Daşınmaz əmlakla bağlı xidmətlər
Evdən çıxarma
Evə köçürmə
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş imtina cavablarından şikayət verilməsi
Daşınar və daşınmaz əmlakın həbsdən azad edilməsi
Torpaq sahəsinin istifadəsinə maneənin aradan qaldırılması
Şərhlər
Xosrov mamedov 2026-08-07 14:10:24
Salam hörmətli vəkil. Mənim qızım ailə qurub başqa ailəyə gəlin köçüb.indi qaynatası deyirki atanda sənin 0.33 sot torpaq payı var onu versin. Bu nə dərəcədə düzgündür. TŞK edirəm.
Leyla 2026-08-04 22:23:27
Salam.Atam bir qadinla evlidir.Biz 2 baciyiq. Qadin evin ona bagislanmasini teleb edir.Eger bagislanma etse qadina atam ozunu huquqi cehetden nece qarantiya ala biler ki qadin onu evsiz qoymasin her hansi bir muqavile baglaya bilermi?
Akif 2026-06-07 12:38:05
Salam. Atam bacima vekelatname verse o ev ve torpaq menim imzam olmadan orani adina kecir de bilermi?ata yurdunda Men, qardasim ve bacimin adlari var. Bolugu olsa adimiza pay bolgusu var
Rövnəq Cəfərəliyev 2026-05-22 20:53:28
Salam Qulam bəy, bizim kənddəki ev babamın adınadı sənədi 1985-ci ilin texniki sənədidir və həmin evdə kənd icra nümayəndəliyi tərəfindən uşaqlıqdan uçota alınmışam vərəsə kimi. Evdə sadəcə 2 miz qeydiyyatdayıq babam da həyatdadı.Ancaq sənədi olan evi söküb ayrı yerdə ev tikmişik. İndiki halda ora necə kupça düzəltdirə bilərəm? Təzə evin adına yoxsa yeni evin adına?
Elsen 2026-05-17 07:33:05
Salam. Atam rehmete gedib. Evde qardasim. Bacim. Ve Men variq. Birimizin icazesi olmadan raziligi olmadan o ev ve torpaq sahesi bolune veya satila bilermi?men basqa olkede yasadigim ucun qorxuram satarlar. Yeni menim icazem imzam. Raziligim olmadan ora bolunub ve ya satila bilermi?
Elariz 2026-05-14 19:01:40
Salam. Ata yurdunda qardasim, qardasim usaqlari, ve bacim, bacim usaqlari qeydiyatdadi. Atam o evi ve torpagi menim adima kecirmek isdeyir. Qardasim naturalni davernus verib. Bacimda. O torpaq ve ad menim adima gecse orada qeydiyatda olan adamlar problem yarada bilermi. Oz paylarini isdeye bilermi?
Ənvər Hacıyev 2026-04-29 13:42:31
Salam hər vaxtınız xeyir hörmətli vəkil, Bütün sənədləri qaydasında olan bina evi və ayrıca torpaq almışam notarial qaydada.İndi isə satmaq istəyirəm. Bilmək istədiyim odur ki, hər hansı əmlakı aldıqdan sonra onu ən tezi neçə müddətdən (saata,günə,aya) sonra sata bilərəm? Elə həmin gün alıb-satmaq olar mı? Təşəkkür edirəm.
Gültəkin Zeynalova 2026-04-18 20:09:00
Salam.Çox sağ olun.Təşəkkür edirəm biz vətəndaşları məlumatlandırdırdığınız üçün.Lakin əvvəlki şəxsiyyət vəsiqəsi yenisi ilə əvəz olunduğu üçün bildiğimiz kimi dövlətə təhvil verilir.Sadəcə əvvəlki şəxsiyyətin seriya nömrəsi var məndə.Çünki Siz qeyd etmisiniz ki, şəxsiyyət vəsiqələrinin surətləri məhkəməyə təqdim olunmalıdır.Belə hal mütləqdirsə,köhnə şəxsiyyət vəsiqəsi üçün hara müraciət etməliyik?!Təkrar;təşəkkür edirəm.
Gültəkin Zeynalova 2026-04-17 16:12:43
Salam.Hər vaxtınız xeyir.Bizim ev tikmək üçün aldığımız torpaq sahəsi 05.05.2007-ci ilə aiddir.Torpağın arxiv sənədi olmadığı üçün Şirvan Ərazi Məhkəməsinə müraciət etmək istəyirik.Torpaq həyat yoldaşım Zeynalov Abasın adınadır.Sadəcə,yəni torpağı 2007-ci ildə aldığı zaman şəxsiyyət vəsiqəsində Abbas yazılıb,2016-cı ildə şəxsiyyət dəyişiləndə isə adı Abbas yox, Abas yazılıb.Yəni,məhkəmə üçün aldığım bələdiyyə,arxiv,kadastr imtinaları sonradan (keçen ilin dekabr ayında almışam)dəyişilən şəxsiyyətə uyğun olaraq Abas yazılıb.Bilmək istəyirəm ki,adın Abbas,ya da Abas olmağını məhkəmə problem bilərmi?Bir də məhkəməyə müraciət etmək üçün konkret olaraq hansı sənədlər lazımdır?!Əldə olanlar;rəy,akt,plan,bələdiyyədən çıxarış,ödəniş qəbzi,bir de imtinalar (sənədin arxivinin almadığı barədə).Çox xahiş edirəm, cavablandırardınız.Təşəkkür edirəm.
Murad 2026-03-09 09:08:24
Salam Qulam müəllim. Mən, yaşayış məntəqələrin torpaqları istifadə çıxarışı olan(müddətsiz) torpaq almaq istəyirəm. Bilmək istərdim bu sənəd mənə nə kimi hüquqlar verir? Çox sağolun.
Şərh yaz