Hüquqi yardım

Peşəkar vəkil
26 Okt

Peşəkar vəkil

Peşəkar vəkilə məxsus xüsusiyyətlər. Vəkil axtaranda nəyə diqqət yetirilməlidir?

Cəmiyyətdə tutduğu mövqeyindən, vəzifəsindən və digər kriteriyalardan asılı olmayaraq hər kəs müasir dövrdə üzləşdiyi müxtəlif problemlərdən dolayı peşəkar hüquqi yardıma ehtiyac duyur. Məhz, bu problemləri həll etmək üçün insanların müraciət etdiyi şəxslər hüquqşünaslar, əksər hallarda vəkillər olur. 

Bəzi hallarda, hüquq müdafiəçisi icraatında olan onlarla (bəzən daha çox) işləri həll etmək üçün nəinki bir gününü, heç bir neçə saatını belə ayıra bilmir (və ya ehtiyac duymur). Bu vəziyyətdən əziyyət çəkən əlbəttə ki, yenə də vətəndaş olur. Öz həyati əhəmiyyətli hüquqi problemini həll etmək üçün vəkil dəstəyinə ehtiyac duyan vətəndaş bu durumda “ağı qaradan” necə seçməlidir?! 

Vətəndaş – vəkil münasibətində sağlam zəminin formalaşması üçün peşəkar vəkil imicinin formalaşması mütləqdir.

Peşəkar vəkil qarşılaşdığı problemlərin öhdəsindən gəlmək üçün analitik düşüncəyə malik olmaqla, problemi və onun qaynaqlandığı mənbəni təyin etdikdən sonra həll yollarını müəyyənləşdirməli və buna adekvat tədbirlər görməlidir.

Vəkillik böyük səbr, əzm və inandırma tələb edir. Pəşəkar vəkilin ona hüquqi yardım almaq üçün müraciət etmiş şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Ona müraciət edən şəxsə “narahat olmayın, bu işi 100% sizin xeyrinizə həll edəcəyik” kimi vədlər vermək əvəzinə, peşəkar vəkil gördüyü iş etibarilə həmin məsələnin həlli üçün kifayət qədər araşdırma aparmalı və yüksək peşəkarlıqla şəxsi müdafiə etdiyinə onu inandırmağı bacarmalıdır. Peşəkar vəkil imicinin formalaşması insanları inandırmaq bacarığı ilə vəhdət təşkil edir.

Həqiqət odur ki, peşəkar vəkil ünsiyyətin dinamik, çoxistiqamətli məlumat və ideyalar axını olduğunu anlamalıdır. Peşəkar hüquq müdafiəçisi öz probleminin həlli üçün ona müraciət edən şəxslərin dedikləri ilə maraqlandığını nümayiş etdirməli və onların məqsədlərini dərk etməlidir.

Peşəkar vəkil imicinin formalaşmasında, vəkillərin nüfuzunun artırılması və ona olan etimadın yüksəldilməsində “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin müstəsna rolu vardır. Vəkillərin müstəqilliyinin təminatı qismində çıxış edən bu davranış kodeksi peşəkar vəkilin öz peşə fəaliyyətində rəhbər tutmalı olduğu əsas qaydaları müəyyən etməklə vəkilin öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırma kimi ali məqsədi ifadə etmişdir.

Vəkil öz peşə fəaliyyətini həyata keçirən zaman maraqların toqquşmasına yol verməməli, ona müraciət edən şəxslərə münasibətdə dürüstlük və ləyaqət nümayiş etdirməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Peşəkar vəkilin ən ümdə keyfiyyətlərindən biri də hüquqi yardımla bağlı ona müraciət edən şəxslərə dair məlumatların konfidensiallığını qorumaqdır. Həmçinin, vəkil digər şəxslərlə münasibətdə etik davranış qaydalarına əməl etməli, peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır.

Peşəkar vəkil fəaliyyəti təkcə vəkilə hüquqi yardım üçün müraciət edən müştəri ilə deyil, həmçinin vəkilin öz həmkarlarına münasibətdə hörmətlə davranmağı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməyi şərtləndirir.

Məşhur bir aforizmdə deyildi kimi “yaxşı vəkil hüququn, mükəmməl vəkil isə ədalətin carçısıdır”. Buna görə də hər bir şəxs öz hüquqlarının müdafiəsini peşəkar vəkilə həvalə etdiyi təqdirdə ədalətin bərqərar olmasına və uğurlu nəticəyə nail ola bilər.

#vəkil # vekil # vəkillər kollegiyası # huquqi yardim # vəkillər kollegiyası rəsmi saytı # vəkillərin siyahısı

Şərhlər

  • Ramin 2026-06-20 11:26:42

    Salam. Valideyn öz övladına notarial qaydada əmlak bağışlasa, gələcəkdə mirasdan məcburi pay almaq hüququ olan vərəsələr bu bağışlanan əmlak üzrə iddia qaldıra bilərlər? Burada bağışlanma müqaviləsinin müddətindən hansı müddət keçərndən sonra bağışlayan valideyn vəfat etsə iddia qaldırmaq mümkün olmur?

    Aleykum salam. Valideyn əmlakını övladına notarial qaydada bağışladıqda həmin əmlak onun mülkiyyətindən çıxır və vəfat etdikdə miras kütləsinə daxil olmur; lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, məcburi payın hesablanması zamanı mirasqoyanın vəfatından əvvəlki **son 2 il ərzində** etdiyi bağışlamalar nəzərə alına və həmin əmlakın dəyəri məcburi paya əlavə edilə bilər. Bağışlanma müqaviləsinin bağlanmasından **2 ildən artıq müddət keçdikdən sonra** valideyn vəfat edərsə, məcburi pay almaq hüququ olan digər vərəsələr həmin bağışlanmış əmlak üzrə iddia qaldıra və ya onun miras kütləsinə daxil edilməsini tələb edə bilməzlər. Vəkil Qulam İsmayılzadə
  • Agabalayev Eli 2026-06-12 12:14:03

    Cox saqolun cavablandirdiqniza gore

  • Ali Agabalayev 2026-06-11 19:21:37

    Salam bu gun dukanda aliw veriw zamani yuksekden daniwirdim iki muklu geyimde nefer yaxinlawib cole cixmaqmi istediler ozlerni sahe reisi kimi teqdim etdiler ve mene bogtanatmaqa bawladilar zeng etmeye imkan vermirdiler adlarnida demediler ve mene sonda ehmedli erazisinde gorunmeye qadaga etdiler bu dogrudur?

    Özlərini sahə rəisi və ya polis əməkdaşı kimi təqdim edən şəxslər vəzifə vəsiqəsini göstərmədən, adlarını bildirmədən və qanuni əsas olmadan məhdudiyyət qoya və ya hər hansı ərazidə görünməyinizi qadağan edə bilməzlər. Daxili İşlər Nazirliyinə və ya prokurorluğa şikayət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Rasim Nesirov 2026-06-07 12:14:40

    Salam. Vekil qardaş kömeyine ehtiyacım var. Demek bir adam çıxıb ortaya bildirirki ev sahibiyem elimde order bele iddiaçının adı yox başqasının adı var ve bu order telefonla çekilib. Qelemle yazılma şüpheside var. Order bir çox qüsurlar uyğunsuzlaqlar ola biler. Kömeklik göstere bilersen? Ve ayrıca orderin kopyası ve özü şekilde bu adamdadı bunun bir hissesi jekde olmalıydı eyer ev sahibidirse yani bu order kesilmiş formada olmalıydı. Birde bu adam orderi telefondakı çekilmiş formada mehkemeye teqdim edib ne etmek olar bunun baresinde?

    Əgər məhkəməyə orderin yalnız telefonla çəkilmiş şəkli təqdim olunarsa, siz sənədin əslinin təqdim edilməsini, təqdim olunan surətin sübut kimi qəbul edilməməsini və zərurət olduqda məhkəmə-texniki ekspertiza təyin edilməsini tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Şəhla Abbasova 2026-05-03 14:45:37

    Salam. Sənaye təyinatlı torpaqda ev tikmisəm. İndi ora işıq çəkdirə bilmirəm. Səbəb sənəddə sənaye yazilmasi. Deyillər get çıxarış al və orda yazılsın fərdi yaşayış. Bunu da torpaq vermir, deyillər, ela fərman yoxdu. Mən indi evə necə işıq cəkdirim ki, ora köçüm?

    Sənaye təyinatlı torpaqda tikilmiş fərdi yaşayış evi qanunvericiliyə uyğun istifadə hesab olunmadığı üçün elektrik enerjisi üçün abonent kimi qoşulma adətən rəsmiləşdirilmir. Ya torpağın təyinatının rəsmi qaydada yaşayış təyinatına dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etməlisiniz, ya da mövcud tikilinin təyinatına uyğun (sənaye və ya obyekt) sənədləşdirilməsiniz Vəkil Qulam İsmayılzadə
  • Səmədov Səməd 2026-04-23 17:59:30

    Salam hörmətli vəkil mən Özbəkistan respublikasda hərbici olmuşam və orda pensiyaya cxmşam və 3 il orda pensya almşam və sonra Azərbaycana köcb gəlmişəm və pensiyanı bura perovod etmişəm mən həmin pensiyanı burda ala bilərəmi?-?

    Əgər Özbəkistanda təyin olunmuş pensiya dövlətlərarası razılaşma və ya bank köçürməsi ilə Azərbaycana transfer edilibsə, siz həmin pensiyanı Azərbaycanda ya bank hesabı, ya da poçt/bank vasitəsilə qəbul edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Qasim 2026-04-20 18:18:41

    Salam hörmətli vəkil,müdafiyə nazirliyiinin arxiv idarəsindən arayış almışam,1994cu ilde müharibədə iştirakım barədə,arayışda ata adım səhv yazılıb,son iki herf başqa hərflə yazılıb,yeniden müraciət etmişəm müdafiyə nazirliyinin arxiv idarəsinə,bizde necə yazılıbsa elde yazmışıq dəyişə bilmərik dediler,bunu necə düzeltmek olar,hara müraciət edim,teşekkür edirəm,

    Siz məhkəmə qaydasında faktın müəyyən edilməsi üçün iddia qaldıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Ruslan Ehmedov 2026-04-17 22:12:04

    Salam Vəkil.Ata,ana ve uşaqlar xaricdə yaşayırlar amma Azerbaycan vetendasidilar.Qadin öz anasına etibarnamə göndərib boşansa uşaqlar məhkəmədə dindirilmeden( atada və yaxudda anada qalmasına göre) aliment kəsilə bilərmi ? Onuda qeyd edim ki uşaqların 13-14 yaşları var.

    Bəli, xaricdə yaşamağınıza baxmayaraq, boşanma və aliment məsələləri Azərbaycan məhkəməsində həll oluna bilər. Əgər uşaqların kiminlə qalacağı barədə tərəflər arasında mübahisə yoxdursa, məhkəmə uşaqları dindirmədən qərar verə bilər. Vəkil Qulam İsmayılzadə
  • Samir 2026-04-14 15:01:35

    Salam Hörmətli vəkil. Mən iki ildir boşanmışam. Boşanma şəhadətnaməsini də almışam. Boşanmadan sonra əmlak əldə etmişəm. Keçmiş həyat yoldaşım özü və yaxud vəkil vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verməklə boşanmadan sonra əldə etdiyim əmlak barəsində məlumat ala bilər?

    Xeyr, boşanmadan sonra əldə etdiyiniz əmlak sizin şəxsi mülkiyyətinizdir və keçmiş həyat yoldaşı və ya onun vəkili əsas olmadan Əmlak Məsələləri Dövlət Xidmətindən bu barədə məlumat ala bilməz. Belə məlumatlar yalnız qanuni maraq və məhkəmə sorğusu əsasında təqdim olunur. Vəkil Qulam İsmayılzadə
  • Akif 2026-04-13 09:49:12

    Eger evin kupçasi torpaq ev mənim adima oldugu halda bacim oglu gələcəkdə mənim həyətimden ozüne pay teleb ede biler yeri gelmisken bacim bosanib onuncun heyetimde ev tikmisem yasamaga yer vermisem o evi ozunkulesdire biler? Qaz və işig sayagacimiz eynidir

    Xeyr, ev və torpaq sizin adınıza rəsmiləşdirilibsə, bacınızın oğlu həmin əmlakdan pay tələb edə bilməz. Həmçinin həyətinizdə yaşamaq üçün tikilən evi sizin razılığınız olmadan öz adına keçirə bilməz. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz