyyəti polis idarəsinin qeydiyyat şöbəsinə müraciət edərək qeydiyyatdan çıxa bilərlər. Qeydiyyatdan çıxdıqdan sonra onların özlərinə aid mülkiyyət sənədi (çıxarışı) olan başqa bir mənzilə və ya ev sahibinin razılığı ilə digər bir ünvana qeydiyyata düşmələri tələb olunur. Vəkil Qulam İsmayılzadə
  • Nur zaman 2026-07-21 05:28:27

    Salam.Zehmet deyilsə məlumatlandıra bilərsiz ,ev mənim öz adimadir,anamın təkidi ilə dayimoglunu qeydiyyata saldım .Necə illərdi artıq ,qeydiyyatdan çıxarmaq istəyirəm .Bunun üçün nə etməli və hara müraciət etməliyəm.Qeydiyyatdan çıxarıldıqda ona bildiriş gedirmi?

    Aleykum salam. Mənzil tam olaraq sizin mülkiyyətinizdədirsə və dayınız oğlu könüllü şəkildə qeydiyyatdan çıxmağa razı deyilsə, Mülki Məcəllənin 228-ci maddəsinə və Mülki Prosessual Kodeksə əsasən müvafiq **rayon/şəhər məhkəməsinə mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi** ilə müraciət etməlisiniz; məhkəmə iddianı təmin etdikdən və qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin qərarı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə (və ya ASAN Xidmətə) təqdim edərək onu mənzildən qeydiyyatdan çıxara bilərsiniz. Məhkəmə prosesi zamanı cavabdehə (dayınız oğluna) məhkəmə tərəfindən rəsmi bildiriş (çağırış vərəqəsi) göndərilir, qeydiyyatdan çıxarıldıqdan sonra isə aidiyyəti dövlət qurumu tərəfindən onun sistemdəki qeydiyyat ünvanı ləğv edilir. Vəkil Qulam İsmayılzadə
  • Fərzəliyev Nazir 2026-07-06 08:13:34

    Salam.1994_cü ildən ata evinə vərəsə seçilmişəm. Amma evin çıxarişınıi 2024_də adıma çixardırmişam.Evdə kiçik qardaşım 2005 də ailən qurub yaşayırdı. Sonra boşandı. Uşaqları orda qeydiyyatdadı. İndi uşaqların 20_21 yaşları var.evi satmaq , ya övladımın adına keçirmək istəyirəm. O uşaqlar qol çəkib razılıq wermir.məhkəməyə verdim Şəmkir Rayon məhkəməsi guya qardaşımın arvadı(evdə qeydiyyatda deyil) o evə ev mənim yox atamın evi olanda gəlin gəlib deyə belə bir qətnamə çıxardı. Halbuki min 1994_cü ildən evə vərəsə seçilmişəm. Bı isə 2005 də gəlin gəlib, sonra boşanıb. Mən nə edim.ev mənimdi nə orda gedib yaşaya bilirəm.o dəqiqə poliss çağirir, nə də sata bilmirəm. Adı mənimdi

    Aleykum salam. Notarial qaydada müqavilə bağlandığı üçün tərəflər arasında yaranan məsələ cinayət (polis) deyil, mülki-hüquqi xarakter daşıyır və polis adətən bu tür işlərdə müdaxilə etməyərək tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edir; bu səbəbdən qalan 2000 AZN məbləğində borcu geri almaq üçün notariat müqaviləsini, pulun natamam ödənilməsini sübut edən sənəd və ya yazışmaları/şahidləri əsas gətirərək iddia ərizəsi ilə **mülki məhkəməyə** müraciət etməlisiniz (nəzərə alın ki, mülki iddialar üçün ümumi iddia müddəti 3 ildir və 2 il keçdiyi üçün hələ də məhkəməyə müraciət etmək hüququnuz qalır). Vəkil Qulam İsmayılzadə
  • Mahammad Israfilzada 2026-06-03 13:14:15

    Salam Ferdi yasayis sahesinde menzil menim adimadir. Lakin qeydiyyatda bibim oglu ve ailesidir ve 20 ildir yasayir orda. Menzili satmaq isteyiremse, prosedur nece olmalidir ve onlarin icazesi olmadan qeydiyyatdan cixara bilerem?

    Əgər mənzil sizin mülkiyyətinizdədirsə, onu sata bilərsiniz. Onlar könüllü qeydiyyatdan çıxmırlarsa, qeydiyyatdan çıxarılmaları və yaşayış hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etməyiniz tələb oluna bilər. Təkcə uzun illər qeydiyyatda olmaları onlara mülkiyyət hüququ vermir. Vəkil Qulam İsmayılzadə
  • Qədirov Fərhad 2026-05-19 10:43:58

    Salam, Qulam bəy . Əlaqə saxlamaq olar ?

    Əlaqə vasitələri saytda qeyd olunub Vəkil Qulam İsmayılzadə
  • Aytən Məmmədova 2026-05-11 19:24:45

    Salam ?mənim şəxsi evim var və ora uzağ qohumu qeydiyyata salmış pensiya alması üçün ,onun qeydiyyata düşməyə yeri yoxdur mən onu müvəqqəti qeydiyyat kimi edə bilərəm? və yaxud qeydiyyata neçə cıxardım? .

    Bəli, şəxsi evinizə şəxsi müvəqqəti qeydiyyata sala bilərsiniz. Qeydiyyat müddətli aparılır və müddət bitdikdə və ya sizin müraciətiniz əsasında qeydiyyatdan çıxarılması mümkündür. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz