Hüquqi yardım

Valideynin razılığı olmadan uşağı xarici ölkəyə necə aparmaq olar?
08 Apr

Valideynin razılığı olmadan uşağı xarici ölkəyə necə aparmaq olar?

Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir.

Valideyin razılığı olmadan uşağın xaricə aparılması.

Ər-arvad arasında nikaha xitam verildikdən sonra yaranan problemlərdən biri də uşağın valideynlərdən birinin razılığı olmadan xaricə aparılması məsələsidir. Belə ki, ər-arvad məhkəmə qaydasında boşandıqdan sonra uşaq tərəflərdən birinin himayəsinə verilir. Həmin valideyn də uşağı xaricə aparmaq istəsə də, buna müvəffəq ola bilmir, çünki uşaq yetkinlik yaşına çatmadığı üçün digər valideynin razılıq ərizəsi tələb olunur.

Qanunvericilikdə uşağın xaricə aparılması qaydası necə müəyyən edilib?

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

Uşağın digər valideyni onun xaricə aparılmasına razılıq vermədikdə bu məsələ necə həll olunur?

Bu halda, həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Bu sahədə formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın normal inkişafının, sağlam böyüməsinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onun atasının razılığı olmadan, anası ilə birlikdə (və ya əksinə) Azərbaycan Respublikasının hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır.

Əksər hallarda, məhkəmələr uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılmasına dair iddiaları təmin edirlər. Bu onunla bağlıdır ki, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Digər tərəfdən, tərəflərin birgə nikahlarından olan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər uşaqla birgə xaricə getmək istəyən valideynin, istərsə də uşağın Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu nöqteyi-nəzərdən uşağın valideynlərindən birinin razılığı olmadan digər valideynlə ölkə hüdudlarından xaricə aparılması məqbul hesab edilir.

Vəkil

Sonda onu qeyd edim ki, uşağın üstün mənafeyinin müdafiəsi və ən yaxşı həyat səviyyəsinin təmin edilməsi üçün boşanma prosesi başa çatdıqdan sonra uşağın digər valideynin razılığı olmadan xaricə aparılması üçün mütləq şəkildə məhkəməyə müraciət edilməlidir və bunun üçün bu cür iddia qaldırmaq istəyən hər bir şəxsə peşəkar hüquqi yardım lazımdır.

Vəkil məhkəmə yolu ilə uşağın digər valideynin razılığı olmadan ölkə hüdudlarından xaricə aparılmasına dair iddia qaldıran zaman tərəfin hüququnun düzgün formada qorunmasına zəmanət verir. Vəkil tərəfindən tərtib edilən iddia ərizəsi işin təməldən düzgün aparılmasına zəmin yaradır. Bu səbəbdən uşağın valideynin razılığı olmadan xaricə aparılması prosesinə başlamazdan əvvəl bununla bağlı vəkil məsləhəti almağınız tövsiyə edilir.

#ölkədən çıxış # razılıq ərizəsi # boşanma prosesi # uşağın nanın yanında qalması

Şərhlər

  • Vüqar İsmayılzadə 2026-04-20 21:56:37

    Salam.Mən ezamiyyətdə olduğum zaman həyat yoldaşım məndən xəbərsiz ölkə xaricinə(turistik vizanan) çıxıb və bunu təkzib edir.Hal hazırda boşanma prosesində(xəyanət) məhkəmədə mən hansı orqanlardan və hansı üsülla onun ölkə xaricinə çıxması barədə məlumatı əldə edə bilərəm?Çox sağolun

    Məhkəməyə vəsatət verərək Dövlət Sərhəd Xidmətindən həyat yoldaşınızın ölkədən giriş-çıxış məlumatlarının sorğu ilə tələb olunmasını xahiş etməlisiniz və ya ən adi yoxlama - pasportuna baxa bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Vəfa 2026-04-20 19:05:53

    Salam.Sonuncu sualıma cavabınız üçün təşəkkür edirəm.Bildiyim qədər Azərbaycan məhkəməsi daimi əsaslarla icazə vermir.Vəkil mənə ərizə yazıb,amma başlıq olaraq"Uşaqların ana ilə daimi əsaslarla xaricə köçüb yaşamalari" yazılıb.Bir neçə vəkildən soruşmuşam,deyirlər ki belə əsasla məhkəmə aça bilmərsiz,icraya goturməzlər.Sizcə iddia ərizəsində "Uşaqlarin ananin təhsil müddətində onunla -2 il müddətinə xaricə köçüb yaşamalari" Yoxsa "Uşaqlarin ana ilə daimi əsaslarla xaricə köçüb yaşamalari" Hansı başliqla iddia ərizəsi yazılsa məhkəmə icraya götürər?

    İkinci daha əsaslı görünür lakin istənilən halda məhkəmə gedişatı zamanı dəqiqləşmə də verə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Vəfa Gasimova 2026-04-11 17:18:03

    Salam.Mən 2 azyaşlı övladım üçün atanın icazəsi olmadan yetkinlik yaşına çatana qədər ölkədən kənara çixarilmasi barədə qətnamə almışam.Amma qətnamədə mötərizə içərisində daimi əsaslar olmadan yazılıb.Xqricdə universitetə daxil olmuşam və uşaqları özümlə aparmaq istəyirəm.Yoldaşimla ayrılmışıq,özu də həbsdədir,icazə vermir.Səfirlik isə deyir ki bu qətnamə ilə uşaqlara milli viza verə bilmərik.Turistik viza ilə də onları orda məktəbə yazdira bilmərəm.Sual: Uşaqların daimi olaraq ana ilə xaricdə daimi yaşaması və ya ananın təhsil müddətində ana ilə yaşaması barədə qətname ala bilərəmmi məhkəmədən?

    Bəli, məhkəməyə müraciət edərək uşaqların sizinlə birlikdə xaricdə müvəqqəti və ya daimi yaşaması barədə ayrıca qətnamə tələb edə bilərsiniz. Məhkəmə uşaqların maraqlarını, sizin təhsil vəziyyətinizi və atanın faktiki imkanlarını nəzərə alaraq belə qərar verə bilər. Vəkil Qulam İsmayılzadə
  • Ədalət 2026-03-20 21:35:25

    Salam mən 10 ildir ayrilmisam bu nigahdan 1 qizim var 3 il alinent verdikden sora kecmiş yoldasim alinentden imtina etdi menden usagin sənətlərini duzeltmek adi ile etibarname aldi usagida goturub turkiye getdi 2025 ci ilde atasina etibarnamə vermeklə tezeden alinent teleb etdi ve aldida men verdiyim etibarnaneni levg etdirdim ve usaqla unsiyet teleb etdim mehkeme unsiyeti temin etdi ve xanima axtaris verildi indi usaqla gelib usag menle gorusmək isdemir bahene ederek unsiyeti levg etdirib indi men hara ve nece kime muraciyet etmeliyem ki o usagi tezeden xarice qacira bilmesin TSK

    Uşağın yenidən xaricə aparılmasının qarşısını almaq üçün məhkəməyə müraciət edərək uşağın ölkədən çıxışına qadağa qoyulması barədə təminat tədbiri tələb etməlisiniz Vəkil Qulam İsmayılzadə
  • Zzz 2026-03-14 13:59:01

    Salam mənim yoldaşımla nigahım yoxdur toy olub ancaq nigah kəsdirməmişik 4 aylıq oğlum var atalıq veribdi mən uşağı atasından xəbərsiz xaricə apara bilərəm pasport alıb?

    Ata uşağa rəsmi atalıq veribsə - Xeyr Vəkil Qulam İsmayılzadə
  • Ayşən 2026-03-09 18:44:03

    Salam. Məhkəmə qərarı ilə xaricə usaq apara bilmək üçün orda yaşamaq üçün nəkimi sənədlər təqdim edilməlidi . Bu proses asan deyil hə?

    Adətən uşağın doğum şəhadətnaməsi, valideynlərin razılığı və yaşayış üçün tələb olunan sənədlərdən ibarət olur. Proses sadə deyil amma çətin də deyil. Vəkil Qulam İsmayılzadə
  • Huseynova Jale 2026-01-25 18:37:35

    Salam.Resmi boşanma yoxdur.Ata xaricde yashayır.Boshanmadan alimwnt alıram.2 övladımla xarice gezmeye getmek ucun atadan icaze almalıyıq?..Xatırladım ata ile hec bir elage yoxdur..sadece ayda bir defe köcurme yolu ile alimwnt ödeyir..

    Bəli Vəkil Qulam İsmayılzadə
  • Xacmaz 2026-01-05 22:37:41

    Salam danşımaq olar

    Olar Vəkil Qulam İsmayılzadə
  • Aygul 2026-01-01 18:29:31

    Salam hormetli Vekil.Men Rusiyada yasayirdim, Azerbaycana gelib aile qurdum.Bir ovladim var.Heyat yoldasimla yola gede bilmirik.Bosanmaq istayirem.Oqlum Bir yasindadir.Yoldasim usaqi Rusiyaya valideynlerimin yanina aparmaq ucun etibarname vermeyeceyini deyir.Azerbaycanda yasamaqa evimiz yoxdur.Valideynlerim Rusiyada ev alib ordada yasayir ve isleyirler.Men mehkeme yolu Ile serhedden ovladimi kecirmek ucun raziliq senedi ala bileremmi? Cunki ata anamnan basqa kimsem yox

    Bəli, atanın razılığı olmadıqda məhkəməyə müraciət edərək uşağın yaşayış yerinin sizinlə müəyyən edilməsi və uşağın ölkədən çıxarılmasına icazə verilməsi barədə qərar almaq mümkündür. Məhkəmə uşağın mənafeyini, yaşını və sizin yaşayış şəraitinizi nəzərə alaraq bu barədə qərar verir və həmin qərar sərhəddən keçid üçün hüquqi əsas sayılır. Vəkil Qulam İsmayılzadə
  • Elnur 2025-12-28 12:03:41

    Salam men yoldaşimnnan ayrıldım Türkiye'de meni deport etdiler usaglarim qaldi orda onları nece getizdire bilerem Azerbaycana ikimizde Azerbaycan vetendaşiyiq

    Səfirliyə müraciət edin Vəkil Qulam İsmayılzadə

    Şərh yaz