Torpaq sahəsini sənədləşdirilməsi qaydası. Torpaq sahəsinin özəlləşdirilməsinin əsasları hansılardı? Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb edilən sənədlər hansılardı?
İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur.
Sözügedən məqallədə söhbət məhz dövlət və bələdiyyə tərəfindən vətəndaşların və ya hüquqi şəxlərin istifadə və sahibliyinə verilmiş torpaq sahəsinin özəlləşdirilməsindən gedəcəkdir.
“Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 8-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar növbətilərdi:
İcra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən daşınmaz əmlakın satılmasına, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar - misal üçün: İcra Hakimiyyətinin torpaq ayırlması haqqında müvafiq sərəncamı, bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərarı və s.
2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış - qısa olaraq “Bağçılıq kitabçası”.
“Daşınmaz əmlakın Dövlət Reyestri haqqında qanunun” 10-cu maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün növbəti sənədlər tələb edilir:
Torpaq sahəsinin özəlləşdirilməsi üçün tələb olunan bütün sənədlər toplanıldıqdan sonra şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə və yaxud Əmlak Xidmətləri Məkanına müraciət etməlidir.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»-yə (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
Qeydiyyat orqanı imtinaya əsasə olmadığı təqdirdə, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir.
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir.
#Vəkil # vəkil xidmətləri # qanun # torpaq məcəlləsi # kupçanın alınması # çıxarışın alınması
Şərhlər
Nərmin Movsumova 2026-10-22 09:52:31
Salam.2000ci ildə Albalılıq da torpaq alınıb 10 sot.sened abseron r-nu icra sərəncamı olub.lakin hasarlanmada 2 sot əlavə düşüb,çunku bütün məhəllə elə qurulub,bir tərəfdə evlər 12 sot,o biri tərəfdə 15 sot verilib.2022 evin və torpağın çixarisi alinib.indi bu arada qalan 2 sotu necə özəlləşdirmək olar?
Yaqubov Rəşad 2026-10-11 15:15:11
Salam mən bu il SOCAR-ın ərazisində ev götürmüşəm Suraxanıda amma sənədi bələdiyyə verdi mənə BAKİ TORPAG LAHİYYE SMETA BUROSUN sənədini verdi bələdiyyə bir başa kupcaya gedende dedi.men 4il eve öz aramızda ev aldığına razılaşmıram elbeel pul verirəm kartına pulu pulu qurtarandan sonra qardaşını bacısında bu evden ve başkalarından çıxarda bilərəm və kupca ala bilərəmmi?xahiş edirəm ətraflı məni başa salın ev köhnə evdir aldığım adamda 2011belediyye idi mene 2026 verildi BAKİ TORPAG SMETA BUROSUN sənədini həmin sənəddə ad familya ata adı evin ölçüləri her şey yazılıb poçtda 1illik ödəniş eləmişəm adımda çıxır bura
Aynur 2026-10-06 22:06:57
Salam.atam 2002 de bələdiyyə den torpaq alıb adıma .2011 de ailə həyatı qurdum.2012 çi ildə həmin torpağa kadastrı senedi aldı atam.torpaga çıxarışı 2025 de alınıb.bu torpagdan yoldaşıma pay düşürmü?2014 de torpaqla rlaqeli sənədləşməni aparmaq üçün atama etibarnamə vermisdim
Lale 2026-09-28 19:28:17
Eğer xəyanəti olarsa təzminat odenilirmi ve mal varlığı necə bölünür
Lale 2026-09-28 19:26:03
Er həyat yoldaşının icazəsi olmadan bangdan pul götürə bilərmi və boşanma olarsa həmin məbləği kim oduyecey?
Aynur 2026-09-21 09:41:49
Salam texniki pasportda sənədli hissə 0.6 faktiki sahə isə 0.717dir. Qalan hissəni də sənədləşdirmək üçün hara müraciət etməliyöm ? Və təxmini ümüumilikdə bunun üçün nə qədər ödəniş olunmalıdır? Öncədən təkkürlər
Lale 2026-09-14 15:48:34
Salam.evin layihəsində hasar yoxdu qaraj qapısı esas yola açılır.amma evvelden hasar çəkilib.indi həmin hasarı söküb qapı açmaq ya hasarı bütöv sokmey olarmı yaxud icazə alınmalıdır?
İlham Əliyev 2026-09-02 19:12:33
Salam 2005 ci ildə Xəzər rayon Şüvələn bələdiyəsindən 0.12 ha torpaq sahəsi almışam. O dövrdə mənə Bələdiyyənin qərarı, alqı satqı müqaviləsi,torpağın təhvil akt,ödəniş qəbzi və torpağın yerləşmə xəritəsi verilmişdir. Torpaq sahəsi hasara alınmışdır.O vaxtan torpağı özəlləşdirə bilməmişəm.Torpaq sahəsinin səndələrinin təsdiqinə dair asan xidmətddən Azərbaycan Milli Arxivindən rəsmi cavabını almışam ki, həmin mənə verilən sənədlər arxivdə mövcuddur.Bir neçə dəfə tikinti aparmaq üçün müraciət etmişəm ,amma razılıq verməyiblər. 2025-ci ildə qonşuların səhlənkarlığı üzündən torpaq sahəmim hasarının bir tərəfi uçmuşdur. Bu haqqda Xəzər rayon polis idarəsinə şikayyət də vermişəm. Araşdırdılar məsləhət gördülər öz vəsaitim hesabına hasarı bərpa edim. Hasarı bərpa etddim, üç gün sonra Xəzər rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən söküldü.Bu nədə dərəcədə düzgündür. Hörmətli vəkil mən nə etməliyəm? Əvvəlcədən təşəkkürümü bildirirəm.
Lale 2026-08-29 04:11:08
Salam hörmətli vekil.evi müqavilə ile kirayə vermeyin üstünlüyü nədir.ve evde kirayə qalanlar o eve mütləq qeydiyyata düşməlidir mi? Vergini kim ödəməlidir?
Anar Orucov 2026-08-28 15:59:10
Salam hörmətli Qulam müəllim. Mənim 6 sot torpağım var. Torpaq 2004-cü ilin Bələdiyyə qərarlı sənədidi. Çertyoju var. Alqı-satqı aktı 2015-ci ildə verilib, amma Ləğv edilmiş Xəritəçəkmə komitəsinin imzası, möhürü yoxdu. Binəqədi icra hakimiyyətinin möhürü var. Torpağın kökü Milli Arxiv İdarəsində var. Əmlak Məkanına ərizə ilə müraciət elədim. Məktuba cavab kimi ləğv edilmiş Xəritəçəkmə komitəsinin imzası, möhürünün olmadığı bildirildi. Necə sənədləşdirmək olar bu torpağı?
Şərh yaz