Xaricdə nikaha daxil olmuş şəxslə Azərbyacanda boşana bilərmi? Xaricda bağlanmış nikahın pozulma qaydası
Xaricdə nikah bağlamış Azərbaycan Respublikasının vətəndaşları Azərbaycanda boşana bilər. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 150.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər.
Yuxarıda göstərilən halda boşanma prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.
Bundan başqa, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya”nın 31-ci maddəsinə əsasən:
1. Nikahın pozulması haqqında işlər üzrə ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Əgər ər və ya arvaddan biri Razılığa gələn bir Tərəfin vətəndaşıdırsa, ikincisi isə Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda nikahın pozulması haqqında işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
Misal üçün Azərbaycan Respublikasının vətəndaş xanım Rusiyya Federasiyasında Rusiya vətəndaşı ilə nikaha daxil olur. Boşanmaq istədiyi zaman onun nikahın pozulması ilə bağlı həm Rusiyya Fedirasiyasında yerləşən məhkəmələrə həm də ki Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ yaranır.
Həmçinin yerli məhkəmə nikahın pozulması ilə yanaşı uşaqların hansı valideyinin yanında qalması və aliment məsələsinə də baxır.
#boşanma ərizəsi necə yazılır # boşanmaq üçün lazım olan sənədlər # boşanma prosesi neçə ay çəkir # boşanma prosesi # boşanmaq haqqında qanun # boşanmaq üçün iddia ərizəsi # bosanma erizesi # bosanmaq ucun erize formasi
Şərhlər
Sema Iskəndərova 2026-05-31 22:54:28
Salam. Bacım və yoldaşı hem Azərbaycan həm Rusiya vətəndaşıdi. Uşağ Rusiyada anadan olub. Bacım boşanmaq istəyir. Hal hazırda Rusiya da yaşayırlar. Yoldaşı Azərbaycana getməyə uşağa icazə kağızı vermir. Uşaq anadan olandan sora Azərbaycandan uşağa qeydiyyat götürülüb. Bacım Azərbaycana məhkəmə müraciət edib uşaqla geri qayıda bilərmi qanunla
Səbinə Məmmədova 2026-05-09 20:02:20
Salam bacım türk vetendaşıyla turkiyede nikaha girib halhazirda Azərbaycanda yaşayır Türkiyəyə getmədən oranin vətəndaşıynan boşana bilərmi
Ceyran Mammadova 2026-04-29 18:56:50
Salam,türk vetendaşla boşandıqdan sonra, evlilik zamani bakida alinan mülk bölünurmu?yoxsa azerbaycan vetendashi olaraq mende qalir?
Gülər Novruzova 2026-04-10 14:20:11
Mənim bacım Azərbaycanda ailə qursa da boşanma Almaniyada olub, bilmək istəyirəm onun boşanması Azərbaycanda tanınması üçün nə edilməlidi. Hara müraciət etməliyik ?
Xanım babayeva 2026-03-08 04:01:50
Salam.men türkiyede evliyem.yoldaşım türk.Azerbaycana geldik.nikah şahadatnamesi türkiyede yaddan çıxdı.men Azerbaycanda xaricdeki nikah şahadatnamesini nece elde ede bilerem?hara müraciyyet edim?miqrasyaya oturum üçün lazımdı.heçkim düzgün yönledirmir
Zalxa isayeva 2026-01-27 16:49:45
Salam. Yoldasim rusiyada evlenib bosanib ama bosanma haqqinda sehadetnamesi yoxdur ozu burda oldugu ucun goturmryib . Artix nigahin pozulmasindan 10 il kecib. Elinde senedi olmadigi ucin biz azerbaycanda nigaha daxil ola bilmirik. Bize dedilerki ancaq yoldasim rusiyaya getmelidi sened goturmek ucin yada kimese orada yasayan birine vekalet vermelidi. Demeli bizim ora getmek ucun ne imkanimiz var nede vekalet verecek tanisimiz. Biz bawqa hansi yolla bu meseleni hell ede bilerik. Onceden tewrkkurler
Gulay 2026-01-19 04:59:58
Salam mən və yoldaşım rus vətəndaşıyıq həm də azərbaycan 2 övladım var 6aylıq və 4 yaş şiddət söyüş mənə və uşaqlara əksik olmur və başqa ailəsi var övladı var qeyri qanuni atalıq da verib ona boşanmaq istəyirəm Azərbaycanda vəkil tutsam boşana bilərəm və uşaqlar məndə qalmaq şərtilə əlbəttəki
Nura Zeynal 2025-12-08 20:15:46
Salam məndə ,yoldaşımda rus vətəndaşıdır . Zaks rusyada olub . 6 yaşında oğlumuz var ,burda boşana bilərik ?
Suma Salmanova 2025-11-15 01:03:33
Salam mən Azərbaycan vətəndaşıyam, ərim türk vətəndaşıdı Türkiyədə ailə qurmuşuq 1 yaşında qız övladım var orda anadan olub və türk vətəndaşıdı. Atasının etibarnaməsi ilə azərbaycana gəlmişik indi atası həbsdədi və boşanmaq istəyirəm ama qarşı tərəf razı deyil uşaqda türk vətəndaşıdı necə edə bilərəm.?
Ali Quliyev 2025-10-25 03:31:30
Salam. Men Turk vetendasi ile turkiyede resmi nigah eledim. Sonra ise turkiyede evlendiyimi gelib azerbaycanda asan xidmete bildirdim. Indi ise turkiyede anlasmali bosandig. Usagimiz yoxdu. Bosanma qerari serhi ile birlikte apostilletdirdim. Azerbaycanda bu qerari nece tanida bilerem? Hansi mehkemeye basvuru etmeliyem? Ve ne qeder muddetde biter? Cox sagolun onceden
Şərh yaz