Şərəf və ləyaqəti alçaldılan şəxs hansı hüquqi addımları atmalıdır?
Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyimizdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur. Son illərdə dünyada, eləcə də Azərbaycanda ictimaiyyətin internetdən istifadəsi geniş vüsət alıb.
Bu gün internet mediası yazılı mətbuata nisbətən daha geniş yayılıb. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə yaymağa üstünlük verir. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi isə yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq qanunazidd addım atmaqdan çəkinməli, təhqirə yol verməməlidir. Təhqir sözü heysiyyətini alçaltma, mənliyinə toxunma, şərəfsiz etmə, həqarət, alçalma, alçaltma mənalarını daşıyır”.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21.02.2014-cü il 3 saylı qərarına görə, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Qeyd edilən qərarda şərəf, ləyaqət və nüfuz sözlərinə hüquqi anlayışlar da verilib. Belə ki, həmin qərara görə, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün-özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanunumuz olan – Konstitusiya ilə qorunmaqdadır.
Qanunvericilikdə şəxsin istər öz ad, soyadı, profili ilə, istərsə də, saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək təhqir etməsinə görə məsuliyyət nəzərdə tutulub.
Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
148.1-ci maddənin qeyd hissəsinə görə, “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Təhqirlə bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət nəzərdə tutulur.
Hər bir insan şərəf və ləyaqətinin alçaldılması halı ilə rastlaşdığı zaman məhkəməyə ərizə ilə müraciət edə bilər.
#şərəf və ləyaqətin alçaldılması # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Umid 2026-08-18 01:06:00
Salam Menim heyAt yoldasim mene xeyanet edibse ve xeyanet etdiyi insanlar bunu qebul edib dilinden izahat yazasa ki heqiqetde erine xeyanet edib bu halda men mekemeye muraciyet ederemse bu seref ve layeqet alcaldiçasi kimi 1 ve cox insani hansi ceza gozleyir
Solmaz 2026-06-05 19:39:34
Salam, keçmiş yoldaşim mehkeme zalında ev bölgü isinde kütləvi halinda şər atıb ki mən xəyanət etmişəm öz evimizə kişi gətirmişəm ve əxlaqsız qadınam. Ve tehtit edir məni bununla evin yarisin istəməyin deye. hansı cinayət düşür ona? Mehkeme ye verib əvəzinə təzminat istəyə bilərəm ?
Ruslan Məhərrəmov 2026-05-21 21:23:19
Salam cavabdeh tərəf məhkəmədə ölmüş adamın adından söyüş və təhqirlər işlədirsə və bunu şifahi və yazılı formada edirsə bu halda nəsə etmək olar?
Parvana Ibragimova 2026-02-19 11:34:25
Salam əgər rəhbərlik işcilərin şərəf və layəqətini alcaldan sözlərdən daha doğrusu söyüşlərdən istifadə edirsə və bunu psixoloji durumunun yerində olmamasını əsas gətirirsə işçi hara bununla bağlı müraciət edə bilər?
Gülnarə 2026-02-13 11:55:30
Salam. Yoldaşımın tikinti sahəsində elektrik işləyir. İşlədiyi yerdən 8000 manatlıq taxta və dəmir konstruksiyalar oğurlanıb. Bu hadisə fevralın 4-ü baş verib. İş Qusarda olub. Həmin gün qar yağdığıdığından yoldaşım işə getməyib. Yoldaşımdan başqa iki nəfər başqa sahə üzrə də işçi var imiş orada. Onlar tikintiyə gediblər ki, gələcək işləri üçün hazırlıq görsünlər. Sonra da çıxıb gediblər öz rayonlarına. Yoldaşım onlara indikator verib ki, yoxlasınlar kameralara elektrik gedir ya yox. Oğruluq hadisəsi olandan sonra, polislər dindirmə üçün yoldaşımı çağırıblar, o da evdə olduğunu, bütün bildiklərini danışıb. İndi həmin iki ustanın boynunda qalıb oğruluq hadisəsi. Bilmirik doğrudur ya yox, çünki əvvəlcədən deyirdilər xəbərimiz yoxdu, indi isə deyirlər biz eləmişik, 200 manat da yoldaşıma pul veriblər. Yoldaşım da icazə verib ki, gedin götürün , satın. Əvvəldən yoldaşıma atdıqları səs yazısında onlar günahları olmadıqlarını, polislərin onlara iş icraçısının üstünə şər atsınlar deyə müraciət etdiklərini deyirlər. Səs yazıları durur. İş icraçısı indi mənim yoldaşımı günahlandırır ki, sən bunlardan pul almısan , hər şeydən xəbərin var. Əgər bu pulu almış olsaydı bizim kartlarımızda bu özünü göstərərdi axı. Yoldaşım rayonda, mən Bakıda. İndi biz neyləməliyik?
Ədilov Taleh 2026-02-07 09:12:50
Əgər iş yerində müdür işcilər arasında işcinin birini işcilər arasında şərəf və ləyaqətini alcaldırsa başqa işcilərə mütamadi icazə verirsə səni digər işcilərdən secirsə hara müacirət etməliyik ?
zemine ağazade 2026-01-31 12:56:21
salam, işlediyim şirketden öz isteyimle ayrildiqdan sonra şirket sahibi statuslarda her gun meni nöqsanlarima göre isden azad etdiyini musteriler mrnle bagli xoşagelmez sözler deyir bunla bagli nece bir tedbir gprmek olar
Selale Rzayeva 2026-01-12 23:19:55
Salam. 1 adam var menim ve qizlarimin seklini sosial sebekede paylasir. Seklin ustune nalayiq sözler yazir. Hara yaziriq hec kim bu ise baxmir. Bize ne meslehet göre bilersiz??
Hesen tagiyev 2025-12-27 21:11:33
Salam biri menim sekilimi paylasib usdune soyus yazib bunan bagli men ne ede bilerem
Elihesenova sevda 2025-12-21 21:31:43
Ve men gedib gorende meni deputat qiziyam deyyib hede qorxu gelir menim seref ve leyaqetimi ustalarin yaninda alcaldir men hara muraciyet ede bilerem
Şərh yaz