Zaminlik müqaviləsinin növü və öhdəliklərin icrası zamanı qarşılaşa biləcəyiniz hüquqi məsuliyyətlər barədə ətraflı məlumat. Kredit borcunun ödənilməməsi halında hüquqi addımlar və reqres iddia hüququ.
Bəs bilirsinizmi zamin olduğunuz şəxs borcunu ödəmədiyi təqdirdə sizi nə gözləyir?
Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zamin bank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğu şəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyət daşıyır.
Tutalım ki, siz tanıdığınız bir şəxsə bankda zamin durdunuz (adətən bankda xırda şriftlərlə yazılmış hazır müqavilə formaları olur ki hansını oxumağa vətəndaşın səbri çatmır). Bir müddət sonra, həmin şəxs kredit öhdəliyini icra etməkdən boyun qaçırdır.
İlkin olaraq, bankın əməkdaşları kredit götürən şəxslə yanaşı, sizə də zəng edib borcun ödənilməsini tələb edəcək.
Bundan sonra, kredit götürən şəxs və ya onun yerinə siz müqavilə üzrə məbləği ödəməməyə davam etdikdə bank borcun hər ikinizdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.
Bağladığınız zaminlik müqaviləsinin növündən asılı olaraq məhkəmə öz qərarında yaranmış borcun sizdən hansı qaydada tutulmasını müəyyən edəcək.
Misal olaraq, zamin durduğunuz şəxsin borcu 10 000 manatdır.
Bu halda əgər bağladığınız zaminlik müqaviləsi üzrə subsidiar məsuliyyətnəzərdə tutulubsa, məhkəmə tərəfindən sizin üzərinizə yaranmış borcun yarısını, yəni 5 000 manatı ödəmək öhdəliyi qoyulacaq.
Yox, əgər siz zaminlik müqaviləsinə əsasən müştərək qaydada məsuliyyət daşıyırsınızsa, onda zamin durduğunuz şəxslə yanaşı, sizdən də 10 000 manatın hamısı tələb ediləcək.
Müqavilə üzrə banka olan borcun sizdən tutulması haqqında məhkəmə qərarı çıxdıqdan sonra belə zamin durduğunuz şəxs və ya siz yaranmış borcu yenidən ödəməsəniz, məhkəmə həmin pulun sizdən tutulmasını icra orqanına tapşıracaq (Ədliyyə Nazirliyinin tərkibində olan yerli icra qurumlarına).
Yekunda borcun sizdən tutulması haqqında məhkəmədən müvafiq tapşırıq (icra sənədini) alan icra məmuru qeyd olunan borcun sizdən alınması üçün sizin əmlakınıza (ev, avtomobil, qızıl və s.) həbs qoydura, hər-hansı bir bankda olan pul vasitələrinizi müsadirə edə və (və ya) borcu sizin əmək haqqınızdan tuta bilər (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tutmaların məbləği əmək haqqının 50 faizinə qədər ola bilər)..
Bunun üçün mülki hüquq reqres iddia anlayışını formalaşdırmışdlr. Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur.
#zamin # zaminlik # bank # kredit # mülki məcəllə # qanun # ipoteka haqqında qanun # müqavilə # gəlir # bank olmayan kredit təşkilatları # vekil axtariram # bank azerbaijan # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Ənvər Amanov 2026-03-11 13:39:37
İs yoldaşıma zamin durmuşam hal hazırda məhkəmə yolu ilə onun aylıq maaşından tutulur mən ne edə bilərəm ki zaminlikden çıxım?
Sakin Nebiyev 2026-03-11 12:36:05
Salam mən 8 il bundan qabag zamin durmuşam zamin durduğum sexsdende xəbərim yoxdu bank bugün mənə zəng edibki siz zamin durmuş pulu odemelisiz 8 il ərzində heçkim axdarmiyib
Əhmədov Rəsul 2026-01-30 21:05:11
Salam men zamin durmsam 15min manata pul gotrlb guya biznesi var mende evm grof zaminlik.kreditde alan pulu verb bir xanma oda odemr 8 il kecb ustnen xanimda pulu vermir .mehkeme oldu qizi cagrdlar gelmedi qetname cxdi ki pul qza verb 1 il kecdi yene bank diresb ne edm men
Səmədov xələf 2025-12-17 21:29:29
Salam mən 2012 çi ildə bir nəfərə zamin durmuşam kredit götürüb az məbləğ qalmış ödəməyib məhkəməyə verilib sonrada icraya üstündən 13 il keçib icra mənə zəng vurur gətir borcu ödə.Pul götürəndə qalıb qraxda ona zəng etmir məndən tələb edir
Revan 2025-08-26 02:18:44
Salam bir il bundan qaba emim ogluna zamin durmişam 6 min manata, bir ilden sonra o yeniden 9 min manat kredit gotrub menim xeberim olmadan zamin meni yaziblar, bu nece olur? Men nece ede bileremki gelecekde yene kredit goturse meni zamin kimi yazmasin bank
Mirzeyev Nadim 2025-08-11 21:37:18
Salam kredit guturmusem 10 000 manat ve odeye bilmirem ve mene 2 nefer zamin durub 1i hal hazirda isden cixib hec bir geliri yoxdu ve mulkiyetinde hecne yoxdu ve 2 ci zaminin ise maaşının yarisi qeder kredit oduyur menim ise ayliq 80 manat gelirim var mehkeme zaminin ve menim ayliqimdan ne qeder tuta biler
Terlan abdullayev 2025-07-11 17:32:16
Men zamin durdugum şəxs sora men olmadan menim zaminliyimle kreddit elde eliue biler?
İsmət 2025-07-07 01:30:52
Salam.Mən həyat yoldaşım və qardaşı üçün zamin durmuşdum.Ödənmədiyi halda məlumat verilmədən maaşıma tətbiq ediblər.Artıq 5-6 ildir ödəyirəm.Mənə məsləhət gördülər ki boşanma haqda sənəd olsa adımdan çıxarılar.Bu düzdürmü?
Məhəmməd Abdullayev 2025-07-02 17:14:37
Salam 2015ci ildə köhnə iş yoldaşıma zamin durmuşam kredit dollarla almışdı dollar qaxdığı üçün ödəmədi qaldı elə bir neçə dəfə məhkəmədən məktub gəldi sonra dayandı. İndi təzədən icradan məktub gəlib ödək üçün. Elə bilmişim ki bu vaxda qədər pdəyib. Əsas borcluylada heç bir əlaqə yoxdu. Neyniyə bilərəm?
Salam 2025-06-10 16:39:38
Salam. Mən yoldaşıma zamin durmuşam. İndi krediti ödəyə bilmirik. Bank da yoldaşımdan çox mənə və iş yerimə zəng edir. Hətta iş yerimə gəlib gəlib məni narahat edirlər. Gəlib direktorla danışıblar. Bu qanuna uyğundurmu? Məhkəməyə zada getməyib hələ iş. 1 aydır gecikmə var.
Şərh yaz