Hüquq xidmətləri

Ailə və nikah hüququ
06 Okt

Ailə və nikah hüququ

Ailə və nikah hüququ

  • Ailə və nikah hüquq münasibətlərindən irəli gələn xidmətlər

  • Nikahın pozulması (boşanma)

  • Nikah müqaviləsinin tərtib edilməsi

  • Uşaq üzərində qəyyumluğun təyin edilməsi

  • Əmlak bölgüsü

  • Uşağın saxlanması və arvadın(ərin) saxlanması üçün alimentin təyin edilməsi

  • Aliment ödəməkdən azad olunma, alimentin azaldılması

  • Atalığın müəyyən edilməsi

  • Atalığın mübahisələndirilməsi

  • Valideynlik hüququndan məhrum etmə

  • Övladlığa götürmə

  • Uşaqla ünsiyyət

  • Valideynlər ayrı yaşadıqda birgə nikahdan olan uşaqların yaşayış yerinin müəyyən edilməsi

#ailə hüququ # ailə məcəlləsi # ailə məcəlləsi pdf # ailə məcəlləsi e-qanun # aile mecellesi bosanma

Şərhlər

  • Nərgiz Süleymanova Azər qızı 2026-08-23 21:44:46

    Salam hörmətli vəkil, mən 2 azyaşlı uşaq ilə boşanmışam və birgə nigah dövründə əldə olunmuş 42kv/m mənzildən pay almaq üçün məhkəməyə müraciət etmişəm, məhkəmə hələ davam edir. Mənzil birgə nigah devrində alınıb, amma qarşı tərəf məhkəməyə sənəd təqdim edib ki qarşı tərəfin atası öz mənzilini satdıqdan 9 gün sonra birgə nigah devrində alınan mənzil alınıb, atasının pulu pay vermə haqqında sənədi yoxdur, mənim adıma yaşayış sahəsi yoxdur və 2 uşağın qəyyumluğu mənə verilib, həmçinin sözü gedən mənzilin alınmasında mənim valideynlərimin pul verilmə faktını 3 nəfər şahid tərəfindən təsdiq edilib şahid qismində anam, dayım və qonşumuz çıxış ediblər, qarşı tərəfin isə anası, əmisi və əmisinin arvadı bunun yalan olduğu haqqında şahidlik ediblər, mənzil alınan vaxtı mən işləməmişəm, tələbə olmuşam və övladımıza baxmışam. Sizcə bu məhkəmənin nəticəsində mənə və evladlarıma heç olmasa 20kv/m yaşayış sahəsi veriləcəkdir mi?

    Salam. Mənzil nikah dövründə alındığı üçün, kimin adına rəsmiləşdirilməsindən və sizin həmin vaxt işləməməyinizdən asılı olmayaraq, ilkin olaraq ər-arvadın ümumi əmlakı sayılır; uşağa qulluq etməyiniz də əmlak hüququnuzu aradan qaldırmır. Qarşı tərəf mənzilin atasının şəxsi vəsaiti hesabına alındığını mötəbər sübutlarla təsdiqləməlidir və təkcə mənzilin satış tarixləri bunu avtomatik sübut etmir. Adətən paylar bərabər müəyyən edilir, uşaqların ayrıca mülkiyyət payı yaranmır, lakin məhkəmə onların mənafeyini nəzərə ala bilər; məhz 20 kvadratmetr sahənin veriləcəyinə isə işin sübutları araşdırılmadan təminat vermək mümkün deyil. Vəkil Qulam İsmayılzadə
  • SƏMA ƏLİLİ 2026-08-21 12:19:57

    Hörmətli vəkil oğlum mənim evimdə yaşayır və evi mən almışam və mənim adımadır.2 il əvvəl onu evləndirdim və bir qızı var. İndi ayrılırlar bu evdən gəlinə pay düşürmü? TŞK edirəm.

    Hörmətli vətəndaş, mənzil sizin adınıza rəsmiləşdirildiyi və gənclərin nikahından əvvəl alındığı üçün sizin şəxsi mülkiyyətiniz sayılır və nikah dövründə ər-arvadın birgə qazandığı əmlak anlayışına daxil edilmir; buna görə də boşanma zamanı gəlinin həmin mənzildən mülkiyyət payı tələb etmək hüququ yoxdur. Lakin ailə üzvü kimi orada qeydiyyatda olub yaşayıblarsa, gələcəkdə mənzildən istifadə hüququ (yaşamaq hüququ) ilə bağlı məsələlərə məhkəmə qaydasında baxıla bilər, lakin bu, mənzil üzərində mülkiyyət payı vermir. Əgər onlar gələcəkdə könüllü olaraq qeydiyyatdan çıxmazsalarsa, mülkiyyətçi kimi məhkəməyə müraciət edərək qeydiyyatdan çıxarılmalarını və mənzildən çıxarılmalarını tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Əsədova Günel 2026-08-12 10:13:16

    Salam Hörmətli Qulam bəy . Mən sentyabır ayının 9 artıq iki il olacaq ki qanuni nigahla evliyəm . Amma nigahı sonlandırmaq qərarına gəlmişəm . Səbəb qaynanmın yoldaşıma və mənə çətinlik yaratmasıdır . Yoldaşımda ana tərəfdən mövqe alır . Mənim heç bir haqqımı müdafiə etmir . Bir yaşında bir qızım var . Ev , cehiz heç bir şey önəmli deyil . Amma qızım məndə qalacaq ? Ali təhsilliyəm. Uşağa baxdığım üçün işləmirəm .

    Salam. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikahın pozulması zamanı azyaşlı uşağın (xüsusilə 1 yaşında körpənin) anadan alınaraq ataya verilməsi müstəsna hallarda (ananın uşağa baxa bilməyəcək dərəcədə ağır xəstəliyi, ruhi sarsıntısı, uşağa qarşı zorakılığı və ya analıq borcunu qərəzli şəkildə yerinə yetirməməsi kimi hallar sübut edildikdə) mümkündür. Ananın hazırda işləməməsi uşağın ondan alınması üçün əsas sayıla bilməz, çünki uşağın saxlanılması və təminatı üçün atanın aliment ödəmək öhdəliyi var. Şəraitiniz və ali təhsiliniz də nəzərə alınaraq, uşağın sizdə qalması ehtimalı yüksəkdir. Boşanma üçün ilk növbədə Mediasiya Təşkilatına, daha sonra iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək nikahın pozulması, uşağın ananın öhdəsində saxlanılması və aliment tələbini qaldıra bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • Aysu 2026-03-02 02:11:56

    Salam. Qarşı teref boşanmaq isteyir ve men boşanma zamanı öz hüquqlarımı bilmek isterdim evladimiz yoxdur. Ne teleb ede bilerem boşanma zamani maddi tezminat huququm var mi?

    Uşaq olmadıqda boşanma zamanı yalnız nigah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsini tələb edə bilərsiniz Vəkil Qulam İsmayılzadə
  • Mrs.Allahverdiyeva 2025-11-08 13:08:42

    Salam.7 aydır ki qarşı tərəf alimenti ödəmir,bu 7 ay ərzində qarsı tərəflə uşaqlara xatir şans verdim və çox qısa bir yerdə yaşadıq,amma niyyətlərinin uşaqlar deyil,alimentin ləğvi olduğunu anladım,bu müddət ərzində mənə təzyiq və hədə qorxu gəldilər ki gəl ərizə yaz ləğv et alimenti....Və yenidən çıxdım o evdən. Borcun ödənilməsi üçün müraciət elədim,yalandan iddia etdilər ki 7 ayın hamısını birlikdə yaşamışıq,borcum yoxdur... Məhkəmə də onların xeyrinə qərar verdi. İndi mən appelyasiyaya şikayət etsəm mənim xeyrimə qərar çıxarmı?

    Bəli, apellyasiya şikayəti verə bilərsiniz. Əgər birgə yaşama faktı sübut olunmayıbsa və sizdə alimentin ödənilməməsini təsdiqləyən sübutlar (yazışmalar, şahid ifadələri, icra sənədləri) varsa, apellyasiya məhkəməsi qərarı ləğv edib işə yenidən baxa bilər. Əsas məsələ sübutları düzgün təqdim etməkdir. Vəkil Qulam İsmayılzadə
  • Elvin Cabbarov 2025-06-17 20:24:52

    Salam qarşı teref boşanma ərizəsi veribsə və mən boşanmağ isdəmirəmsə qarşı tərəf aliment tələb edə bilər. Diqqətinizə görə təşəkkür edirəm

    Bəli Vəkil Qulam İsmayılzadə
  • Əlizadə 2025-05-28 09:01:26

    Salam. Nigahım qətnamə ilə pozulduqdan sonra barışmışıq və övladım dünyaya gəlib. Övladımın doğum haqqında şəhadətnaməsini götürəndə atalıq sənədi tələb olunmadı. Sonra boşanma qətnaməsi əsasında boşanma haqqında şəhadətnamə aldım. Övladımın sənədi doğrudurmu? Mən təzədən atalıq sənədi almalıyam? təşəkkür edirəm.

  • Medine 2025-05-21 21:09:38

    Salam size sualim Olacaq 4 aydi evden ayrilib gelmisem 7 ayliq usagim var bosanmaya vere bilerem ? Barismaq fikrim yoxdur

    Bəli, nikahın pozulmasını tələb edə bilərsiniz. Vəkil Qulam İsmayılzadə
  • tofiq 2025-02-16 13:23:39

    Salam. yoldaşım məndən boşanıb. iddia ərizəsində yazıb ki hər ay guya 1000 manat qazanıb mənə verib. amma elə şey olmayıb. onun uydurduğu pulu özünə qarşı əmlak məhkəməsinə verib o pulun yarısını tələb etsəm udmaq şansı varmı?

    Tələb edə bilərsiniz lakin nəticənin arzuolunan formada olacağını demək çətindir. Vəkil Qulam İsmayılzadə
  • Eldar Aslanov 2025-02-01 14:54:56

    Salam. Nikahın pozulubsa, Nikahın pozulmasının ZAQS-da sistemdən silmək mümkündü? Yəni nikahda olub boşanması görsənməsin və ya soyad dəyişdikdə yenə sistemdə görsənir? Nikah vaxtı birgə təsərrüfat olmuyub sadəcə rəsmi nikahda olublar. O nikahın olub və ya pozulmasını ZAQS sisteminden necə silmək olur?

    Bu mümkün deyildir. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz