“Müharibə veteranı” adını kimlər ala bilər?
Azərbaycan Respublikasında “Veteranlar Haqqında” Qanun müharibə veteranlarının dairəsini müəyyən edir. Həmin qanuna əsasən növbəti şəxslər müharibə veteranı sayılırlar:
Qeyd: Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
“Müharibə veteranı” adını almaq üçün şəxslər aşğıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməlidir:
şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsinin) surəti
ərizə (xidmət etdiyiniz dövr və hərbi hissələr haqqında məlumat göstərilməklə)
hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi xidmət haqqında arayışı
arxiv arayışı (yoxdursa komissiya tərəfindən sorğular edilərək müvafiq arayışlar alınır)
məhkəmə qətnaməsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
amnistiya qərarı (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
əlillik vəsiqəsi (mövcud olduğu halda) notarial qaydada təsdiq olunmuş surəti
yaralanma, xəsarət və travma almış şəxslərin müayinə və müalicə haqqında sənədin surəti (mövcud olduğu halda)
#Müharibə veteran # veten muharibesi istirakcisi medali # veteran # veten muharibesi istirakcisi medali siyahisi # arxa cebhe medali # prezident teqaudu kimlere verilir # qarabag veteranlari haqqinda qanun # esger statusu # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Qasim 2026-08-27 23:15:45
Salam hörmətli vəkil,bir ay olub sənədləri MN müharibə veteranı və vəsiqəsi üçün göndərmişəm,elektron məktubda göndərmişəm cavab gəlib ki baxıldı və icrası barədə məlumat veriləcək,bir dəfədə qaynar xəttə zəng elemisem,ordanda size məlumat verilecek,bu proses neqeder çəkir onu bilmək istəyirdim ,çox saq olun
Ramil Vəliyev 2026-07-12 08:34:31
Həmin aprel döyüşü ilə bağlı hərbi biletimdə möhürdə var Fəxri fərmanla da təltif olunmuşam
Ramil Vəliyev 2026-07-12 08:32:28
Salam mən aprel döyüşlərində iştirak etmişəm amma veteran statusu ala bilmirəm
Rüfət Qarayev 2026-05-28 13:21:43
Salam , men 2023 cu il sentyabr ayininin 19 u , 20 -si antiterror emeliyyatlarinda iştirak etmişəm , herbi biletimə qeyd olunub , ancax veteranligim yoxdur , veteranlix verilecey bize ?
Emin Paşayev 2026-04-25 22:19:14
Salam. Mənə 22.04.1994- 18.10.1997 tarixlərində Naxçıvan MR, 705 saylı h/h Döyüşən ordunun tərkibində həqiqi xidmətim olmuşdur. Xidmətim dövrü 12 may atəşkəs dövrünə kimi 20 günlük xodmətimə görə mənə Dövlət tərəfindən müharibə veteranı adı verilərək vəsiqə ilə təmin olunmuşam. Prezidentin 80 manat təqaüdünü 2022 ci illərin sonuna kimi alırdım. Mənə heç bir rəsmi bildiriş və məlumat verilmədən təqaüd dayandırılmışdır. Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə dəfələrcə rəsmi müraciət etsəmdə nəticəsiz qalmışdır. Şifahi olaraq isə sən döyüşlərdə düşmənlə üzbə üz döyüşlərdə olmamısan cavabları verilib. Xahiş edirəm mənə hüquqi köməklik edəsiniz. öncədən təşəkkürlər!
Vüqar 2026-04-17 17:19:51
Salam. Sülhməramlı qüvvələr kimi döyüş gedən dugər ölkədə xidmət edənlər müharibə veteranı sayılır, DSMF saytında Müharibə veteranlarına döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçular aid edilir.
Emin isgenderli 2026-04-04 13:09:41
Salam, mən 19 - 20 sentyabr 2023 cü ildə Xocalı rayon surxavənd ərazisində lokal xarakterli antiterror əməliyyatlarında bilavasitə iştirak etmişəm iştirakla bağlı hərbi biletimdə tarix konkret istiqamət və möhür var əməliyat zamanı filan saylı hərbi hissə 27 şəhid (böyük rütbəli şəxslər) və 91 yaralı olmuşdur. Mənə şamil oluna bilərmi vetranlıq vəsiqəsi və hara müraciət etməliyəm xaiş edirem bilgi verəsiniz sağolun
Zaur əzizov 2026-02-16 22:06:38
Salam men 2016 ci ilde ermenistanin novbeti texribatinin qarşisinin alinmasinin emeliyatlarinda yeni 2016 aprel DOYUŞLERİNDE iştirak ETMİŞEM hemin vaxt gizir qismində xidmet edirdim indiyse men muharibe iştirakcisi adini almaga istiyirem cox xayiş edirem mene bir cavab yazin bilim men ala bilerem ya yox onuda qeyd edimki emirden cixarişim var heqiqetende iştirak etmmeyim barede qeydler var
Rasim 2026-02-06 19:47:38
1994cu ilde doyusmusem,hec bir senedim yoxdu,arxivdende tapilmadi,doyus yoldaslarim var her ikisi qarabag elilidir,onlar sahis kimi ifade vermeleri mene veteran statusu almaga komey eder,saq olun
Əliyeva Səadət Əvəz 2026-01-31 21:35:41
Salam men 2020 ci il Vətən muharibesinde doymuş emrinde olmusam ama helede vetranliqi ala bilmirik.hal hazırda 11 il xidmet edirem.
Şərh yaz