Hüquq xidmətləri

Vərəsəliklə bağlı xidmətlər
06 Okt

Vərəsəliklə bağlı xidmətlər

Vərəsəliklə bağlı xidmətlər

  • Vərəsəliyin qəbul edilməsi

  • Vərəsəliyin tanınması

  • Ləyaqətsiz vərəsənin vərəsəlikdən məhrum edilməsi

  • Vərəsəliyin qəbul edilməsi üçün ötmüş müddətin bərpa edilməsi

Şərhlər

  • Zəkəriyyə Ağayev 2026-08-24 16:41:32

    Salam vəkil, xahiş edirəm sualıma cavab verəsiniz. Atam rəhmətə gedib 2010 ilində, yaşadığımiz ev və başqa torpaq sahəsi atamın adınadır, biz ailədə 6 övladig və ana. İki qardaşim təhdid ilə məni yaşadığım ata evindən çıxarmağ istəyirlər, anam isə mənim ata evində onunla birlikdə yaşamağı istəyir. Qardaşlarim heç bir köməklik göstərmillər ananın yaşamasına. Anam istəyir ev mənim olsun ondan sonra. Ne etməliyik ki ev mənə qalsın. Sağ olun.

    Salam. Atanızın vəfatından sonra vərəsəlik açılıbsa, mülkiyyət (ev və torpaq) qanun üzrə bütün vərəsələr (6 övlad ana) arasında bərabər paylarla bölünür, əgər vəsiyyətnamə yoxdursa. Evin sizə qalması üçün ən etibarlı yol budur ki, digər vərəsələr (qardaşlar da daxil) öz paylarından notarial qaydada sizin xeyrinizə imtina etsinlər və ya ana öz payını sizə bağışlama/vəsiyyət yolu ilə versin. Əgər vərəsəlik hələ rəsmiləşdirilməyibsə, ilk növbədə notariusda vərəsəlik işi açılmalı, mülkiyyət hüququ müəyyənləşdirilməlidir. Konkret sənədlərinizə əsasən dəqiq yol xəritəsi üçün notarius və ya vəkillə birbaşa görüşməyinizi tövsiyə edirik. Vəkil Qulam İsmayılzadə
  • Chingiz Khalilov 2026-05-25 11:02:29

    Salam. Belə bir sualım var. Vəfat etmiş şəxsin həyat yoldaşı, anası və 3 nəfər 18 yaşına çatmamış övlədı var. Onun mülkiyyətində olan həyət evində yalnız yoldaşı qeydiyyatdadır. Digər yuxarıda adı çəkilən şəxslər baçqa ünvanda qeydiyyatdadırlar. Bu vəziyyətdə həyat yoldaçı əmlakı adına necə keçirə bilər?

    Vəsiyyət yoxdursa, əmlak qanun üzrə həyat yoldaşı, anası və uşaqları arasında vərəsəlik qaydasında bölünür. Həyat yoldaşı təkbaşına əmlakı öz adına keçirə bilməz. Bunun üçün notariusda vərəsəlik işi açılır və digər vərəsələrin payı nəzərə alınır Vəkil Qulam İsmayılzadə
  • Babək Hüseynov 2026-05-14 01:49:01

    Mən Rusiya vətəndaşıyam. Ömründə ailə həyatı qurmayan , öladi olmayan azərbaycan vətəndaşı olan bacima baxmışam və o mənim yanimda Rusiyada vəfat etmişdir. Hazırda bacımın bir qardaşı var məndən başqa və üç vəfat etmiş qardaşı olub . Vəfat etmiş qardaşların uşaqları var. Mən notariusa mraciət etmişəm. Mənə sağ qardaşımdan və diğər qardaşı uşaqlarından imtina ərizəsi tələb olunur(vərəsəlik işi acmaq üçün). Qardaşımı və qardaşı uşağlarımı kım mə'lumatlanlandırmalıdır(natarius yoxsa mən)? İmtina ərizələrinin rusumunu kim ödəməlidir. Əgər bu alınmasa başqa yol ilə məhkəmə yolu bu iş necə aparılır və yuxarida qeyd etdiyim sullar necə yoluna qoyulur.

    Vərəsəlik işində notarius bütün məlum vərəsələri müəyyən edir və onların hüquqlarını izah edir, lakin vərəsələri axtarmaq və məlumatlandırmaq əsasən ərizə verənin (sizin) üzərinə düşür. Notarius adətən yalnız mövcud məlumata əsasən sorğular aparır. İmtina (vərəsəlikdən imtina) ərizələrinin tərtibi və notariat təsdiqi üzrə xərcləri həmin imtina edən vərəsələr ödəyir, lakin tərəflər razılaşsa, üçüncü şəxs də ödəyə bilər. Əgər vərəsələr imtina verməzsə, notarius imtina tələb etmədən vərəsəlik işi açır və pay bölgüsü qanun üzrə aparılır. Mübahisə yaranarsa məsələ məhkəmə qaydasında həll olunur və məhkəmə vərəsələrin dairəsini, paylarını və qəbul/imtina faktını müəyyən edir. Vəkil Qulam İsmayılzadə
  • Sevda 2026-04-19 19:42:22

    2-ci sualım. Əgər ev ananın adına mənzildə yaşayan övladların ərizəsi ilə keçibsə, rəhmətə getdikdə hansı əsasla onun ata-anası varis sayılır? Mənzildə nənə-baba ümumiyyətlə nə yaşamayıblar, nə də qeydiyyatda olmayıblar. Övladlar da hal-hazırda həmin mənzildə yaşayırlar.

    Qanuna görə vərəsəlik qeydiyyat və ya yaşayış faktından asılı deyil. Vəkil Qulam İsmayılzadə
  • Sevda 2026-04-19 19:38:22

    Salam. Vərəsə vəsiyyətnamənin olmasını və onun açılıb-açılmamasını necə öyrənməlidir? Notariat ofisindən məlumat gəlir?

    Vərəsə vəsiyyətnamənin olub-olmamasını notariat orqanına müraciət etməklə yoxlada bilər. Notariat tərəfindən bildiriş göndərilmir və vərəsə özü müraciət etməlidir. Vəkil Qulam İsmayılzadə
  • Ramin camalov 2026-04-08 00:11:51

    Salam Qulam mellim menim anam atam dunyasin deyişib adlarina belediyye senediyle torpaq sahesi qaib torpaği nece adima kecire bilerem chox sagolun

    Torpaq sahəsini öz adınıza keçirmək üçün notariatda vərəsəlik işi açdırmalı və vərəsəlik şəhadətnaməsi almalısınız. Sonra həmin sənədlə çıxarış (mülkiyyət hüququ) rəsmiləşdirilir. Vəkil Qulam İsmayılzadə
  • Elnara 2026-02-21 21:06:49

    Salam Qulam müəllim. Bizim anamız 20 il öncə vəfat edib. Notariusa vərəsəlik üçün müraciət etdikdə müddəti ötürdüyümüz üçün imtina etdi. Məhkəməyə müddətin bərpası ilə bağlı ərizə verəcəyəm. Yaşlı, xəstə və maddi imkansız olmağım, həmçinin müddətdən xəbərim olmaması müddətin bərpa edilməsi üçün əsas ola bilərmi?

    Bəli, Azərbaycan Mülki Məcəlləsinə əsasən, mirasçının müddətdən xəbərsiz olması, yaşlı və xəstə olması və maddi imkanlarının olmaması kimi əsaslarla müddətin bərpası tələb edilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Meherremova Zulfiyye 2026-01-26 15:58:43

    Salam Qulam muellim Bizim mesele biraz uzundu biz sizinle zeng vasitesile nece elaqe saxlaya bilerik Bu mumkundu?

    Salam. Saytda əlaqə nömrəsi qeyd olunub Vəkil Qulam İsmayılzadə
  • emin novruzov 2026-01-25 16:48:26

    Salam Qulam muellim menim muracietim ondan baqlidirki bizim menzil 7 neferin adinda vereselikdedir ve bu 7 di neferin 4 du mehkemeye vermek isteyir ki bu menzil satilsin ve 2 nefer narazidi men bilmek isterdim mehkemeye verseler mehkeme bu barede ne qerar cixaracaq .

    Mənzil paylı mülkiyyətdədirsə, məhkəmə məcburi satışa yalnız bölünməsi mümkün olmayan və tərəflər arasında razılaşma əldə edilmədiyi halda qərar verə bilər. Pay sahiblərinin hamısının razılığı olmadan satış avtomatik təsdiqlənmir. Məhkəmə ya payların bölünməsini, ya bir pay sahibinin digər payları dəyəri ödənilməklə almasını, ya da yalnız son çıxış yolu kimi açıq satışa qərar verə bilər. Vəkil Qulam İsmayılzadə
  • Rahim 2026-01-24 17:55:56

    Salam Qulam muellim.Anam 1998 ci olden rehmete gedib.Atam sonra bir qadinla vetendadh nigahinda olub.Zaqs olmayib.2005 ci olden evin Mulki shehadetnamesinde o qadinin da adini yaziblar.mene notarius deyir yari pay o qsdin 2007 de rehmete gedib,sonsuz olubindi bir bacisi qalib.atam ona notarius qsydasi Ile pay vermeyib.men mehkeme yolu Ile o qadinin adini mulkden sildire bilerem?

    Bəli. Rəsmi nikah olmadığı halda həmin qadın qanuni həyat yoldaşı sayılmır və mülkiyyət hüququ əldə edə bilməz. Onun adı 2005-ci ildə mülki şəhadətnaməyə əsassız daxil edilibsə, bu qanunsuz qeydiyyatdır. Siz məhkəməyə müraciət edərək nikahın olmamasını, vərəsəlik hüququnun yaranmamasını əsas gətirməklə həmin qadının adının mülkiyyətdən çıxarılmasını tələb edə bilərsiniz. Məhkəmə qaydasında bu mümkündür. Vəkil Qulam İsmayılzadə

    Şərh yaz