Hüquqi yardım

Vəkil olmaq üçün tələblər hansılardı?
02 Okt

Vəkil olmaq üçün tələblər hansılardı?

Vəkil olmaq üçün tələblər hansılardı?

Kimlər vəkil ola bilər?

  • ali hüquq təhsilli şəxslər

  • hüquqşünas ixtisası üzrə ən azı 3 il iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində 3 ildən az olmayan  müddətdə fəaliyyət göstərən hüquqşunaslar

Bu tələblərə cavab verən şəxslər Kollegiya tərəfindən peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə təşkil edilmiş yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verdikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyininin tədris-elm müəssisəsində icbari təlimə cəlb olunurlar və icbrari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil statusuna yiyələnir.

Lakin bəzi hallarda şəxs yazılı test, şifahi müsahibə və icbari təlimdən keçmədən də vəkil ola bilər. Belə ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.

Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

Növbəti şəxslər vəkil ola bilməzlər:

  • İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan

  • qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş

  • qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir  olmayan

  • qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi  xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.

Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və vəkillik haqqında qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.

Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə bu məzmunda and içir:

“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm”.

Vəkillərin səlahiyyətləri and içdiyi andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.

Vəkillər mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

#vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Leyla Mustafayeva 2026-05-15 20:42:03

    Ailəsində əvvəllər məhkum olunmuş ailə üzvü olan şagird vəkilliyi seçsə işləmək istəyən vaxt problem olmaz?

    Bəzi xüsusi dövlət vəzifələrində təhlükəsizlik yoxlaması ola bilər, lakin vəkillik peşəsi üzrə qohumun məhkumluğu qadağa deyil. Vəkil Qulam İsmayılzadə
  • Ayla 2026-02-06 01:18:28

    Salam. Ətrafımdakı insanlar deyirlər ki vəkil olsan özünə iş tapa bilməyəcəksən bununla bağlı ağlımda suallar var həqiqətəndə düz deyirlər?

    Sualınızı hüquqla bağlı verin Vəkil Qulam İsmayılzadə
  • N Rəna 2025-09-28 19:50:19

    Salam vəkil olmaq üçün hansı dərslərdən imtahan verilir?

  • Askerov Murad 2025-09-11 19:43:14

    Salam. İkinci ali təhsil kimi Bdu hüquqşünaslıq ixtisasında oxuduqdan sonra vəkil işləmək mümkündürmü?

    Bəli. Vəkil Qulam İsmayılzadə
  • İsgəndər 2025-08-28 14:37:01

    Salam. Xaricdə hüquq təhsili alıb gəlib özəl sektorda hüquqşünas işləyəndən sonra vəkil olmaq mümkündür? Tanınır həmin diplom və staj? Birdə polis akademiyasını bitirib müəyyən müddət işləyındən sonra vəkil olmaq olur? Oranın da diplomu və stajı vəkillik üçün tanınır?

    Bəli, mümkündür, amma Azərbaycan üçün xüsusi prosedur var. Xaricdə hüquq təhsili diplomu tanınmalıdır (Təhsil Nazirliyi tərəfindən), sonra Ali Attestasiya Komissiyasından imtahan verilməli və staj nəzərə alınır. Polis akademiyasını bitirib və müəyyən müddət işləmiş şəxslər də vəkillik imtahanı verərək stajını tanıtdıqdan sonra vəkil ola bilərlər. Yəni hər iki halda diplom və stajın tanınması və vəkillik imtahanından keçmək şərtdir. Vəkil Qulam İsmayılzadə
  • Qubadov Rza 2025-05-28 12:44:06

    Salam.əlilliyi olan şəxs hüqüq oxuya bilər?

    Bəli mümkündür. Vəkil Qulam İsmayılzadə
  • İbrahim Babayev 2025-05-27 09:18:54

    Salam aleykum necəsiniz, ümid varam ki yaxşısınız, bir sualım olacaqdı, xahiş edirəm cavablandırasız. Deməli, mən Hüquqşünas olmaq istəyirəm ən böyük arzum budur. 3-cü qrupa hazırlaşıram və vəkil olmaq istəyirəm. Ancaq kənardan bir çox mənfi düşüncələr məni bu ixtisasdan soyudur. Deyirlər ki bu ixtisası oxuduqdan sonra işə düzəlmək mümkün deyil. Ya adamın olmalıdır ya da pulun. Sizcə bu sözlərin əsası var mı? Yəni, həqiqətən də ixtisası oxuduqdan sonra Məhkəmədə vəkil və yaxud hakim kimi işləmək üçün pul və ya adam lazımdır?

  • Nuray 2025-05-22 20:57:40

    Salam mən 7 çi sinif də oxuyuram mən tarixi sevmirəm amma vəkil olmaq istəyirəm mənim üçün ən vacib fənn hansıdı mən neyniye bilərəm ki tarix yaxşı olsun ?

    İlk növbədə hüquqşunaslıq ixtisası üzrə bakalavr təhsili almağınız zəruridir. Vəkil Qulam İsmayılzadə
  • Həmidə Muxtarzade 2025-03-06 03:30:21

    Xais edirem cavab verin nolar.Men bu ilinn9 cu sinif sagirdiyem ve Vekil olmaq isteyirem.Vekil olmaq ucun kollec varmi varsa hansidir.Yoxdursa mecburu 10,11 de oxuyum universitetə vermeliyem

    İlk növbədə hüquqşunaslıq ixtisası üzrə təhsil alınmalıdır Vəkil Qulam İsmayılzadə
  • Zeynəb 2025-01-25 22:06:14

    Salam vəkil olaq üçün neçə il oxumalıyıq

    İlk növbədə ali hüquq təhsili olmalıdır. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz