Valideynlik hüququndan məhrumetmənin xüsusiyyətləri. Hansı hallarda şəxs qanunla valideynlik hüququndan məhrum edilə bilər? Valideynlik hüququndan məhrum edilmiş şəxsin uşağı başqa şəxs tərəfindən övladlığa götürülə bilərmi?
Təbii ki, valideynlik hüququndan məhrumetmə çox xoşagəlməz haldır. Nəticədə ata, ana, hətta bəzən hər iki valideyn övladlarının tərbiyəsindən uzaqlaşdırılır və eyni zamanda övladlarını taleyin ümüdünə buraxırlar.
Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, yalnız alkoqolik və ya narkomanların valideynləri və ya uzun illər aliment ödəməyən şəxslər valideynlik hüququndan məhrum edilə bilər.
Bu yanaşma ona gətirib çıxarır ki, məsələn, övladını 10 ildən artıq müddətdə görməyən valideynin valideynlik hüququndan məhrum edilməsi məsələsi gündəmə gətirilmir. Övladına əhəmiyyət verməyən valideyn tez-tez bəhanələr uydurur: “Mən spirtli içki aludəçisi deyiləm, narkoman deyiləm və hər ay lazım olan alimenti ödəyirəm. Ona görə də heç kim məni valideynlik hüququndan məhrum edə bilməz”.
Yalnız məhkəmə şəxsi valideynlik hüququndan məhrum edə bilər.
Valideynlik hüquqlarından məhrumetmə üçün əsasların siyahısı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsində qeyd edilmişdir:
Valideynlik hüquqlarına xitam verilməsi üçün müraciət edərkən siz və övladınız niyə qarşı tərəfin valideynlik hüquqlarına xitam verilməsinə ehtiyac duyduğunu dəqiq bilməlisiniz. Bununla nəyə nail olmağa ümid edirsiniz?
Onu da qeyd edək ki, valideynlik hüququndan məhrum edilmiş valideyn övladını tərbiyə etmək hüququndan məhrum olur, onun uşaq bağçasında, məktəbdə uğurları və problemləri ilə maraqlanmaq hüququnu itirir.
Şəxs valideynlik hüququndan məhrum etdikdən sonra o, uşağa icazə vermək və ya qadağan etmək hüququnu da itirir. Bu, ilk növbədə, uşağın xaricə aparılması, habelə tibbi yardım istəməsi ilə bağlı icazə və qadağalara aiddir.
Valideynlik hüququndan məhrum edilmiş şəxs övladının ölümündən sonra ona qalan əmlaka vərəsəlik edə bilməz, lakin uşaq valideynlik hüququndan məhrum edilmiş valideynin əmlakına vərəsə olur.
Bundan əlavə, qeyd etmək lazımdır ki, valideynlik hüququndan məhrum edilməsi heç bir halda şəxsi aliment ödəmək öhdəliyindən azad etmir. Yəni, şəxs valideynlik hüququndan məhrum edilsə belə, övladlarına aliment ödəməyə davam etməlidir.
Valideynlik hüququndan məhrum edilməsinə baxmayaraq, məhrum valideynin digər qohumlarının (məsələn, nənə və baba) uşağa münasibətdə hüquqları itirilmir.
#aliment # boşanma # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Efsane mirzezade 2026-08-05 21:10:16
Salam menim qizim 1 aylemden atasinina dindadi onun familyasindadi amma 1 aylemde zaks olunmuyub tekce ataliq verib artiq 4 ildi ayriyiq men 2 ayle.qurmusam isdemirem usawim o atanin adinda qalsin ve atasi maraqlanmir aliment vermir artiq4 ildi ne elaqe var ne bir sey xais edirem yonlediresiz
Fariz 2026-06-15 14:41:52
Salam. Arvadın kişiyə xəyanətinə görə onu analıqdan məhrum edib uşaqları atada saxlamaq olurmu? Olursa hansı şərtlər həyata keçirilməli və hansı sübutlar təqdim edilməlidir?
Mustafayeva Fidan Şamil qizi 2026-06-11 01:19:52
Men anadan qardasimdan imtina etmek isdiyirem usaqimdanda yoldasimdada
Tahilə 2026-06-08 19:05:19
Salam 12 ildi ayrılmışam ikinci defe evlenmişem qızım 18 yaşında atası heç bir maddi ve menevi destek göstermedi ,tam tərsinə valideynlik hüququndan sui-istifadə etdi,qızım öz atasından imtina emek istiyir,onu bu güne qədər böyüdən insanı yəni hal hazırda olan həyat yoldaşımın adını ve soyadını daşımaq istiyir bu mümkünmü?
Humay Məmmədli 2026-03-24 11:17:22
Salam. Mənim atamın ciddi alkoqolik aludəçiliyi var. İçib içib evdə şiddətli dava salır. Bacım və qardaşım 18 yaşdan kiçikdit və artıq psixologiyaları pozulub. Anam isə biz uşaq olanda rəhmətə gedib. Mən bacım və qardaşımın atamdan alınıb mənə vəya nənə və babasına verilməsini istəyirəm. Bu mümkündür?
Aliyeva Nermin 2026-02-17 16:12:51
Salam men ushagin atasiynan zarsın falan yoxdu 1yash 6ayliq Oglum var ozu cixib gedib moskvada yashiyir ve ushaga baxmir kirayeni odemir.kuceye atib ushagida menide Men Ataliqdan merhum ede bilerem onu?
Gunel 2026-01-26 00:31:37
Salam men 1 ildi bosamsam 2 azyasli ovladim var atalari 1- il erzde bir defede olsun aliment odemeyib 5 il mehkumluq heyati yasayib ataliq huqdan mehrum etmek olar ?
Günel Baxşəliyeva 2025-10-26 22:22:48
Mən boşanmışam. 3 uşağım var. Bir evdə yaşayırıq yoldaşımla. Aliment verməmək üçün ortancıl 8- də oxuyan oğlumu ələ alıb. Mənə qarşı edir. Uşaq yaxşı oxuyurdu deyir oxuma atan dalında durub. Velosiped alıb ona . Çox sürətli sürür. Atasına deyirik bizi təhqiq edir ki, yaxşı edir. Uşağım əldən gedir. Qəti məni eşitmir. Mənə yaxşı edirəm deyir. Mənəvi çökmüşəm. Günü televizorun qarşısında keçir. Atası qəsdən heç nə demir ki, mən belə əsəbləşim. Mən istəyirəm atasını atalıqdan məhrum edim. İçki düşkünüdür. Amma boynuna almır. Özü də direktordu. Küçə söyüşləri söyür mənə övladlarımın yanında. Mən necə edə bilərəm? O atalığa layiq insan deyil. Minnətdaram əvvəlcədən
Aydan Kərimova 2025-10-14 20:20:05
Ata ovladini gormur ailelidir .Dogrudur alimenti odeyir ama usagi gormek istemir .Mende xariicide yasamaq tehsil almaq isteyirem ama ata icaze vermir usagi goturmeyime Mende mecburi.qaliram burda.ataliqdan mehrum ede bileremmi?10.ildir usagim.ata uzu gormeyib
Zəhra Rzayeva 2025-10-02 10:14:25
Aliment tələb edilmədikdə,bir müddət sonra tələb etmək olarmı
Şərh yaz