Hüquqi yardım

WhatsApp yazışmaları məhkəmədə sübut kimi qəbul edilirmi?
30 Avq

WhatsApp yazışmaları məhkəmədə sübut kimi qəbul edilirmi?

Şəxs tərəfindən şəxsin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.”

WhatsApp, Telegram, İnstagram, Facebook və s. danışıqlarının məhkəmədə sübut kimi qəbul edilirmi?

Hansı hallarda səs yazısını və digər danışıqları məhkəməyə sübut kimi təqdim etmək olar?

 

İlk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə görə:

Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Bəs sübut nə zaman qanunsuz olur?

  • Sübutlar qanuna zidd əməllər nəticəsində əldə olunduqda
  • Əldə olunan sübutlar qanuna zidd şəkildə istifadə olunduqda

Lakin, Azərbyacan Respublikasının Konstitusiya məhkəməsi isə öz qərarında,  sadə dilnən desək, qeyd edir ki sadə dilnən desək: 

Şəxs tərəfindən şəxsin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz.

Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Misal 1:

Cavid Orxandan borca 100 manat pul almaq istəyir və bununla bağllı ona zəng edir və ya Watsap vasitəsi ilə yazır. Orxanda da telefona Cavidin xəbəri olmadan onun səsini yazır və görüşürlər ona borc məbləğini verir.

Təbii olaraq bu danişiqlarda da Cavid deyir ki, misal üçün:

 -“3 aya və ya 1 ilə sənin borcunu qaytaracam”.

Deməli Konstitusiya Məhkəməsinin qərarından bu nəticəni çıxara bilərik ki, Cavid borcu qaytarmasa Orxan borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etsə o zaman şifahi borc müqaviləsi ilə bağlı aralarında olan söhbətləri əks  etdirən gizli səs yazısını və aralarında olan yazışmanı məhkəməyə sübut kimi təqdim edə bilər. Fərqi yoxdu lap olsun Whatsapp danışığı və ya Facebook yazışması və ya digər şəbəkələrdə edilən söhbətlər. 

Amma bir məsələni də xüsusi ilə, Konstitusiya Məhkəməsi qeyd edir ki, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi mümkündür.

Amma gedib Cavidin sizə olan borc məsələsinə görə Cavidin başqa şəxslə danışığını sübut kimi təqdim etsəz  təbii ki, məhkəmə tərəfindən qəbul edilməyəcək.

Beləliklə göstərilən bu halda, səs yazmaq toxunulmazlığı pozmur. 

Misal 2:

Elan saytlarının birində planşet satışı elanı görmüsüz. Planşetin özəlliklərinə də baxanda fikirləşirsiniz ki, sizin məqsədlərinizə uyğun gəlir. Whatsappda uzun söhbətlərdən sonra qərara gəlirsiniz ki, bu kompyuteri almaq olar. Razılığa gəlirsiniz və planşeti sizə göndərirlər. Cihaz gəlib çıxdıqdan sonra görürsünüz ki, yox bu o deyil. Sizə gəlib çıxan planşet başqa özəlliklərə sahibdir və zəifdir. Aranızda olan razılığa əsasən sizə başqa planşet göndərilməli idi. Geridönüş etdiyinizdə isə sizə deyirlər ki:

 - “siz yalan deyirsiniz elə siz bu özəlliklərə sahib olan cihazı istədiniz, biz də sizə onu göndərdik”. 

Və ya siz yeni planşet istəyirsinizzvə bunu onlara bildirirsiniz onlar isə sizə ikici əl işlənmiş mal göndərir. 

Mübahisənin həllinə görə məhkəməyə də müraciət edəndə əlinizdə başqa sübutlar olmadığı üçün yazılı müqavilə də bağlamadığınız üçün danışıqları sübut kimi ərizənizə əlavə edirsiniz və məhkəməyə də təqdim edirsiniz. Belə olan halda məhkəmə watsap yazışmalarını sübut kimi qəbul edəcək.

#whatsapp # sübut # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil

Şərhlər

  • Samir 2026-05-06 01:14:02

    Salam. Menim bacim. Rehmete getmemisden qabaq bir neferle serik isleri var idi. Bacim. Rehmete gedenden sonra serik olan adam is yerini menimseyib ve ishden gelen gelirden 1 qepik bele vermir deyir olen oldu seriklik qurtardi. Ama isi quran danisan bacim.olub Onun mende ikimizin whatsapda yazismalarimiz var. Hem onun hemde menim ses yazismalarimiz danisiqlarimiz var. Gunluk gelirde az mebleg deyil hardasa gunluk gelir 1500 1800 manat arasinda deyisir. 5 aydi seriklikden hecne vermir menede deyir get hara sikayet eleyirsen ele. Men mehkemeye danisiqlarla ses yazilariyla subut kimi sikayet eleye bilerem? Bunu subut kimi qeyde alarlar? Yadaki mene vekil kimi komeklik eleye bilersiz.

    Bəli, məhkəmə danışıqları, yazışmaları sübut kimi qeydə ala bilər. Əlaqə vasitələrim saytda qeyd olunub. Vəkil Qulam İsmayılzadə
  • Orxan 2026-04-14 15:10:35

    Salam menim esemesimi diger şexse yayması ne derece düzgündür öz yazısın silib menjm yazımı diger şexse yamaq cermedirmi

    Vəziyyətdən asılı olaraq mülki və ya inzibati məsuliyyəti yarada bilər. Vəkil Qulam İsmayılzadə
  • Tutu 2025-12-11 04:32:47

    Salam,men az once birini wpdan ses ataraq soydum suladim,polise vere biler meni?

    Bəli, verə bilər. Whatsapp vasitəsilə səsli formada söyüş və təhqir sübut sayılır və qarşı tərəf polisə müraciət edə bilər. Vəkil Qulam İsmayılzadə
  • Konul 2025-12-09 15:50:02

    Salam . Sikayetim uzre acilmis cinayet isi 178.3.2 ve 178.2.1 maddesi menim xeberim olmadan xitam verile bilermi ? .

    Xeyr. Cinayət işi xitam edilə bilər, lakin zərərçəkmiş şəxsə (sizə) bu barədə məlumat verilməlidir. İşin xitam səbəbini prokurorluğa yazılı sorğu verərək öyrənə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Qafarova Firuzə 2025-11-04 20:41:54

    Salam hörmətli vəkil xahiş edirəm çox narahatam mənə bir cavab verəsiniz.mən boşanma ərəfəsindəyəm uşaqlarıma qəyyumluqun verilməsi üçün nümayəndə heyyəti gondəriləcək.mənim vatsap keçmişimi qarşı tərəf çıxartdırıb polisdə mənim əlehimə istifadə edə bilərmi?

    Bəli, amma yalnız qanuni yolla əldə olunubsa Vəkil Qulam İsmayılzadə
  • Əminə Əliyeva 2025-11-03 10:56:05

    salam.yoldaşıma boşanma davası açdıqdan sonra, məhkəmədə vatsap yazışmalarını tələb edə bilrəmi? işlətdiyim nömrə onun adınadır.

  • Əhəət əhəmiyyətli 2025-10-22 22:33:20

    Telefon danışıqları hansı hallarda qulaq asila bilər

    Telefon danışıqlarına yalnız məhkəmənin qərarı ilə və cinayət işləri üzrə istintaq zamanı qulaq asıla bilər. Vəkil Qulam İsmayılzadə
  • rüsdemova leyla 2025-09-26 12:03:40

    salam sabahınız xeyir olsun necesiz üzürlü sayın bir söz soruşum sizdən mən yoldaşımla boşanmışam 28 boşanma kağızı gelecey uşaqların ikisidə mənə verilib ama yoldaşım aliment vermemey üçün apilasya məhkəməsinə verib uşaq tələbi üçün hədə qorxu gəlir ki uşaqları almaq üçün hər yola əl atacam diyir nömrəm mənim adıma deyil başqa qohumumun adınadı o nömrəmlədə yoldaşımla danışmamışam nömrəmi bilmir sadece qohumlar bilir o nömrədən mənim icazem olmadan polis vəya məhkəmə vatsapa və başqa sosyallar yazışma səs kaydı zəng kimi dəlillər çıxara bilərlərmi məhkəmiyə sübut kimi buna hakları varmı zəhmət olmasa bunu diyərdiz xaiş edirəm

    Xeyr, sizin icazəniz olmadan şəxsi WhatsApp və digər sosial şəbəkə yazışmalarınız, zənglər və səs qeydləri polis və məhkəmə tərəfindən əldə edilə bilməz. Belə məlumatlar yalnız məhkəmə qərarı ilə xüsusi araşdırma zamanı çıxarıla bilər. Üstəlik, başqasının adına olan nömrənin də yazışmaları sizin adınıza sübut kimi istifadə edilə bilməz. Vəkil Qulam İsmayılzadə
  • Aysel 2025-09-21 11:40:11

    Salam boşanma zamanı nömre qarşı terefin adınadı vatsap yaIşmalarını çıxatra bilere

    Bəli. WhatsApp yazışmaları məhkəmədə dəlil ola bilər, amma qanuni yolla (ekran görüntüsü, çıxarış və ya ekspert rəyilə təsdiq olunmuş surət) təqdim edilməlidir. Vəkil Qulam İsmayılzadə
  • İradə 2025-09-14 23:39:12

    Cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan məhkəməyə şikayət üçün müddət varmı, yoxsa istənilən zaman vermək olar?

    Bu qərardan məhkəməyə şikayət üçün hər hansı vaxt məhdudiyyəti yoxdur. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz