Hüquqi yardım

Təhqir qanunla nə zaman cinayət sayılır?
03 İyl

Təhqir qanunla nə zaman cinayət sayılır?

Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Təhqir nə zaman cinayət məsuliyyəti yaradır? Bunun üçün ilk öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə nəzər yetirək. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən:

Təhqir - kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərdə xarakterizə olunur. 

Şərəf və ləyaqəti alçatma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər. 

Yazılı, şifahi və ya bədən hərəkətləri ilə:

Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. 

Ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə, məsələn ərizə, şikayət və yaxud təklifdə və s. istifadə oluna bilər. 

Hərəkətlərlə şərəf və ləyaqəti alçaltmaq üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə edilir.

Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər. Mühüm olan odur ki, şərəf və  ləyaqəti kütləvi çıxışda, kütləvi nümayiş etdirmə və kütləvi informasiya vasitəsilə, internet və sosial şəbəkə vasitəsi ilə alçaldılmış olsun. 

Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.

Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

Bura Facebook, İnstagram, TikToK, Youtube platformasını da əlavə edə bilərik.

Təhqirə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. 

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən isə təhqirə görə aşağıdakı cəza nəzərdə tululur:

1000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə.

 

#Təhqir # böhtən # şərəf və ləyaqət # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Xanim Ismayilova 2026-07-26 23:42:30

    Salam. Bir nefer meni tik tokda sexside soyduyume gore polise verib. Menim cezam nedir? Ve ya cerimem?

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqirə görə cinayət məsuliyyəti yalnız bu əməl kütləvi şəkildə (açıq paylaşımlarda, rəylərdə və ya mediada) törədildikdə yaranır. Təhqir yalnız şəxsi mesajlaşmada (direktdə) baş veribsə, kütləvi sayılmadığı üçün cinayət tərkibi yaratmır və polis tərəfindən cinayət işi başlanmır. Lakin qarşı tərəf şərəf və ləyaqətin müdafiəsi məqsədilə məhkəməyə mülki iddia qaldıraraq mənəvi zərər əvəzi tələb edə bilər. Mesajlarınızda cinayət tərkibli başqa əməl (məsələn, hədə-qorxu) yoxdursa, bu hal üçün cinayət cəzası və ya polis tərəfindən tətbiq edilən inzibati cərimə nəzərdə tutulmur. Vəkil Qulam İsmayılzadə
  • Fatimə 2026-07-08 00:44:06

    Salam,bir problem var,deməli mən ailəliyəm.Yoldaşımın anası,atasıyla mübahisəmiz oldu.Deyirlər ki,biz qoymuyacıq siz ailə olasız,sizi nə yolla olur olsun ayıracıq.Bir az pis çıxmasın,oğluna caduda yedirtmişdi.Biz yoldaşımla ağdama köçmək istəyirdik,bunu bildilər.Dava çıxardılar ki,biz qoymuruq falan.Yenə dava dalaş elədilər.Anama zəng etdi qaynatam dedi ki,sənin qızın tərbiyyəsizdir,mənim oğlumdan uzaq durun,durmasaz başınıza oyun açacıq.Qısası canımızı boğazımıza yığıblar,imkan vermirlər ki,biz rahat yaşayaq.Bizi təhdid edirlər.

    Aleykum salam. Yetkinlik yaşına çatmış şəxslər öz iradələri ilə yaşayış yerini seçməkdə və ailə həyatını idarə etməkdə azaddırlar, bu səbəbdən valideynlərin ailənizi zorla ayırmaq hüququ yoxdur; qaynatanızın ananıza zəng edərək təhqir etməsi, sizi hədələməsi və psixoloji təzyiq göstərməsi İnzibati Xətalar Kodeksinin 148-ci (Təhqir) maddəsi üzrə məsuliyyət yaradır. Bu halda təhdid və təhqir mesajlarını, zəng yazılarını sübut kimi toplayaraq Daxili İşlər Nazirliyinin **102** Xidmətinə və ya ərazi polis idarəsinə şikayət edə bilərsiniz; polis tərəfindən həmin şəxslərə xəbərdarlıq edildikdən və ya inzibati tədbir görüldükdən sonra müdaxilələrin qarşısı alınacaqdır. Vəkil Qulam İsmayılzadə
  • R.Hsn 2026-06-29 13:57:25

    Salam, hır vaxtınız xeyir, özəl xəstəxanaların birində, sığorta şöbəsində çalışan bir xanım işçi, salam almadan, verdiyimiz suala cəvab vermədən gəribə şəkildə, üzümüzə baxıb cevirərək bir davranış göstərdi. Məndə təsdiq prosesini gözləyirəm xanım gözləyin dedi, prosesi tezleşdirmək üçün sığortaya zəng etdim və onları dedi sığorta əməkdaşına verin danışaq xanıma yaxınlaşdım, telefonda sizi gözləyirlər, fikir vermədi elində iş vardı, məndə xanım cavab vermir dedim, sonra xanım bele davam edir diyə xanım siz mədəniyyəsiz siniz dedim. Buna görə xanım məhkəməyə vera bilər yada polisə ? necə etməliyəm ?

    Aleykum salam. Bir şəxsə "mədəniyyətsizsiniz" demək onun nəinki cinayət məsuliyyətinə cəlb edilməsinə, hətta İnzibati Xətalar Kodeksinin 148-ci (Təhqir) maddəsi üzrə məsuliyyətə gətirilməsinə əsas vermir, çünki təhqir dedikdə şəxsin şərəf və ləyaqətinin söyüş, təhqiramiz söyüş ifadələri və ya ədəbsiz şəkildə alçaldılması nəzərdə tutulur. Bu səbəbdən xanımın sizi polisə və ya məhkəməyə vermək üçün ciddi hüquqi əsası yoxdur; onun uyğunsuz davranışından şikayətçi olmaq üçün isə xəstəxana rəhbərliyinə və ya tibb müəssisəsinin qaynar xəttinə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • ESMİRA MƏMMƏDLİ 2026-06-10 11:52:47

    Salam. Haqqında şikayət etdiyim şəxs ziddiyyət yaratmaq məqsədilə haqqımda şantaj edici, ləyaqətimə toxunacaq və əsası olmayan fikirlər yazaraq işlədiyim yerə, tabe olduğum nazirliyə və bir sira dövlət orqanlarına məktub yazıb. Onu çijayət edə bilərəmmi?

    Bəli, məhkəməyə müraciət edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Əliyeva olesya 2026-05-17 12:10:49

    Salam. Əgər mənə şər atırlar və pis sözlər yazırlar votsapta. Men bloka atiram qızıma yazır qohum tereften . Men əgər şikayət etsəm qarşı tərəf sübut edə bilməsə nece cəzalandıracaglar?

    Bəli. Polisə şikayət edin Vəkil Qulam İsmayılzadə
  • Elnur mustafayev 2026-05-14 15:34:05

    Polisə yenidən müraciyət etsəm onu həbs edələr?

    Təkrar təhqir halında polis həmin şəxsi inzibati məsuliyyətə cəlb edə bilər Vəkil Qulam İsmayılzadə
  • Elnur mustafayev 2026-05-14 12:06:29

    Salam iş yerimdə məni təhqir bir nəfər təhqir edırdı polisə şikayət etdim barəsində tədbir görüldü dilindəndə izzahat yazdırdılarkı bu şəxsi birdə təhqir etmiyəsən amma buna baxmayaraq yenidən məni təhqir edır

    Yenidən Polisə müraciət edin. Təkrar təhqir artıq inzibati xəbərdarlığın pozulmasıdır və yenidən məsuliyyət yaradır Vəkil Qulam İsmayılzadə
  • Aybeniz Abbasova 2026-05-09 17:25:23

    Salam munasibetde olub munasibetimi bitirdiyim insan icazesiz refiqemin bacimin nomresini goturerek nece mene elede onlara meni tehqir edib bu cinatet dasiyir mi?

    Vəziyyətdən asılı olaraq inzibati məsuliyyət yarada bilər Vəkil Qulam İsmayılzadə
  • Baki 2026-04-13 04:11:51

    Salam işde menim dalimca tehqirler eşitdim o günü işden çixdim. Tiktokda statusda ses yazmamla qarğiş etdim paylaşdim işdediyim salondaki adami tehqir etdim ses yazmamlaaa. İndi müdür deyir seni polise verecem dağidacam seni. Vee min qatina ses yazmağiylaaa mene tehqir böhtan söyüşler gönderib. Mene ve salon müdürüne cinayet düşür ya yoxx??

    İnzibati cəza düşə bilər. Vəkil Qulam İsmayılzadə
  • Əhməd 2026-04-09 15:30:46

    Salam. ŞAGİR dərsədən qaçır .Müəllim ona deirki əgər sabah valideyinlə gəlməsən dərsə məktəbə bir də gəlmə.Bu necə müzakirə oluna bilər mə Cəzası var?

    Şərh yaz