Azərbaycan Respublikasında torpaq təyinatının dəyişdirilməsi qaydaları və torpaqların kateqoriyalar üzrə bölünməsi. Yeni qaydalara əsasən, torpaq kateqoriyasının dəyişdirilməsi prosesi və hüquqi prosedurlar barədə məlumatlar
Azərbaycan respublikasinin torpaq məcəlləsinin 9.2-ci maddəsində əsasən məqsədli təyinatina və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasinin torpaqlari aşağidaki (7) kateqoriyalara bölünür:
Azərbaycan Respublikasının Prezidentinin 24.08.2024-cü il tarixli Fərmanı ilə təsdiqlənmiş Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar ilə torpaq sahəsinin təyinatının dəyişdirilməsi məsələsi daha da təkminləşdirilmişdir.
Belə ki, əvvəl mövcud olmuş qaydalara əsasən torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli (rayon) icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalı idi. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilr və torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilərdi.
Fərmandan irəli gələn yeni qaydalara əsasən də, torpaq sahəsinin bir kateqoriyadan digərinə keçirilməsi barədə yekun qərarı Nazirlər Kabineti versə də əvvəlki qaydalardan fərqli olraraq yerli icra hakimiyyyəti orqanları sənədləri yoxlama və ya Nazirlər Kabineti qarşısında torpaq sahəsinin təyyinatının dəyişdirilməsi barədə vəsatət qaldırmaq hüququ itmişdirlər.
Bildiyimiz kimi, Azərbaycan Respublikasında, xüsusən də Bakı şəhərində (Yeni Suraxanı, Məhəmmədi, Ramanı və s.) kənd təsərrüfat kateqoriyalı torpaq sahələrində yaşayış massivləri inşa edilmişdir. Həmin yaşayış massivində bəzən minlərlə fərdi yaşayış evləri inşa edilsə də, sözügedən mülklərin sahibləri inşa etdikləri fərdi yaşayış evlərini özəlləşdirə bilmirlər və bu da bir neçə hüquqi problemlərə gətirib çıxarır. Misal üçün şəxs faktiki yaşadığı ünvana qeydiyyata düşə bilmir, vərəsəlik qaydasında inşa etdiyi evi öz varislərinə vəsiyyət edə bilmir, birgə nikah dövrü ərzində inşa edilmiş evə dair ər və arvadın hüquq yaranmır və s.
Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında yeni qaydalarda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi məhz yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi və ya onların inzibati ərazisinin dəyişdirilməsi, mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədilə ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) və onlarda dəyişiklik olunmasının təsdiq edilməsi, həmçinin yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi zərurəti qeyd edilmişdir.
Sözügedən qaydaların 3.1-ci maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı həmin torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilməsi nəzərdə tutulan kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), keçirilmənin əsaslandırılması, torpaq sahəsinin ölçüsü, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsi olduqda həmçinin suvarılan və ya dəmyə olması barədə məlumatlar, habelə kateqoriyaya aid edilən, digər kateqoriyaya keçirilən və məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin planlaşdırılan istifadə istiqamətləri aydın göstərilməklə torpaq sahəsinin mülkiyyətçiləri bə uzunmüddətli icarəçiləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidirlər.
Beləliklə xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə torpaq mülkiyyətçiləri, torpaqlar uzunmüddətli istifadədə olduğu hallarda (99 ilik icarə və s.), mülkiyyətçinin (çox vaxt icra hakimiyyətiinin) yazılı razılığı ilə icarəçi və ya istifadəçi olan fiziki şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək onlara məxsus torpaq sahələrinin kateqariyasını dəyişdirilməsini tələb edə bilərlər.
torpaq sahəsinin ölçüsündən asılı olaraq, müvafiq miqyasda tərtib olunmuş situasiya planı (sərhədlərinin döngə nöqtələri və onların koordinatları əks olunmaqla) və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihəçi tərəfindən tərtib olunmuş layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi);
xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə mülkiyyətçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti (müraciət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti), mülkiyyətçi hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;
torpaqların bir kateqoriyadan digərinə keçirilməsi məcburi hüquqi qüvvəyə malik ərazi planlaşdırılması sənədlərinin (ümumi, baş və müfəssəl planların) dəyişdirilməsi ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin (dövlət orqanlarının, istifadəsində torpaq sahəsi olmaqla, dövlətə məxsus hüquqi şəxslərin) razılığı
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların kateqoriyalara aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi və təyinatının dəyişdirilməsi ilə bağlı edilmiş müraciətə dair sənədlərin və məlumatların tamlığın mülkiyyət, icarə və ya istifadə hüquqları barədə məlumatların, dövlət torpaq kadastrı, daşınmaz əmlakın dövlət reyestri və Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində (bundan sonra – TEKUİS) məlumatlarının düzgünlüyünü yoxlayır.
Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 (on beş) iş günü müddətində mülkiyyət növlərinə uyğun olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən haqqı ödənilməklə torpaq sahəsinin yerquruluşu qaydasında yerdə (naturada) sərhədləri, qonşuluqları, döngə nöqtələrinin koordinatları müəyyən edilir, mərzçəkmə işləri aparılır və torpaq sahəsinin ərazisindən asılı olaraq iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda yerquruluşu planı (xəritəsi) hazırlanır. Yerquruluşu planı (xəritəsi) müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə və aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılır və təsdiq edilir. Yerquluşu planı (xəritəsi) müraciət və ona əlavə edilən sənədlər, habelə təqdim edilmiş rəylərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kateqoriyaya aid ediləcək, habelə kateqoriyası, məqsədli təyinatı dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, razılaşdırılmış yerquruluşu planının (xəritəsinin) bir nüsxəsini, müraciəti və ona əlavə olunan sənədləri, təqdim edilmiş rəyləri, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, əvvəl aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), mülkiyyət növü, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatları 10 (on) iş günü müddətində Nazirlər Kabinetinə təqdim edir.
Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi barədə Nazirlər Kabineti tərəfindən qərar qəbul edildiyi halda, onun surəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqdan sonra dövlət torpaq kadastrında 2 (iki) iş günü müddətində dəyişikliklər edilir və bu barədə müraciət edən şəxsə 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə müraciət edən subyektin ərizəsi əsasında bu dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
Beləliklə göründüyü ki, Azərbaycan Respublikasının Prezidentinin 24.08.2024-cü il tarixli Fərmanı mövcud kateqoriya problemlərini həlli istiqamətində mühum addımdır və 2025-ci ilin yanvar ayından vətəndaşlar və digər şəxslər onlara məxsus torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlərini edə bilərlər.
#Torpaq məcəlləsi # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
ELVİN İSMAYILOV 2026-08-31 15:40:49
Salam 4 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikmişəm təyinatin dəyişdirilməsi üçün neçe dəfə müraciət etdim regional bölədən deyirlər ki rayonlarda təyinat dəyişikliyi hə balamayıb qayda qanun hər kəs və hər yer üçün eyni deyil
Ağayarov Mehman 2026-08-08 12:31:02
SAlamun əleykum mənim goradil kəndində 15 sot təyinatı əkin üçün olan torpaq sahem var həmin torpaq sahəsində 270 kvadrat magaza 140 kvadrat bir ev80 kvadrat bir ev icra başcısının serencamı ile magaza ve evlerim var 17 yeddi ildir yaşayır ve magazanı işledirem yalnız evə və magazaya kupca ala bilmirem torpağın təyinatın necə dəyişə bilərəm onuda bildirim ki ətrafda hər yer yaşayış evləridir
Fuad 2026-07-09 15:38:04
Salam məndə texniki pasport var atamın adna rəhmətə gedib indi cıxarıs almaq ücün müraciət etdim bütün sənədləri yıgdım bir dənə nənəmin ölüm kagızını tapa bilmirəm arxivdə də yoxdu 1941 də rəhmətə gedib qəbir yeridə yoxa cıxıb nə etməliyəm
Ramiz Zeynalov 2026-04-29 14:09:20
Salam Qulam bəy Ələt azad iqtisadi zonasına yaxın yerdə 5 hektar kənd təs. təy. çıxarışlı torpağım var. Onun təyinatını sənaye etmək istəyirəm həmçinin əkinə də yararsızdır. qaydalara edilən son dəyişikliklərlə bunu tezləşdirmək mümkündür yoxsa əvvəlki kimi qəlizdir? Əsas bilmək istədiyim proses nə qədər müddəti əhatə edir?
Şaiq Qasımov 2026-04-24 01:18:37
Salam mənim kənd təssərüfatı təyinatlı torpağım var tövlə tikmək üçün mən necə etməliyəm necə sənədləşdirə bilərəm.Torpağın təyinatını dəyişmək olar yoxsa kənd təssərüfatı torpağında tövlə tikmək olar? Zəhmət olmasa məlumat verərdiz
Tağızade Tağı 2026-04-22 18:59:22
Salam Qulam muellim.Menim Masazır qesebesinde 5 sot yaşayış menteqeler teyinatli torpagim var.Men orda qanuni şekilde kontiner ev qoyub ,8 ya 10 mal üçün de yüngül konstruksiyayla yer duzeltmek istiyirem.Tebii ki kesgi yeri de tikmek istiyirem.Hamisin qanuni olmagin istiyirem.Mumkundurmu?Hec bir daş tikili olmayacaq.
Urfan Xelilov 2026-03-29 18:00:28
Salam Qulam bey yeni qerari esasen texniki passportda torpaq olculeri qeyd olunubsa o toraga kupca almaq olur?torpagin ustunde binalarin komleksi kimi kupcamiz var
İmran Əliyev 2026-03-24 08:35:19
Salam . Çıxarışda qeyri yaşayış obyekti, torpaq sahəsinin mülkiyyət növü "" xüsusi " hüquqi növü mülkiyyət qeyd olunur . Amma kateqoriya yaşayış torpaqları göstərilir . Bu obyekt üzrə hər hansı təmir tikinti işləri aparıla bilərmi ? Kateqoriya qeyri yaşayış üçün dəyişdirilməlidirmi ?. Dəyişdiriləcəksə hər hansı rüsum varmı ?! 0.54 hektar üçün
Fidan Ramazanova 2026-03-07 01:18:30
Salam.Əkin təyinatlı torpağı tikinti təyinatlı etmək mümkündür?Saray qəsəbəsindədir,ətrafda evlərdir.
Xalis Əliyev 2026-02-28 11:23:43
Salam mən 2013 cü ildə əkin yararlı 3 sot torpaq sahəsində ev tikmişəm dörd tərəfdədə evlər var. Mən 2013 cü ildə suyuda işığıda çəkdirdim. Gazı çəkdirməmişdim. İndidə çəkmirlər kupçada alınmalıdır deyirlər. Təyinatıda dəyişmirlərki kupçaya müraciət eliyək. Neynəmək olar.
Şərh yaz